Məhkəmə qərarları › İş №e-2(060)-7649/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7649/2022

23.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7649/2022 23.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan İddiaçıASC-nin Cavabdeh qarşı borcun tutulmasına dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 330879CNS-26301 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən 01 noyabr 2022-ci il tarixə Banka borclu olduğu 1211,19 (bir min iki yüz on bir manat 19 qəpik) manat əsas borc, 130,43 (bir yüz otuz manat 43 qəpik) manat faiz borcu və 130,85 (bir yüz otuz manat 85 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1472,47 (bir min dörd yüz yetmiş iki manat 47 qəpik) manat borcun, məhkəməyə müraciət etmək üçün ödənilmiş 34,72 (otuz dörd manat 72 qəpik) manat dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (qırx qəpik) manat xidmət haqqının əvəzinin X1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 330879-CNS-26301 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədləri üçün illik 16,9 % (on altı tam onda doqquz faiz) hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 1297 (bir min iki yüz doxsan yeddi manat) manat kredit verilmişdir. Yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən verilmiş kredit vəsaiti tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.10-cu və 3.8-ci bəndlərinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 330879-CNS-26301 №-li “Nağd pul krediti müqaviləsi”nin: - 2.10-cu bəndinə əsasən Kredit, bu Müqavilə ilə müəyyən olunan şərtlər «Kredit alan» tərəfindən icra edildikdən sonra «Bank» tərəfindən «Kredit alan»ın Müqavilədə göstərilmiş “Cari hesab”ından “Kart hesabı”na köçürmə yolu ilə verilir. Həmin kredit müqaviləsinin 3.8ci bəndinə əsasən "Kredit alan" bu Müqavilə üzrə ayrılmış kredit vəsaitlərin “Cari hesabı”ndan “Kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 01 noyabr 2022-ci il tarixə 1211,19 (bir min iki yüz on bir manat 19 qəpik) manat əsas borc, 130,43 (bir yüz otuz manat 43 qəpik) manat faiz borcu və 130,85 (bir yüz otuz manat 85 qəpik) manat cərimə üzrə borcu olmaqla, ümumilikdə 1472,47 (bir min dörd yüz yetmiş iki manat 47 qəpik) manat borcu qalmışdır. Odur ki, İddiaçı ASC məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə iddia barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin tələblə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki,iş materiallarında olan- - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 330879-CNS-26301 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədləri üçün illik 16,9 % (on altı tam onda doqquz faiz) hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 1297 (bir min iki yüz doxsan yeddi manat) manat kredit verilmişdir. - İddiaçı ASC -nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin Banka xx.xx.2022-ci il tarixə 1211,19 manat əsas borc, 130,43 manat faiz borcu, 130,85 cərimə olmaqla, ümumilikdə isə 1472,47 manat borcu qalmışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 330879-CNS-26301 №li “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədləri üçün illik 16,9 % (on altı tam onda doqquz faiz) hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 1297 (bir min iki yüz doxsan yeddi manat) manat kredit verilmişdir. Yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən verilmiş kredit vəsaiti tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.10-cu və 3.8-ci bəndlərinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 330879-CNS-26301 №li “Nağd pul krediti müqaviləsi”nin: - 2.10-cu bəndinə əsasən Kredit, bu Müqavilə ilə müəyyən olunan şərtlər «Kredit alan» tərəfindən icra edildikdən sonra «Bank» tərəfindən «Kredit alan»ın Müqavilədə göstərilmiş “Cari hesab”ından “Kart hesabı”na köçürmə yolu ilə verilir. Həmin kredit müqaviləsinin 3.8-ci bəndinə əsasən "Kredit alan" bu Müqavilə üzrə ayrılmış kredit vəsaitlərin “Cari hesabı”ndan “Kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022ci il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 01 noyabr 2022-ci il tarixə 1211,19 (bir min iki yüz on bir manat 19 qəpik) manat əsas borc, 130,43 (bir yüz otuz manat 43 qəpik) manat faiz borcu və 130,85 (bir yüz otuz manat 85 qəpik) manat cərimə üzrə borcu olmaqla, ümumilikdə 1472,47 (bir min dörd yüz yetmiş iki manat 47 qəpik) manat borcu qalmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqavilələri üzrə öhdəliklərini icra etməyərək kredit müqavilələrinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2021-ci il tarixli kredit müqavilələri üzrə əsas və faiz borcunun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 130,85 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 20 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Odur ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır.(“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 1361,62 manat olduğundan (1211,19 manat əsas+130,43 manat faiz+20 manat cərimə = 1361,62) iddiaçı tərəfindən ödənilmiş 34,72 manat dövlət rüsumunun 33,62 manat hissəsi və onun ödənilməsi üçün 0,40 manat məbləğində xidmət haqqının əvəzi, 34,02 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu kimi ödənilmiş 0,7 manat iddiaçının özünə aid edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli 330879CNS-26301 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən 01 noyabr 2022-ci il tarixə Banka borclu olduğu 1211,19 (bir min iki yüz on bir manat 19 qəpik) manat əsas borc, 130,43 (bir yüz otuz manat 43 qəpik) manat faiz borcu və 20 (iyirmi) manat cərimə borcu olmaqla, ümumilikdə 1361,62 (bir min üç yüz altmış bir manat 62 qəpik) manat borcun, məhkəməyə müraciət etmək üçün ödənilmiş 33,62 dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (qırx qəpik) manat xidmət haqqının əvəzi Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 0,7 manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar