Məhkəmə qərarları › İş №e-2(060)-723/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-723/2025

24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-723/2025 24.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrəsəlahiyyətli nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər X2 vərəsələri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.İddiaçı "xxxx" ASC cavabdehlər X2 vərəsələri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 mirası qəbul etmiş vərəsələri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qəbul etdikləri pay həcmində "xxxx" ASCninxeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********48 saylı Kredit müqaviləsiüzrə ödənilməmiş 1445.86 manat əsas borc, 2.50 manat faiz borcu olmaqla cəmi 1448.36 manat və ödənilmiş 34.49 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2020-ci il tarixli, BPM**********48 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 30 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 6000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. AZ-İİ №174502 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 1 saylı Sumqayıt regional Asan xidmət mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli, 1970 saylı məktubuna əsasən X2 mirası qəbul etmiş vərəsəsinin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 olduğu müəyyən edilmişdir. Bankın Sumqayıt filialı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, X2 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 1445.86 manat əsas borc, 2.50 manat faiz borcu qalmışdır. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-33985/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə, SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər X2 vərəsələri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri bardə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh X6 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir. Bildirir ki, anası xəstədir və cüzi məbləğdə pensiya alır. Digər cavabdeh də bacısıdır. Atası vəfat etdikdən 1 ay sonra bank tərəfindən ona zəng gəldikdən sonra o, kredit borcunun olduğunu öyrənmişdir. O, banka atasının ölüm kağızını aparmışdır. Atası krediti 2020-ci ildə götürüb. Daha sonra isə işin məhkəməyə verildiyini öyrənmişdir. O, hazırda kredit ödənişindən boyun qaçırmır. Aylıq 50-60 manat olmaqla ödəniş edə bilər. Qeyd edir ki, atasından onlara miras kimi mənzil qalıb və həmin mənzili vərəsə kimi qəbul ediblər.

6. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********48 saylı Kredit müqaviləsinə əsasən Bank tərəfindən X4, 30 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 6000 manat məbləğində kredit verilmişdir. 8.İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-ci il tarixə X2 "xxxx" ASC-yə xx.xx.2020-ci il tarixli, BPM**********48 saylı Kredit müqaviləsinə əsasən 1445.86 manat əsas borc, 2.50 manat faiz borcu olmaqla cəmi 1448.36 manat borcu mövcuddur. 9.İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər X2 vərəsələri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 yazılı bildiriş ünvanlanmışdır. 10.İşdə olan AZ-İİ 174502 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 998 nömrə ilə qeyd edilmişdir.

11. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci ildə vəfat etmiş X2 vərəsələri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2dır və şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhəri, 12-ci mkr, ev 27, 6 saylı mənzildən ibarətdir.Vərəsələrin hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdır. 12.İşdə olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci ildə vəfat etmiş X1 miras qalmış Sumqayıt şəhəri, 12-ci mkr, ev 27, 6 saylı mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etdməsi üçün Notariat Ofisinə müraciət etmişdir. 13.İşdə olan xx.xx.2022-cü il tarixli, **********318 saylı və **********319 saylı ərizələrdən görünür ki, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2021-ci ildə vəfat etmiş X1 miras qalmış Sumqayıt şəhəri, 12-ci mkr, ev 27, 6 saylı mənzili qəbul etdiklərini bildirmişdirlər. 14.İşdə olan xx.xx.2023-cü il tarixli miras əmlakın bağışlanması haqqında müqavilədən görünür ki, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara düşən miras payını Cavabdeh1 bağışlamışdırlar.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mərhum X5 ilə "xxxx" ASC arasında xx.xx.2020-ci il tarixli, BPM**********48 saylı Kredit müqaviləsi bağlanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu xx.xx.2021-ci ildə ölmüş, nəticədə müqavilə üzrə öhdəliklər icra edilməmiş qalmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

17. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.

18. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

19. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər (743.1). Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2).

20. Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.

21. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1).

22. İşdə olan xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci ildə vəfat etmiş X2 vərəsələri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2dır və şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhəri, 12-ci mkr, ev 27, 6 saylı mənzildən ibarətdir. Vərəsələrin hər biri miras Əmlakdan 1/3 hissədə irs almalıdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 X1 miras qalmış mənzili qəbul etmişdirlər.

23. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. 24.Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarınm əsası kimi istinad etdiyi haları sübut etməlidir. 25.Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.

26. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.

27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

28. Mülki Məcəllənin 1307-ci maddəsinə əsasən Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. 29.Qeyd edilən normanın məzmunundan belə nəticə çıxır ki, mirasın notarius tərəfindən siyahıya alınmadığı hallarda vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Başqa sözlə, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad edir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır. 30.Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən tələbin və etirazın əsası kimi istinad etdiyi halları sübut etmək yükü müvafiq olaraq iddiaçının və ya iddiaya etiraz edən cavabdehin üzərinə düşür. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Mülki Məcəllənin 1307-ci maddəsi də sübutetmə yükünü fərqli qayda ilə müəyyən edən normalardan biridir. 31.Qeyd edilən normaların tələbinə əsasən hazırkı iş üzrə cavabdehlər sübutetmə yükünü daşıdığı halda, mirasın notarius tərəfindən siyahıya alınıb-alınmaması, miras qoyanın borclarının mirasdan çox olduğu barədə məhkməyə hər hansı bir sübut təqdim etməmişdirlər.

32. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X2 mirası qəbul etmiş vərəsələri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qəbul etdikləri pay həcmində (1/3 hissədə) "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********48 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş 1445.86 manat əsas borc, 2.50 manat faiz borcu olmaqla, cəmi 1448.36 manat məbləğində borc tutulmalıdır.

33. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 34.49 manat dövlət rüsumu (0,4 manat xidmət haqqı da daxil olmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

34. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

35. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdehlər X2 vərəsəsi Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 hər birindən 1/3 hissədə "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********48 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş 1445,86 (bir min dörd yüz qırx beş manat səksən altı qəpik) manat əsas borc, 2,50 (iki manat əlli qəpik) manat faiz borcu olmaqla, cəmi 1448,36 (bir min dörd yüz qırx səkkiz manat otuz altı qəpik) manat məbləğində borc və ödənilmiş 34,49 (otuz dörd manat qırx doqquz qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar