Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7025/2024 19.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi Bəhramlı Ümid Fəxri oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X6 Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsəsindən tutulmasına dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 mirası qəbul etmiş vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, BPM**********30 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş 2100,74 manat əsas borcun,0,02 manat faiz borcunun cəmi 2100,76 manat borcun ödənilmiş 41,01 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh Məmmədov Calal Əliövsət oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********30 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 21 faiz dərəcəsi ilə hesablanmaqla 5000 manat məbləğ ndə kredit verilnfıişdir. "Tərəflər arasındd bağlanmış kredit müqaviləsinə əsasən borcalan Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit] məbləğini və ona hesablanan faizləri ödəməlidir. X2 xx.xx.2023-cü il tarixdə ölmüşdür. 1 saylı Sumqa nt regional “Asan Xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilən məlumata əsasən X4 vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, vərəsə Cavabdeh vərəsəlik şəhadətnaməşi verilmişdir. Misar əmlakı Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 25V, mənzil 24, Yeni Qaydalarla: AZ500P, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76.9 kv.m. olan mənzildən ibarətdir. Maliyyə arayışına əsasən, Məmmədov Calal Əliövsət oğlundan kredit borcu üzrə Banka ödəniln əmiş borcu – 2100,74 manat əsas borc, 0,02 manat faiz borcu olmaqla, cəmi 2100,76 manat borcu qalmışdır. Cavabdeh X1 Calal Əliövsət oğlunun vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında tərəfimizdən bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır.Sondan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 2100,76 manat olduğundan, 41,01 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödənilmişdir. İddiaçı "xxxx" ASC nümayəndəsi X10 iddia tələbini müdafiə edərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək borcu ödəyəcəyini qeyd etdi. Məhkəmə iddiaçının izahatını və iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" ASC ilə X8 arasında xx.xx.2022-ci il tarixli, BPM**********30 saylı Kredit müqaviləsindən görünür ki, X5 36 ay müddətinə illik 21 faiz ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə qaraciyər hüseyrəli xərçəng xəstəliyindən ölmüşdür. - 1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilən məlumata əsasən X3 mirası qəbul etmiş vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. - maliyyə arayışından görünür ki, X3 2100,74 manat əsas borc, 0,02 manat faiz borcu olmaqla, cəmi 2100,76 manat borcu qalmışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, "xxxx" ASC ilə X8 arasında xx.xx.2022-ci il tarixli, BPM**********30 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 36 ay müddətinə illik 21 faiz ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə ölmüşdür. 1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilən məlumata əsasən, X3 mirası qəbul etmiş vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 2100,74 manat əsas borc, 0,02 manat faiz borcu olmaqla, cəmi 2100,76 manat borcu qalmışdır.Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ‘‘ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən ‘‘qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən ‘‘mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən ‘‘vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsinə əsasən “vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar”. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən “icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır”. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır”. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, "xxxx" ASC ilə X8 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə X3 borcu onun vərəsəsi olan Cavabdeh tutulmalıdır. Ona görə də iddiaçının xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borcun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 2100,74 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 41,01 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, X3 vərəsəsi olan Cavabdeh nağd kredit üzrə 2100,74 manat əsas borcu və ödənilmiş 41,01 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. X3 mirası qəbul etmiş vərəsəsi Cavabdeh xx.xx.2022-ci il tarixli, BPM**********30 saylı Kredit müqaviləsi üzrə 2100,74 manat əsas borc, 0,02 manat faiz borcu olmaqla, cəmi 2100,76 manat borc və ödənilmiş 41,01 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-7025/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7025/2024
19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver