Məhkəmə qərarları › İş №e-2(060)-7434/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7434/2023

18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7434/2023 18.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” iddiasına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Elşad Cavabdeh oğlu xx.xx.2021-ci il tarixli, 1008\120787 sayılı kredit kartı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixi üzrə banka olan əsas borcu 166.64 AZN (yüz almış altı manat almış dörd qəpik), faiz borcu 12.37 AZN (on iki manat otuz yeddi qəpik), cərimə borcu isə 5.72 AZN (beş manat yetmiş iki qəpik) cəmi borcu 184.73 AZN (yüz səksən dörd manat, yetmiş üç qəpik) və dövlət büdcəsinə ödənilmiş 30 Azn (otuz) məbləğində dövlət rüsumunun tutularaq ümumi məbləğ olaraq 214.73 AZN-nin iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC (bundan sonra iddiaçı) ilə cavabdeh Elşad Cavabdeh oğlu (bundan sonra cavabdeh) arasında xx.xx.2021-ci il tarixində 1008\120787 sayılı Kredit kartı müqaviləsi bağlanmışdır. Bank illik 24% hesablamaqla 400 AZN (dörd yüz manat) limitində kredit xətti açmışdır. Xəttdən istifadə etmək məqsədilə kredit kartı verilmişdir. xx.xx.2021-ci il tarixli, 1008\120787 sayılı kredit kartı müqaviləsinin: 7.3. Toplam ödənilən məbləğ minimum ödənilməli olan məbləğdən çox olarsa, lakin borc tam ödənilmədiyi halda əsas borcun ödənilməyən hissəsinə aylıq nominal faiz dərəcəsi ilə faiz borcu hesablanacaqdır. Minimum ödəniş məbləğinin tam ödənildiyi, lakin əsas borcun qalan hissəsi ödənilmədiyi halda ödənilməyən əsas borc məbləğinə aylıq nominal faiz dərəcəsi ilə faiz borcu hesablanacaqdır. 7.4. Minimum ödəniş məbləğinin əskik ödənildiyi və ya ödənilmədiyi halda əsas borcun minimum ödəniş məbləğindən artıq olan hissəsinə aylıq nominal faiz dərəcəsi ilə faiz borcu hesablanacaqdır. Minimum ödəniş məbləğinin ödənilməyən hissəsinə isə bu müqavilənin 7.10-cu maddəsində qeyd edilən aylıq cərimə faizi hesablanacaqdır. 7.10. Cari kredit üzrə aylıq nominal faiz dərəcəsi 2%, illik nominal faiz dərəcəsi 24% və kreditin rəsmiləşdirilməsi, illik xidmət haqqları, sığorta, qiymətləndirmə xərcləri də daxil olmaq üzrə faktiki illik faiz dərəcəsi illik 24%, aylıq cərimə faiz dərəcəsi 3% təşkil edir. Lakin cavabdeh kredit kart müqaviləsi ilə üzərinə düşən öhdəlikləri icra etməmiş və banka olan borcunu ödəməkdən yayınmışdır. xx.xx.2023-cü il tarixi üzrə banka olan əsas 166.64 AZN (yüz almış altı manat almış dörd qəpik), faiz borcu 12.37 AZN (on iki manat otuz yeddi qəpik), cərimə borcu isə 5.72 AZN (beş manat yetmiş iki qəpik) cəmi borcu 184.73 AZN (yüz səksən dörd manat, yetmiş üç qəpik) təşkil edir. Həmin borcun ödənilməsi ilə əlaqədar dəfələrlə Cavabdehə müraciət edilsə də, borc ödənilməmişdir. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Tərəflər arasında yaranan mühabisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll eliməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya ödəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Lakin cavabdeh kredit kart müqaviləsi ilə üzərinə düşən öhdəlikləri icra etməmiş və banka olan borcunu ödəməkdən yayınmışdır. xx.xx.2023-cü il tarixi üzrə banka olan cəmi borcu 184.73 AZN (yüz səksən dörd manat, yetmiş üç qəpik) təşkil edir. Həmin borcun ödənilməsi ilə əlaqədar dəfələrlə Cavabdehə müraciət edilsə də, borc ödənilməmişdir.Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Odur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşıəsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin ünvanda yaşamadığına görə poçt müəssisəsi tərəfindən məhkəməyə geri qaytarılmışdır. Məhkəməiş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, №1008/120787 saylı “Kredit Kartı müqaviləsin”dən görünür ki, Bank tərəfindən Cavabdeh illik 24% hesablanmaqla 400 (dörd yüz) manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “maliyyə arayış”ının surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, №1008/120787 saylı “Kredit Kartı müqaviləsi” üzrə "xxxx" ASC-yə əsas borc üzrə 166,64 (bir yüz altmış altı manat altmış dörd qəpik) manat, faiz borcu 12,73 (on iki manat otuz yeddi qəpik) manat, cərimə borcu 5,72 (beş manat yetmiş iki qəpik) manat olmaqla, ümumilikdə 184,73 (bir yüz səksən dörd manat yetmiş üç qəpik) manat borc təşkil edir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən etdi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, №1008/120787 saylı “Kredit Kartı müqaviləsi” üzrə götürülmüş pula dair razılaşma mahiyyət etibarilə borc (kredit) müqaviləsidir. Borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə ödənilməyi öhdəsinə götürmüşdür, lakin lazımi qaydada ödəməni həyata keçirməmişdir və nəticədə kreditora borcu yaranmışdır. Buna görədə kreditorun borcun əsas hissəsinin, ona hesablanmış cərimə borclarının tələb edilməsi tam əsaslıdır və buna görədə iddia tələbi əsas, faiz borc və cərimə hissəsində təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci madəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 1008/120787 saylı kredit kartı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas kredit müqaviləsi borcu üzrə 166 (bir yüz altmış altı) manat 64 (altmış dörd) qəpik, faiz borcu 12 (on iki) manat 37 (otuz yeddi) qəpik, cərimə borcu 5 (beş) manat 72 (yetmiş iki) qəpik olmaqla, ümumilikdə 184 (bir yüz səksən dörd) manat 73 (yetmiş üç) qəpik məbləğində borc və dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar