Məhkəmə qərarları › İş №e-2(060)-7788/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-7788/2025

03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-7788/2025 03.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İş № 2(060)-7788/2025 Sumqayıt Şəhər Məhkəməsi QƏRARDAD (iddia ərizəsinin baxılmamış saxlanılmasına dair) 03 fevral 2026-cı il Sumqayıt şəhəri Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtının yeri və vaxtı barədə tərəflər qanunla müəyyən edilmiş qaydada və müddətdə xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Hazırda tərəflərin məhkəmənin çağırışına gəlməmələri iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsində göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 5-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Azərbaycan Respublikası MPM-nin 125-ci maddəsinə əsasən məhkəmə xərcləri ilə əlaqədar qərardadlardan şikayət verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 39 manat dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2025-ci il tarixli, ********** saylı qəbzə əsasən ödənilmiş 39 (otuz doqquz) manat dövlət rüsumu dövlət büdcəsindən alınaraq İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəf 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilər. Hakim Şəbnəm Həxiyeva İş № 2(060)-8223/2024 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 20 dekabr 2024-cü il Sumqayıt şəhəri Sumqayıt Şəhər Məhkəməsi Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı X1 cavabdeh X2 qarşı «nikahın pozulması və s. tələbi»nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxılır. Sədrlik edən məhkəmə iclasını 15:30-da açır və baxılacaq işi elan edir. Sədrlik edən proses iştirakçılarının gəlib-gəlməmələri barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə yerində müşavirə edərək qərara aldı: Məhkəmə iclası tərəflərin iştirakı olmadan keçirilsin. Məhkəmə müşavirə otağına gedir, tərəflər gəlmədikləri üçün qərardad elan olunmur. Məhkəmə iclası 15:35-də bağlı elan olunur. Məhkəmə iclas protokolu 20 dekabr 2024-cü il tarixdə tərtib edilmişdir. Sədrlik edən Şəbnəm Həxiyeva Katib Pəri Vəlixanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar