Məhkəmə qərarları › İş №e-2(060)-7257/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-7257/2021

16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-7257/2021 16.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı «X1» QSC-nin Cavabdeh qarşı 1654,98 manat əsas, 179,59 manat faiz borcu, 35,65 manat cərimə borcu olmaqla, ümumilikdə 1870,22 manat borcun, həmçinin 4,80 manat poçt xərci və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçıya ödənilməsi tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada verilmiş ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək. Müəyyən etdi: İddiaçı «X1» QSC Cavabdeh qarşı 1654,98 manat əsas, 179,59 manat faiz borcu, 35,65 manat cərimə borcu olmaqla ümumilikdə 1870,22 manat borcun, həmçinin 4,80 manat poçt xərci və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, ərizədə cavabdehlə «X1» QSC arasında bağlanmış 30.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən illik 1% dərəcəsi ilə 60 ay müddətinə 400 manat kredit verildiyi göstərilsə də, ərizədə cavabdehdən 1654,98 manat əsas, 179,59 manat faiz borcu, 35,65 manat cərimə borcu olmaqla, ümumilikdə 1870,22 manat borcun tutulması xahiş olunur. Göründüyü kimi ərizəyə verilmiş tələbi təsdiq edən sənədlər əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Beləliklə, məhkəmə MPM-nin 284-4.1.3-cü maddəsinin tələbinə əsasən hesab edirki, işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə iddiaçının ərizəsinin qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci və 284-4.2 maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı «X1» QSC-nin Cavabdeh qarşı 1654,98 manat əsas, 179,59 manat faiz borcu, 35,65 manat cərimə borcu olmaqla ümumilikdə 1870,22 manat borcun, həmçinin 4,80 manat poçt xərci və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçıya ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbulundan imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar