Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-77/2024 07.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək İddiaçı MMC-yə məxsus “Nissan X-Trail” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzi olan 4500 (dörd min beş yüz) manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 65 (altmış beş) manatın Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, “Nissan X-Trail” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ əsasında İddiaçı MMC-yə məxsusdur. İddiaçı MMC-də əmək fəaliyyəti ilə məşğul olan X9 həmin nəqliyyat vasitəsini yol vərəqəsi əsasında idarə edir. 15 sentyabr 2022-ci il tarixində saat 21 radələrində Cavabdeh X10 məxsus olmaqla etibarnamə əsasında idarə etdiyi “Ford-Focus” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi ilə üzü Atatürk prospekti istiqamətində hərəkətdə olarkən iki küçənin kəsişməsində olan 2.4 “yol ver” nişanının tələblərinə riayət etməyib yol ayrıcının keçilməsi qaydasını pozaraq baş yolda Atatürk prospekti ilə üzü C.Xəndan küçəsi istiqamətində hərəkət edən X5 İddiaçı MMC-yə məxsus olmaqla yol vərəqəsi əsasında idarə etdiyi “Nissan X-Trail” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə İddiaçı MMC-yə məxsus “Nissan X-Trail” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X7 01 oktyabr 2022- ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən, yol-nəqliyyat hadisəsinin törədilməsində “Ford-Focus” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini hadisə zamanı idarə edən Cavabdeh təqsirli bilinmişdir. "xxxx" MMC-nin 5228 nömrəli, xx.xx.2022-ci il tarixli Qiymətləndirmə aktına əsasən, İddiaçı MMC-yə məxsus “Nissan XTrail” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə hadisə zamanı 9500 (doqquz min beş yüz) manat məbləğində maddi zərər dəydiyi müəyyənləşdirilmişdir. “Ford-Focus” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı icbari qaydada "xxxx" ASC-də sığortalanmışdır. "xxxx"ASC xx.xx.2022-ci il tarixində icbari sığorta qaydasında dəymiş zərərin əvəzi olaraq 5000 (beş min) manat İddiaçı MMC-yə ödəniş etmişdir. Dəymiş zərərin qalan hissəsi olan 4500 (dörd min beş yüz) manat isə, hadisənin törədilməsində təqsirli bilinən Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, hadisə nəticəsində ziyan dəysə də, ziyanın məbləği nə iddia tələbindəki, nə də ekspert rəyindəki kimi deyildir. Dəymiş ziyanın məbləği daha azdır. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Binəqədi Rayon Polis 01 oktyabr 2022- ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, yol-nəqliyyat hadisəsinin törədilməsində “Ford- Focus” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini hadisə zamanı idarə edən Cavabdeh təqsirli bilinmişdir. "xxxx" MMC-nin 5228 nömrəli, xx.xx.2022-ci il tarixli Qiymətləndirmə aktından görünür ki, İddiaçı MMC-yə məxsus “Nissan XTrail” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə hadisə zamanı 9500 (doqquz min beş yüz) manat maddi zərər dəydiyi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8685 saylı ekspert rəyindən görünür ki, Nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 5228 №-li qiymətləndirmə aktı məlumatlarına əsasən 2014-cü il buraxılışlı, mühərrik həcmi 2488 sm3, “Nissan” markalı, “Xtrail” model, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 9500,00 manat, o cümlədən: dəyişilməli hissələrin qiyməti - 7000,00 manat; təmir- bərpa işlərinin qiyməti - 2500,00 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7986,00 manat, o cümlədən: dəyişilməli hissələrin qiyməti - 5486,00 manat; təmir- bərpa işlərinin qiyməti - 2500,00 manat. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2014-cü il buraxılışlı mühərrik həcmi 2488 sm3, “Nissan” markalı, “Xtrail” model, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 5228 №-li qiymətləndirmə aktı əsasında hesablanır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Nissan X-Trail” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ əsasında İddiaçı MMC-yə məxsusdur. İddiaçı MMC-də əmək fəaliyyəti ilə məşğul olan X9 həmin nəqliyyat vasitəsini yol vərəqəsi əsasında idarə edir. 15 sentyabr 2022-ci il tarixində saat 21 radələrində Cavabdeh X10 məxsus olmaqla etibarnamə əsasında idarə etdiyi “Ford- Focus” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi ilə üzü Atatürk prospekti istiqamətində hərəkətdə olarkən iki küçənin kəsişməsində olan 2.4 “yol ver” nişanının tələblərinə riayət etməyib yol ayrıcının keçilməsi qaydasını pozaraq baş yolda Atatürk prospekti ilə üzü C.Xəndan küçəsi istiqamətində hərəkət edən X5 İddiaçı MMC-yə məxsus olmaqla yol vərəqəsi əsasında idarə etdiyi “Nissan X-Trail” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə İddiaçı MMC-yə məxsus “Nissan X-Trail” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Binəqədi Rayon Polis İdarəsinin 01 oktyabr 2022- ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən, yol-nəqliyyat hadisəsinin törədilməsində “Ford-Focus” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini hadisə zamanı idarə edən Cavabdeh təqsirli bilinmişdir. "xxxx" MMC-nin 5228 nömrəli, xx.xx.2022-ci il tarixli Qiymətləndirmə aktına əsasən, İddiaçı MMC-yə məxsus “Nissan XTrail” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə hadisə zamanı 9500 (doqquz min beş yüz) manat maddi zərər dəydiyi müəyyənləşdirilmişdir. “Ford-Focus” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı icbari qaydada "xxxx" ASC-də sığortalanmışdır. "xxxx"ASC xx.xx.2022-ci il tarixində icbari sığorta qaydasında dəymiş zərərin əvəzi olaraq 5000 (beş min) manat İddiaçı MMC-yə ödəniş etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8685 saylı ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 5228 №-li qiymətləndirmə aktı məlumatlarına əsasən 2014-cü il buraxılışlı, mühərrik həcmi 2488 sm3, “Nissan” markalı, “Xtrail” model, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 9500 manat,(dəyişilməli hissələrin qiyməti 7000 manat; təmir- bərpa işlərinin qiyməti 2500 manat); dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7986 manat, (dəyişilməli hissələrin qiyməti 5486, manat; təmir- bərpa işlərinin qiyməti 2500 manat) müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin İddiaçı MMC-yə məxsus “Nissan XTrail” markalı, **- AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə hadisə zamanı dəymiş ziyanın məbləğini müəyyən edərkən ekspert rəyini əsas götürməyi məqsədəuyğun sayır. Belə ki, ekspert rəyində 2014-cü il buraxılışlı, mühərrik həcmi 2488 sm3, “Nissan” markalı, “Xtrail” model, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7986 manat müəyyən edilmiş, həmin məbləğin 5000 manat hissəsi "xxxx"ASC tərəfindən xx.xx.2022-ci il tarixində icbari sığorta qaydasında ödənildiyindən, qalan 2986 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh ekspert rəyində göstərilən qiymətlərə etiraz etsədə, etirazını əsaslandırıcı sübutlar tədim edə bilmir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə işin hallarına yuxarıda şərh olunan hüquq normalarına istinadən hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-yə məxsus “Nissan XTrail” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə hadisə zamanı maddi ziyan dəyməsi aşkardır və iş materialları ilə sübut olunur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC-yə məxsus “Nissan XTrail” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə hadisə zamanı dəymiş maddi ziyan olaraq, ümumilikdə 2986 manat Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq X2 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005,VÖEN:**********) ödənilməlidir. Məhkəmə iddia tələbinin dövlət rüsumunun əvəzinin ödənilməsinə dair hissəyə münasibətdə bildirir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 faizi qədər olmalıdır. Hazırda iddia tələbinin təmin edilən hissəsi 2986 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 65 manat dövlət rüsumunun 49,86 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 15,14 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC-yə məxsus “Nissan XTrail” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə hadisə zamanı dəymiş maddi ziyan olaraq 2986 manat və 49,86 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş 15,14 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq 50 (əlli) manat Cavabdeh tutularaq X3 müxbir hesabına köçürülsün. (Kod:210005,VÖEN:**********,Müxbir hesab:AZ41NABZ********************) İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-77/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-77/2024
07.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver