Məhkəmə qərarları › İş №e-2(060)-7728/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-7728/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-7728/2023 05.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh arasında bağlanmış 25 aprel 2023-cü il tarixli 322259-1-38506 saylı «Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi»nə əsasən 14 avqust 2023-cü il tarixə Banka borclu olduğu 2944,97 manat məbləğində əsas borc, 26,10 manat məbləğində faiz borcu, 6,95 manat məbləğində cərimə, ümumilikdə isə 2978,02 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 49,78 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 aprel 2023-cü il tarixli 322259-1-38506 saylı «Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi»nə əsasən Cavabdeh 07 may 2021-ci il tarixli 322259-1-22145 saylı kredit müqaviləsi üzrə Banka 25 aprel 2023-cü il tarixə mövcud olan borcu kapitallaşdırılmış və Cavabdeh 2944,97 manat məbləğində borcu illik 3 faiz hesablanması şərti ilə 36 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini 25 may 2023-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka ümumilikdə 2978.02 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək «Kredit alan»ın vəzifəsidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1383/2023 saylı 20 fevral 2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 2385.47 manat əsas, 289.70 manat faiz borcu və 120 manat cərimə olmaqla, cəmi 2795,17 manat borc, ödənilmiş 47,95 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutularaq İddiaçı ASC-nə ödənilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli e-2(060)-5978/2023 saylı qərardadına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbulundan imtina edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. İş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olmasına və bu əsaslara əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair ərizənin qəbulundan imtina edilməsinə baxmayaraq, iddiaçı «İddiaçı Açıq Səhmdar Cəmiyyəti yenidən 30 noyabr 2023-cü il tarixdə məhkəmə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən MPM-nin 284-4-cü maddəsinin göstərişinə uyğun olmadığından iddianın sadələşdirilmiş qaydada baxılması yolverilməzdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 268-269, 284-5.5-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar