Məhkəmə qərarları › İş №e-2(060)-781/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-781/2025

13.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-781/2025 13.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququ müəyyən edilməsi və mənzilə köçürülmə ilə bağlı maneənin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon ev 30, 3 saylı mənzilə istifadə hüququnun müəyyən edilməsi və həmin mənzilə köçürülməsinə dair yaradılan maneənin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh xx.xx.2002-ci il tarixdə rəsmi nikah bağlamışdırlar. Cavabdeh ilə evləndikdən sonra bir müddət mehriban yaşasalar da, sonradan cavabdehin ailəyə biganə münasibəti nəticəsində aralarında mütəmadi olaraq narazılıqlar baş vermiş və bu da onların ayrılmasına səbəb olmuşdur. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1867/2022 saylı qətnaməsi ilə onların arasında olan nikahın pozulması qət edilmişdir. Nikahın pozulması haqqında AZ-İ № 428162 nömrəli şəhadətnamə ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah xx.xx.2022-ci ildə pozulmuşdur. İddiaçı “birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi və payların müəyyən olunması” tələbinə dair Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə olunmuş Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Sumqayıt şəhəri, 9-cu mikrorayon ev 30, 3 saylı mənzilə və “BMW 523” markalı, ** LA *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə, 700 manat dəyərində döşəmə taxtası və 860 manat dəyərində kərpicə görə, ümumilikdə 1560 manat məbləğində pula ½ hissə payının müəyyən edilməsi və həmin hissədə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2126/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı birgə nikah dövründə əldə olunmuş Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Sumqayıt şəhəri, 9-cu mikrorayon,ev 30, 3 saylımənzilə və “BMW 523” markalı, ** LA *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə İddiaçı ½ hissədə payının müəyyən edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti vermiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2126/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-469/2024 saylı qətnaməsi ilə birgə nikah dövründə əldə olunmuş Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Sumqayıt şəhəri, 9-cu mikrorayon ev 30, 3 saylı mənzilə ½ hissədə payları müəyyən edilməklə, İddiaçı ilə Cavabdeh nikahının pozulması barədə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən ipoteka müqaviləsi üzrə öhdəliyin icrası müddətinin başa çatdığı xx.xx.2040-ci il tarixə kimi ipoteka müqaviləsi üzrə öhdəlikləri bərabər qaydada icra edilməsi qət edilmişdir. Buna baxmayaraq, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-469/2024 saylı qətnaməsinin icrası çətinliklərlə üzləşməkdədir. Belə ki, İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon ev 30, 3 saylı mənzil üzərində mülkiyyət hüququ, bununla da istifadə və sahiblik hüququ yaranmış olsa da, Cavabdeh təqsirli əməlləri səbəbindən bu hüquqların reallaşdırılması mümkün olmamaqdadır. Cavabdeh xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, İddiaçı qeyd edilən mənzildən istifadə etmək (mənzilə köçməsi) üçün şərait yaradılması xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən bu barədə heç bir addım atılmamışdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon ev 30, 3 saylı mənzilə ½ pay hüququ müəyyən edilsə də, cavabdehin təqsirli əməlləri səbəbindən iddiaçının mülkiyyət hüquqları pozulmaqdadır. Qeyd edilənlərə əasən iddiaçı iddia tələbinin təmin ediıməini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, yoldaşı ilə birgə nikah dövründə ipoteka ilə mənzil almış, daha sonra 2022-ci ildə boşanmışlar. Gəncə Apellyasiya məhkəməsi onun mübahisəli mənzilə dair ½ hissədə payının tanınmasını barədə qərar qəbul etmişdir. Həmin qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilməyib. Onu da məhkmənin nəzərinə çatdırır ki, mənizlin ona düşən ½ hissəsinə dair çıxarış da alıb. Qeyd edir ki, mənzildə hazırda kirayəçi yaşayır və kirayəçi keçmiş ərinin göstərişi ilə qapını ona açmır, bir sözlə ona cavabdeh tərəfindən həmin evdə yaşamağa maneələr yaradılır. Qeyd edilənlərə əasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. 4.Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. 5.Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. 6.Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi qimən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.İş materiallarında olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mkr, ev 30, 3 saylı mənzil ½ hissədə Cavabdeh, ½ hissədə İddiaçı payı müəyyən edilməklə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə qeydə alınmışdır. 8.İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 2(104)- 469/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)- 2126/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni Cavabdeh ilə İddiaçı birgə nikah dövründə əldə olunmuş Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Sumqayıt şəhəri, 9-cu mikrorayon ev 30, 3 saylı mənzilə ½ hissədə payının müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə olunmuş Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Sumqayıt şəhəri, 9- cu mikrorayon ev 30, 3 saylı mənzilə ½ hissədə payları müəyyən edilməklə, İddiaçı ilə Cavabdeh nikahının pozulması barədə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən ipoteka müqaviləsi üzrə öhdəliyin icrası müddətinin başa çatdığı xx.xx.2040-ci il tarixə kimi ipoteka müqaviləsi üzrə öhdəliklərinin bərabər qaydada icra edilməsi qət edilmişdir. 9.İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, yaranmış mübahisə ilə əlaqədar məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2002-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdurlar. Daha sonra məhkəmə aktları əsasında İddiaçı mübahisəli mənzilə - Sumqayıt şəhəri, 9-cu mikrorayon ev 30, 3 saylı mənzilə ½ hissədə payı müəyyən edilmişdir. Hazırda iddiaçı həmin mənzilə istifadə hüququnun tanınmasını və mənzilə köçürülməsinə dair yaradılan maneənin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 11.Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 12.Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. 13.Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. 14.Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. 15.Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. 16.Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. 17.Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir. 18.Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. 19.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzilin ½ hissəsi İddiaçı mülkiyyətindədir. 20.Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 21.Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 22.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 23.Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 24.Məhkəmə hesab edir ki, iddiaçı paylı mülkiyyətçi olmaqla mübahisəli mənzildən istifadə hüququna malikdir. Bu səbəbdən iddia tələbi iddiaçının mübahisəli mənzilə istifadə hüququnun tanınması və iddiaçının mənzilə köçürülməsinə dair yaradılan maneənin cavabdehə qadağan edilməsi hissələrində əsaslıdır və təmin edilməlidir. 25.Məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının mənzilə köçürülməsinə dair yaradılan maneənin digər şəxslərə qadağan edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, həmin hissədə iddia tələbi qeyri-müəyyən şəxslərə qarşı yönəlməklə dəqiq və konkret deyildir. 26.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 27.Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia əsas təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 100 manat dövlət rusumu cavabdehdən tutulmalıdır. 28.Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: 29.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 30, 3 saylı mənzilə istifadə hüququ tanınsın və iddiaçının həmin mənzilə köçürülməsinə dair yaradılan maneə Cavabdeh qadağan edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar