Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-7724/2021 08.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı «pul tələbinə dair» sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə 12.11.2020-ci il tarixdə bağlanmış VİP 18164 saylı nisyə alqı-satqı müqaviləsi və X3 ilə 12.11.2020-ci il tarixdə bağlanmış VİP 18164 saylı zaminlik müqavilələri üzrə ödənilməmiş 61 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% (bir)-i həcmində 13 ABŞ dolları cərimə, cəmi 74 ABŞ dolları və 20 manat dövlət rüsumu pulun İddiaçı MMC xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmşdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsini qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti 2000 manat, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-3-cü maddəyə əsasən ərizə məhkəməyə ümumi qaydada verilir. Ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdehin adları, onların poçt ünvanları; iddiaçının tələbi və onun əsaslandığı hallar; tələbin əsaslığını təsdiq edən sənədlər; əlavə edilən sənədlərin siyahısı. İddia ərizəsi və əlavə edilmiş sənədlər yoxlanılarkən iddia ərizəsinin tərtibində qanunvericiliyin göstərişlərinin pozulduğu, X1 iddia ərizəsinin giriş hissəsində zamin qismində göstərildiyi, bununla da Afiz Pirvəliyevin iddiaçı tərəfindən cavabdeh qismində cəlb edilib-edilməməsinin, eləcə də iddia ərizəsinin xahiş etdim hissəsində tələbin kimə yönəldiyinin aydın ifadə olunmadığı müəyyən edildi. MPM-nin 284-4.2-ci maddəyə əsasən Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 284-4, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı MMC-nin cavabdeh X2 qarşı «pul tələbinə dair» ərizənin qəbul edilməsindən imtina edilsin, ərizə və əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Almaz Süleymanova
Məhkəmə qərarları › İş №e-2(060)-7724/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-7724/2021
08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver