Məhkəmə qərarları › İş №e-2(060)-7487/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7487/2025

24.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7487/2025 24.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndələri Nümayəndə2 və Nümayəndə3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh əsassız əldə etdiyi 2667,58 manat dəyərində malların və ödənilmiş 47 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2714,58 manat pulun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qət edilməsini etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh ilə əmək müqaviləsi, həmin tarixdə maddi məsuliyyət müqaviləsi imzalanmış və xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) maddəsinə əsasən xitam verilmişdir. Müqaviləyə xitam verildiyi zaman şirkətin debitor borcluları ilə olan çatışmamazlıqların müəyyən hissəsinin cavabdehə aid edilməsi halının aşkar ediləcəyi bilinmirdi. Borcların qaytarılmaması səbəbindən bəzi müştərilər barəsində məhkəməyə müraciətlər edilmişdir. Cavabdeh X4 qarşı pul tələbinə dair Gəncə Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci il tarixli, S120/22 saylı təchizat müqaviləsi əsasında 2973,74 manat əsas borcun, 5896,92 manat dəbbə pulu və ödənilmiş 108 manat dövlət rüsumu olmaqla cəmi, 8978,66 manatın X1 tutularaq şirkətə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh X5 xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli məhkəmə iclaslarında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, firma ilə alqı-satqı müqaviləsi bağlanıb, lakin malların zəif satışı üçün geri qaytarma olub. Geri qaytarma ilə bağlı sənədlər də var. Mallar qaytarıldıqdan sonra borc qalmamışdır. Malları təhvil alan Cavabdeh firmanın satış meneceri olmuşdur. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh ifadə verərək bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə satış təmsilçisi olaraq işə başlamış, xx.xx.2023-cü il tarixdə işdən çıxarılmışdır. Məhsullar şirkətə təhvil verilib. Malı geri qaytaranda geri qaytarma aktını onlar təqdim edirlər. Mal geri qaytarılanda heç bir şirkət təmizlik aktı vermir. O, ancaq geri qaytarılmalı olan malları yazıb göndərir. Malın anbara təhvil verilməsinə isə o məsuliyyət daşımır. Malları geri qaytardıqdan sonra cavabdehin borcu sıfırlanmışdır. xx.xx.2023-cü il tarixli “Satış üçün təqdim olunan malların geri qaytarılması Aktı”ndan görünür ki, ümumilikdə 2667,58 manat dəyərində olan mallar Cavabdeh geri qaytarılmış və həmin aktda “supervayzer”, “anbardar”, “baş mühasib” və “direktor” qrafaları heç bir məsul şəxsin imzası ilə təsdiqlənməmiş, yalnız “satış təmsilçisi” qrafasında Cavabdeh imzası ilə malların geri götürülməsi təsdiqlənmişdir. Göründüyü kimi həmin dövrdə satış təmsilçisi işləmiş Cavabdeh əməli xx.xx.2025-ci il tarixli məhkəmə aktı ilə aşkar edilmişdir. Bu səbəbdən onun işdən azad edilməsi zamanı şirkətə borclu olması iddiaçıya məlum olmamışdır. Cavabdehə məhkəmədən kənar qaydada pulun geri qaytarılması tələb edilməsi barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq onun tərəfindən pul geri qaytarılmamışdır. Baxmayaraq ki, cavabdeh müəssisənin tapşırığı əsasında borclu müştərilərdən pulları (və ya malın özünü) yığaraq şirkətə qaytarmaq öhdəliyi daşıyırdı, bu işin müqabilində də ona əmək haqqı ödənilirdi, məhkəmə aktı ilə müəyyən edildi ki, cavabdeh tərəfindən yeyinti halı baş vermişdir. Beləliklə iddiaçı şirkət cavabdeh tərəfindən zərərə məruz qalmış və bunun nəticəsində də sahibkarlıq fəaliyyətinə ciddi şəkildə zərər dəymişdir. Məhkəmə iclasında iddiaçının nümayəndələri Nümayəndə2 və Nümayəndə3 iddia tələbini müdafiə etdilər. İddia ərizəsində qeyd edilənləri təsdiq etdilər. İddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək iddianın rədd olunması barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirdi ki, cavabdeh məhsulları təhvil almayıb, o fakturaları yazandır. Onun təqsiri yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-329/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək İddiaçı ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, S120/22 nömrəli təchizat müqaviləsinə əsasən 386,16 manat əsas borc, 19,30 manat cərimə borcu olmaqla, cəmi 405,46 (dörd yüz beş manat qırx altı qəpik) manat pulun cavabdeh X2 tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pulun cavabdeh X2 tutularaq İddiaçınə ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan 86,10 (səksən altı manat on qəpik) manat hissəsinin İddiaçı özünə aid edilməsi qət edilmişdir. Cavabdeh X6 xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli məhkəmə iclaslarında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, firma ilə malların alqı-satqısı ilə bağlı müqavilə bağlanıb, lakin malların zəif satışı üçün geri qaytarma olub. Geri qaytarma ilə bağlı sənədlər də var. Mallar qaytarılandan sonra borc qalmamışdır. Malları təhvil alan Cavabdeh firmanın satış meneceri olmuşdur. Həmçinin, dəfələrlə audit yoxlaması gəlib və borc olmadığı ortaya çıxıb. . xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh ifadə verərək bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə satış təmsilçisi olaraq işə başlamış, xx.xx.2023-cü il tarixdə işdən çıxarılmışdır. Məhsullar şirkətə təhvil verilib. Malı geri qaytaranda geri qaytarma aktını onlar təqdim edirlər. Mal geri qaytarılanda heç bir şirkət təmizlik aktı vermir. O, ancaq geri qaytarılmalı olan malları yazıb göndərir. Malın anbara təhvil verilməsinə isə o məsuliyyət daşımır. Malları geri qaytardıqdan sonra cavabdehin borcu sıfırlanmışdır. - 28 iyul 2023-cü il tarixli satış üçün təqdim olunan malların geri qaytarılması aktından görünür ki, İddiaçı satış təmsilçisi Cavabdeh tərəfindən (digər tərəf : Çinarlı market, Orxan Ağayev VÖEN **********) malların satışı zəif olduğundan geri qaytarma edilmişdir: 2667,58 manat dəyərində mal geri qaytarılmışdır və satış təmsilçisi Cavabdeh imzası ilə təsdiq olunmuşdur. - xx.xx.2023-cü il tarixli, 25513 saylı qaytarma fakturasına əsasən dəyəri 2667,58 manat olan məhsullar qaytarılmışdır. - xx.xx.2022-ci il tarixli 28 nömrəli İddiaçı və Cavabdeh arasında bağlanmış əmək müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı Bakı nümayəndəliyinin Satış şöbəsinə Satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. - xx.xx.2022-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında ziyanın ödənilməsi ilə əlaqadər mübahisələr (əgər əməldə cinayət tərkibi yoxdursa) qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr qanunamüvafiq qaydada həll edilir. Müqavilə şərtlərinə əsasən “İşçi” ona “İşəgötürən” tərəfindən əmək münasibətləri prosesində etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür və aşağıdakı vəzifələrə əməl etməyə borcludur. Ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübariz olmalı; müəssisənin, idarənin rəhbərliyinə vaxtı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmalı; ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməli; ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etməlidir. Bu müqavilə üzrə “İşçi”nin “İşəgötürən”ə vurduğu ziyanın məbləği faktiki işlər üzrə müəyyən edilir. Ziyan vurulduqdan sonra “İşçi’Tıin əmək münasibətlərinə xitam verilməsi onu maddi məsuliyyətdən azad etmir. Bu müqavilə üzrə “İşçi” vurduğu ziyana görə cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq, müəyyən edilmiş maddi ziyanın məbləğini ödəməyə bocludur. - İddiaçı cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. - xx.xx.2023-cü il tarixli xx.xx.2022-ci il tarixli 28 nömrəli İddiaçı və Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh ilə əmək müqaviləsi, həmin tarixdə maddi məsuliyyət müqaviləsi imzalanmış və xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) maddəsinə əsasən xitam verilmişdir. Müqaviləyə xitam verildiyi zaman şirkətin debitor borcluları ilə olan çatışmamazlıqların müəyyən hissəsinin cavabdehə aid edilməsi halının aşkar ediləcəyi bilinmirdi. Borcların qaytarılmaması səbəbindən bəzi müştərilər barəsində məhkəməyə müraciətlər edilmişdir. Cavabdeh X4 qarşı pul tələbinə dair Gəncə Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərək, xx.xx.2022-ci il tarixli, S120/22 saylı təchizat müqaviləsi əsasında 2973,74 manat əsas borcun, 5896,92 manat dəbbə pulu və ödənilmiş 108 manat dövlət rüsumu olmaqla cəmi, 8978,66 manatın X1 tutularaq şirkətə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh X5 xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli məhkəmə iclaslarında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, firma ilə alqı-satqı müqaviləsi bağlanıb, lakin malların zəif satışı üçün geri qaytarma olub. Geri qaytarma ilə bağlı sənədlər də var. Mallar qaytarıldıqdan sonra borc qalmamışdır. Malları təhvil alan Cavabdeh firmanın satış meneceri olmuşdur. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh ifadə verərək bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə satış təmsilçisi olaraq işə başlamış, xx.xx.2023-cü il tarixdə işdən çıxarılmışdır. Məhsullar şirkətə təhvil verilib. Malı geri qaytaranda geri qaytarma aktını onlar təqdim edirlər. Mal geri qaytarılanda heç bir şirkət təmizlik aktı vermir. O, ancaq geri qaytarılmalı olan malları yazıb göndərir. Malın anbara təhvil verilməsinə isə o məsuliyyət daşımır. Malları geri qaytardıqdan sonra cavabdehin borcu sıfırlanmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Satış üçün təqdim olunan malların geri qaytarılması Aktı”ndan görünür ki, ümumilikdə 2667,58 manat dəyərində olan mallar Cavabdeh geri qaytarılmış və həmin aktda “supervayzer”, “anbardar”, “baş mühasib” və “direktor” qrafaları heç bir məsul şəxsin imzası ilə təsdiqlənməmiş, yalnız “satış təmsilçisi” qrafasında Cavabdeh imzası ilə malların geri götürülməsi təsdiqlənmişdir. Göründüyü kimi həmin dövrdə satış təmsilçisi işləmiş Cavabdeh əməli xx.xx.2025-ci il tarixli məhkəmə aktı ilə aşkar edilmişdir. Bu səbəbdən onun işdən azad edilməsi zamanı şirkətə borclu olması iddiaçıya məlum olmamışdır. Cavabdehə məhkəmədən kənar qaydada pulun geri qaytarılması tələb edilməsi barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq onun tərəfindən pul geri qaytarılmamışdır. Baxmayaraq ki, cavabdeh müəssisənin tapşırığı əsasında borclu müştərilərdən pulları (və ya malın özünü) yığaraq şirkətə qaytarmaq öhdəliyi daşıyırdı, bu işin müqabilində də ona əmək haqqı ödənilirdi, məhkəmə aktı ilə müəyyən edildi ki, cavabdeh tərəfindən yeyinti halı baş vermişdir. Beləliklə iddiaçı şirkət cavabdeh tərəfindən zərərə məruz qalmış və bunun nəticəsində də sahibkarlıq fəaliyyətinə ciddi şəkildə zərər dəymişdir. İddiaçı iddia tələbini müdafiə edir, cavabdeh iddia tələbini qəbul etmir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Etibarsız əqdlər üzrə əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Hazırkı mübahisə üzrə tərəflər arasında yaranmış hüquq münasibətlərinin predmeti pulla, yəni əvəzedilən əşya ilə bağlı olmuşdur. Bu baxımdan, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş restitusiya qaydası belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Çünki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar etibarsız əqd üzrə verilmiş olsa belə, əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hazırkı mübahisənin qanuni həlli baxımından Mülki Məcəllənin “Əsassız varlanma və onun nəticələri”ni tənzimləyən 1091-1095-ci maddələrinin tələbləri nəzərdə keçirilə bilər. Həmin normalara görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində İddiaçı MMC-yə maddi zərər yetirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 194-cü maddəsinin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh 2667,58 manat pul tutularaq İddiaçınə ödənilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməlidir. Belə ki, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Ona görə də Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 47 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2667,58 manat pul və 47 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar