Məhkəmə qərarları › İş №e-2(060)-7506/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-7506/2023

21.11.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-7506/2023 21.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsi və 3-cü şəxs "xxxx" MMC-yə qarşı icra məmurunun hərəkətlərinin qeyri qanuni hesab edilməsinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı nümayəndəsi Nümayəndə cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsi və 3cü şəxs "xxxx" MMC-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(060)-4839/2022 saylı qətnaməsi üzrə verilmiş sənədinin icrası ilə əlaqədar Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Gülmalı Əzizovun, borclu X2 əri İddiaçı məxsus «Kamaz 5511» markalı 985077 mühərrik nömrəli, özüboşaldan yük avtomobilinin Sumqayıt şəhər Polis İdarəsinin DYRŞ-nin müvəqqəti saxlama dayanacagına yerləşdirilməsi, qiymətləndirilməsi və açıq hərracda satılaraq, tələbin əldə olunan vəsaitə yönəldilməsinə dair hərəkətlərinin qeyri-qanuni hesab edilməsinə dair qətnamə çıxarılmasını iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İcra Haqqında qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 müddətində verilir. Azərbaycan Respublikası MPM-nin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsi və 3-cü şəxs "xxxx" MMC-yə qarşı icra məmurunun hərəkətlərinin qeyri qanuni hesab edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar