Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7270/2025 12.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, X11 və X6 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh, X11 və X6 qarşı iddia qaldıraraq Cavabdeh, X9, X4 04 noyabr 2021-ci il tarixli, DK/66820/68/11 saylı müqaviləyə əsasən 97 manat əsas, 72,5 manat faiz, 36 manat cərimə borcu, cəmi 205,5 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, X12 ilə İddiaçı ASC arasında bağlanmış 04 noyabr 2021-ci il tarixli, DK/66820/68/11 saylı müqaviləyə əsasən 100 manat məbləğində kredit verilmişdir. Hazırda mərhum X5 205,5 manat banka borcu vardır. X12 29 noyabr 2024-cü il tarixdə vəfat etmişdir. Sumqayıt şəhər 1 saylı notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən cavabdeh X2nun vərəsəsi olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. İddia ərizəsinə tələblərinin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
4. İddiaçı ASC ilə X12 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, DK/66820/68/11 saylı kredit sazişindən görünür ki, İddiaçı ASC tərəfindən X7 12 ay müddətinə illik 36 faiz dərəcəsi ilə 100 manat məbləğində kredit xətti açılmışdır.
5. Balansdankənar məxaric orderindən görünür ki, 1 ədəd plastik kart cavabdeh X7 təhvil verilmişdir.
6. İddiaçı ASC tərəfindən tərtib edilmiş 07 oktyabr 2025-ci il tarixli arayışda qeyd olunmuşdur ki, X5 97 manat əsas borc, 72,5 manat faiz, 36 manat cərimə borcu vardır.
7. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi anası – Cavabdehdır, o, miras əmlakdan 2/4 hissədə pay almalıdır, şəhadətnamə verilən miras əmlak "xxxx" MMC-nin verdiyi xx.xx.2025-ci il tarixli, ATS/FD-070 nömrəli məktuba əsasən 2227,33 manat pul məbləğindən ibarətdir. Miras əmlakdan arvadı – X8 düşən ¼ hissəsinə və qızı – X6 düşən ¼ hissədə miras pay almaq hüququ müəyyən edilmişdir.
Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. -1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. -1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. -1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. -1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.
10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
12. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
13. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli, DK/66820/68/11 saylı kredit sazişinə əsasən İddiaçı ASC tərəfindən X7 12 ay müddətinə illik 36 faiz dərəcəsi ilə 100 manat məbləğində kredit xətti açılmışdır. X2 xx.xx.2024-cü ildə vəfat etmişdir. Cavabdeh, X11 və X1 Kənan İlqar oğlunun qanun üzrə vərəsələri təyin edilmiş və miras əmlak "xxxx" MMC-nin verdiyi xx.xx.2025-ci il tarixli, ATS/FD-070 nömrəli məktuba əsasən 2227,33 manat pul məbləğindən ibarətdir.
14. Göründüyü kimi kredit götürən vəfat etdiyindən müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçının qarşısında icra edilməmiş öhdəlik yaranmışdır. Cavabdehlər borclunun vərəsələri olaraq mirası qəbul etməsinə baxmayaraq miras qoyanın bank qarşısında əsas borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının müqavilənin şərtlərinə uyğun olaraq əsas borcunu tələb etmək hüququ yaranmışdır.
15. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X5 İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli, DK/66820/68/11 kredit sazişi üzrə borcu onun qanun üzrə vərəsələrindən tutulmalıdır.
16. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
17. Bundan əlavə “Notariat haqqında” Azərbaycan Respublikasının qanununun 58-ci maddəsinə müvafiq olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi əsasında verilir və bu zaman qanunvericilik notariusun üzərinə mirasın kütləsinin dəqiq müəyyənləşdirilməsi ilə bağlı hər hansı bir öhdəlik qoymur. Bu isə onu deməyə əsas verir ki, vərəsə miras qoyanın kreditorları qarşısında olan öhdəliklərindən yayınmaq məqsədi ilə mirasın kütləsinə daxil olan əmlakları gizlədə və vərəsəlik şəhadətnaməsinin alınması zamanı verdiyi ərizəsində həmin əmlakları göstərməyə bilər. Məhz ona görə də qanunverici kreditorların hüquqlarının müdafiəsi üçün bu qəbildən olan işlər üzrə sübutetmə yükünü vərəsənin üzərinə qoymuşdur.
18. Belə ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsizamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
19. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X5 İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli, DK/66820/68/11 saylı kredit sazişi üzrə əsas borc onun qanun üzrə vərəsələrindən tutulmalıdır.
20. Məhkəmə iddianın faiz borcunun və cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş iddiaçı bank tərəfindən təqdim edilmiş arayışdan görünür ki, xx.xx.2025-ci il tarixədək ödənilməmiş faiz borcu 72,5 manat, cərimə borcu 36 manat təşkil edir. İddiaçı borclunun öldüyü müddətdən sonrakı dövr ərzində də əsas borca faizlərin hesablanmasını davam etdirərək borclunun vərəsəsinə qarşı əsas borcla yanaşı 72,5 manat faiz borcunun və 36 manat cərimə borcunun ödənilməsi tələbini irəli sürmüşdür.
21. Mülki Məcəllənin 1151 və 1306.1-ci maddələrinə istinadən göstərmişdir ki, mirası qəbul etmiş vərəsə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarını əldə edir və onun həmin məqamadək daşıdığı vəzifələrin icraçısı olur. Qanuna görə miras əmlak dedikdə, ölən fiziki şəxsin (miras qoyanın) qanunla (vərəsəlik hüquq normaları ilə) müəyyənləşdirilən qaydada vərəsələrə keçən əmlak hüquq və vəzifələrinin məcmusu başa düşülür. Əmlak hüquqlarının məcmusu miras aktivi, əmlak vəzifələrinin məcmusu isə miras passivi adlanır. Passiv miras qoyanın öldüyü məqamadək icra etməyə borclu olduğu öhdəliklərdir, ödəməli olduğu borclardır.
22. Məhkəmə hesab edir ki, hazırkı işdə kredit müqaviləsi üzrə borclunun ölümündən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin hesablanmasının və borcalanın vərəsəsinə qarşı belə tələb irəli sürülməsinin hüquqi əsası yoxdur. Bu tələb nə qanuna, nə də mülki qanunvericilikdə əks olunmuş vicdanlılıq prinsipinə uyğun hesab edilə bilməz. Yalnız mirasın açıldığı tarixədək miras qoyana məxsus əsas və faiz borcu onun vərəsələrindən tələb edilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia faiz borcunun və cərimə borcunun tutulması hissəsində təmin edilməməlidir.
23. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh, X11 və X3 97 (doxsan yeddi) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti tutularaq İddiaçı ASC-yə verilməlidir.
Nəticə:
24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh, X11 və X3 97 (doxsan yeddi) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva