Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-719/2025 06.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli BPM**********16 nömrəli Kredit müqaviləsi üzrə 4262.88 manat əsas borc, 26.02 manat faiz borcu olmaqla, 4288.9 manat borc, xx.xx.2020-ci il tarixli BPM**********24 nömrəli X8 müqaviləsi üzrə 222.52 manat əsas borc, 20.08 manat faiz borcu olmaqla, 242.6 manat borcunun və ödənilmiş 62.32 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutularaq "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X6 arasında xx.xx.2023-cü il tarixli BPM**********16 nömrəli Kredit müqaviləsi və xx.xx.2023cü il tarixli BPM**********16 nömrəli X8 müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən X5 illik 21 %-lə, 48 ay müddətinə 4900 manat məbləğində kredit verilmiş və illik 24 %-lə, 36 ay müddətinə 300 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Elektron informasiya sistemindən əldə olunmuş məlumata əsasən, X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 1 saylı Sumqayıt regional Asan xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh vərəsəlik işi açılmışdır. Bankın Müştəri Xidməti Departamenti tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, xx.xx.2023-cü il tarixli BPM**********16 nömrəli Kredit müqaviləsi üzrə X4 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 4262.88 manat əsas borc, 26.02 manat faiz borcu olmaqla, 4288.9 manat borc, Müştəri Xidməti Departamenti tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, xx.xx.2023-cü il tarixli BPM**********16 nömrəli X8 müqaviləsi üzrə xx.xx.2023-cü ilədək Banka ödənilməmiş 222.52 manat əsas borc, 20.08 manat faiz borcu olmaqla, 242.6 manat borcu qalmışdır. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 62.32 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraqona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-33984/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. 3.İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmənin icraatında iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair” iddia ərizəsi üzrə e- 2(060)-719/2025 saylı mülki iş vardır. Qeyd edilən mülki iş üzrə məhkəmə baxış iclası xx.xx.2025-cü il, saat 09:45-a təyin edilmişdir. Əlavə olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 900/2024 saylı, xx.xx.2024 tarixli hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən məhkəmə aktında (üç ulduzlu qərar) məhkəmə kollegiyası göstərmişdir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. (qərar ərizəyə əlavə olundu) İddiaçı yuxarıda deyilənləri nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, o, mərhumun vərəsəsidir. Lakin onun mərhumun adına olan borcu ödəməyə maddi imkanı yoxdur. Bundan əlavə bank sığorta olmadan kredit vermir. Lakin o, banka ölüm kağızını təqdim edərkən bank ona sığorta müqaviləsinin olmadığını bildirmişdir. Hesab edir ki, həmin borc sığorta şirkəti tərəfindən ödənilməli idi. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan "xxxx" ASC-nin Sumqayıt filialı ilə X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********16 nömrəli Kredit müqaviləsinə əsasən X5, 48 ay müddətinə illik 21 faiz ödəmək şərtilə 4900 manat məbləğində kredit kredit verilmişdir.
8. İş materiallarında olan "xxxx" ASC-nin Sumqayıt filialı ilə X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********16 nömrəli X8 müqaviləsinə əsasən X5, 24 ay müddətinə illik 36 faiz ödəmək şərtilə 300 manat məbləğində kredit limiti ayrılmışdır. 9.İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə X3 "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli BPM**********16 nömrəli Kredit müqaviləsi üzrə 4262.88 manat əsas borc, 26.02 manat faiz borcu borcu olmaqla, 4288.9 manat borcu mövcuddur. 10.İşdə olan xx.xx.2024-cü il tarixlia maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə X3 "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli BPM**********16 nömrəli X8 müqaviləsinə əsasən 222.52 manat əsas borc, 20.08 manat faiz borcu olmaqla, 242.6 manat borcu mövcuddur. 11.İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır.
12. İşdə olan AZ-İİ 398911 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 688 nömrə ilə qeyd edilmişdir.
13. İş materiallarında olan “Elektron Notariat” X1 çıxarışdan görünür ki, xx.xx.2023cü il tarixdə ölmüş X3 vərəsəsi Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak 1095.26 manat pul məbləğindən ibarətdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mərhum X6 ilə "xxxx" ASC arasında xx.xx.2023-cü il tarixli BPM**********16 nömrəli kredit müqaviləsi və xx.xx.2023-cü il tarixli BPM**********16 nömrəli X8 müqaviləsi bağlanmışdır. İddiaçı Bank sözügedən müqavilələr üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu xx.xx.2023-cü il tarixdə ölmüş, nəticədə müqavilələr üzrə öhdəliklər icra edilməmiş qalmışdır. İddia ərizəsinin məzmununda ikinci müqavilənin rekvizitləri düzgün qeyd edilsə də, ərizənin xahiş hissəsində düzgün qeyd edilməmişdir. İddia ərizəsinə hər iki müqavilənin surəti əlavə edildiyindən məhkəmə bu halı texniki yanlışlıq olaraq nəzərə almışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
16. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.
17. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər (743.1). Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2).
19. Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.
20. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). 21.İş materiallarında olan “Elektron Notariat” X1 çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş X3 vərəsəsi Cavabdehdır və şəhadətnamə verilən miras əmlak 1095.26 manat pul məbləğindən ibarətdir. 22.Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.
23. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.
24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.
25. Məhkəmə qeyd edir ki, ölmüş şəxsin kredit borcunun onun vərəsələrindən tutulmasına dair işlər üzrə tərəflərin sübutetmə yükü barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən 3 ulduzlu 2(102)-3729/2024 saylı qərarı mövcuddur.
26. Sözügedən qərarda nümayiş etdirilən hüquqi mövqeni hazırki işə tətbiq edən məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
27. Qeyd edilən normanın məzmununa görə mirasın notarius tərəfindən siyahıya alınmadığı hallarda vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
28. Başqa sözlə, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad edir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır.
29. Hazırki iş üzrə cavabdeh isə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut edə bilməmiş, o cümlədən mirasın notarius tərəfindən siyahıya alınması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
30. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən tələbin və etirazın əsası kimi istinad etdiyi halları sübut etmək yükü müvafiq olaraq iddiaçının və ya iddiaya etiraz edən cavabdehin üzərinə düşür.
31. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Mülki Məcəllənin 1307-ci maddəsi də sübutetmə yükünü fərqli qayda ilə müəyyən edən normalardan biridir.
32. Beləliklə, hazırkı iş üzrə sübutetmə yükü cavabdehin üzərində olduğu halda, o, qeyd edilən halları məhkəmədə sübut edə bilməmişdir.
33. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC ilə X6 arasında bağlanılmış kredit müqavilələri üzrə yaranmış borcun borclunun hüquqi varisi Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır.
34. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçı Azərbaycan Beynəlxalq Bankı» ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli BPM**********16 nömrəli Kredit müqaviləsi üzrə 4262.88 manat əsas borc, 26.02 manat faiz borcu olmaqla, 4288.9 manat borc və xx.xx.2023-cü il tarixli BPM**********16 nömrəli X8 müqaviləsi üzrə 222.52 manat əsas borc, 20.08 manat faiz borcu olmaqla, 242.6 manat borcu tutulmalıdır.
35. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 62.32 manat dövlət rüsumu (0,4 manat xidmət haqqı da daxil olmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
36. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
37. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia təmin edilsin. Cavabdeh X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli BPM**********16 nömrəli Kredit müqaviləsi üzrə 4262,88 (dörd min iki yüz altmış iki manat səksən səkkiz qəpik) manat əsas borc, 26,02 (iyirmi altı manat iki qəpik) manat faiz borcu olmaqla, 4288,9 (dörd min iki yüz səksən səkkiz manat doxsan qəpik) manat borc, xx.xx.2023-cü il tarixli BPM**********16 nömrəli X8 müqaviləsi üzrə 222,52 (iki yüz iyirmi iki manat əlli iki qəpik) manat əsas borc, 20,08 (iyirmi manat səkkiz qəpik) manat faiz borcu olmaqla, 242,6 (iki yüz qırx iki manat altmış qəpik) manat borc və ödənilmiş 62,32 (altmış iki manat otuz iki qəpik) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqı tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva