Məhkəmə qərarları › İş №e-2(060)-718/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-718/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-718/2025 25.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq X3 mirası qəbul etmiş vərəsələri Cavabdeh2 və Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, BPM**********15 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 1126,8 manat əsas borc olmaqla, cəmi 1126,8 manat məbləğində vəsaitin, ödənilmiş 31,27 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2018-ci il tarixli, BPM**********15 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 44 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 1990 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 133919 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 1 saylı Sumqayıt regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli, 2134 saylı məktubuna əsasən X3 mirası qəbul etmiş vərəsələrinin Cavabdeh2 və Cavabdeh1 olduğu müəyyən edilmişdir. Bankın Sumqayıt filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2024-cü ilədək banka ödənilməmiş 1126,8 manat əsas borcu qalmışdır. Cavabdehlər mərhum X2 qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehlərə xx.xx.2024-cü il tarixində 6-2- 22/2-36517/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər.

Tərəflərin mövqeləri:

3. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, anasını itirdikdən sonrakı dövrdə dərin depressiya keçirdiyindən digər məsələlərlə, həmçinin banka olan borcu ilə maraqlanmamışdır. Sonradan banka yaxınlaşan zaman faizlərin güzəşt edilməsini, əsas borcun tərəfindən ödənilməsini xahiş etmişdir. Bankdan ona bildirdilər ki, 100 manat ödəniş etdiyi təqdirdə bundan sonra faizlərdən silinmələr olacaqdır. Krediti anasının adına götürmüşdür. Onun pensiyası ilə də ödənişləri həyata keçirmişdirlər. Bankdan ona belə bildirsələr də, faizlərdə güzəştlər olunmamışdır. Ona yanlış məlumat vermişlər. Bir övladı üçün aliment ödəyir, üç övladı isə onunla qalır. Atası cavabdeh Q.Bəxtiyar təqaüddə olan şəxsdir, işləmək qabiliyyəti yoxdur. Həmin vaxt banka yaxınlaşarkən borcu təxminən 700-900 manat olmuşdur. Hesab edir ki, 1126.80 manat borc məbləğinin təxminən 900 manat hisəsi əsas borcdur. Anası 5 il bundan əvvəl vəfat etmişdir. İddiaçı tərəfin 5 il sonra məhkəməyə müraciət etməsi halı maraqlıdır. Müqavilənin müddəti 2024-cü ilə qədər olmuşdur. İddiaçı ilə aralarında iki müqavilə olmuşdur. Sonuncu ödənişi təxminən 3 il əvvəl etmişdir. Hissə-hissə ödənişlər etməyə razıdır.

5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, hal-hazırda oğlu işləmir. Oğlunun övladının saxlanması üçün aldığı pensiyadan hər ay aliment ödəyir. Ailə tərkibi 5 nəfərdir. Ödəniş etmək imkanı yoxdur.

Tədqiq olunan sübutlar:

6. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış BPM**********15 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcverən borcalana 44 ay müddətində 1990 manat məbləğində kreditdən istifadəyə görə illik 29 faiz ödəmək şərtilə kredit verməyi öhdəsinə götürmüşdür.

7. BPM**********15 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, həmin kredit müqaviləsi üzrə ödənişlərin icra edilməsi müddəti 23 noyabr 2018-ci il tarixdən 23 iyun 2022-ci il tarixədək müəyyənləşdirilmişdir.

8. AZ-İİ 133919 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2020ci ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci ildə 1685 nömrə ilə qeyd edilmişdir.

9. 06.07.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh1dur, onların hər biri miras əmlakdan 1/2 hissədə irs almalıdır, şəhadətnamə əsasında verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X4 verilmiş **********02- 05301-093063 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət resyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 117,1 kv.m olan mənzildən ibarətdir.

10. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehə nağd kredit və kredit kart müqaviləsi üzrə yaranmış öhdəliyini 3 gün müddətində tam şəkildə yerinə yetirməyi tələb edilmiş, əks halda tərəfindən borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

11. İddiaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş 24 oktyabr 2024-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, X3 xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 1126,80 manat əsas borcu vardır.

Məhkəmə baxışının hədləri:

12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. -1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. -1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. -1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. -1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

15. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

16. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

17. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, "xxxx" ASC X4 44 ay müddətində 1990 manat məbləğində kreditdən istifadəyə görə illik 29 faiz ödəmək şərtilə kredit verməyi öhdəsinə götürmüşdür. X5 09 dekabr 2020-ci il tarixdə vəfat etmişdir.

18. Sözügedən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən X3 vərəsələri Cavabdeh1 və Cavabdeh2 bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

19. Göründüyü kimi kredit götürən vəfat etdiyindən müqavilə üzrə öhdəlik tam olaraq icra edilməmiş və bunun nəticəsində iddiaçıya borcu yaranmışdır. Cavabdehlər borclunun vərəsəsi olaraq mirası qəbul etmələrinə baxmayaraq miras qoyanın bank qarşısında borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının müqavilənin şərtlərinə uyğun olaraq əsas və faiz borcunu tələb etmək hüququ yaranmışdır.

20. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X3 "xxxx" ASC-yə BPM**********15 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə borclu olduğu 1126,80 manat pul vəsaiti onun mirasını qəbul etmiş vərəsəsindən tutulmalıdır.

21. Belə ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə mirasqoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

23. Hazırki işdə cavabdehə yuxarıda adı qeyd edilən kredit müqaviləsi üzrə borclu X2 miras qalmış əmlak ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X4 verilmiş **********02-05301-093063 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət resyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 117,1 kv.m olan mənzildən ibarət olduğundan məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır.

24. Buna görə də iddia tələbi təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2018-ci il tarixli, BPM**********15 nömrəli kredit müqaviləsi üzrə 1126 (min yüz iyirmi altı) manat, 80 (səksən) qəpik pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 (otuz bir) manat, 27 (iyirmi yeddi) qəpik pul vəsaiti və 0,40 manat bank xidmət haqqı tutularaq "xxxx" ASC-yə verilməlidir. Nəticə:

25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2018-ci il tarixli, BPM**********15 nömrəli kredit müqaviləsi üzrə 1126 (min yüz iyirmi altı) manat, 80 (səksən) qəpik pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 (otuz bir) manat, 27 (iyirmi yeddi) qəpik pul vəsaiti və 0,40 manat bank xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar