Məhkəmə qərarları › İş №e-2(060)-783/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-783/2023

23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-783/2023 23.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" KB QSC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/95493/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 1232,46 (bir min iki yüz otuz iki manat, 46 qəpik) manat məbləğində əsas borc, 72 (yetmiş iki) manat məbləğində faiz borcu, 105,61 (bir yüz beş manat, 61 qəpik) manat məbləğində cərimə borcu, 293,93 (iki yüz doxsan üç manat, 93 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1704 (bir min yeddi yüz dörd) manat məbləğində pulun, 37,04 (otuz yeddi manat, 04 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC "xxxx" KB ilə Cavabdeh arasında 16 fevral 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/95493/15 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 28 (iyirmi səkkiz) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 2500 (iki min beş yüz) manat kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində xx.xx.2022-ci il tarixinə cavabdehin Banka 1232,46 (bir min iki yüz otuz iki manat, 46 qəpik) manat əsas borc, 72 (yetmiş iki) manat faiz borcu, 105,61 (bir yüz beş manat, 61 qəpik) manat cərimə borcu, 293,93 (iki yüz doxsan üç manat, 93 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1704 (bir min yeddi yüz dörd) manat borcu qalmışdır. İddiaçı LPO "xxxx" KB QSC ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərilən tələbləri tam müdafiə etdiyini və mülki iş üzrə məhkəmə baxış iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini, iddia ərizəmizin tam şəkildə təmin edilməsini, təxirə salındığı təqdirdə növbəti iclasın vaxtı və yeri barədə məlumat verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, 16 fevral 2015-ci il tarixində 36 aya QSC “Bank Standart” KB (ləğv prosesindədir) tərəfindən iddiaçıya 2500 manat kredit verilmişdir və cavabdeh lazımi öhdəliklərini yerinə yetirib vaxtında ödənişləri etmişdir. Lakin bir müddətdən sonra QSC “Bank Standart” KB ləğv oldunduğundan ödəniş yeri məlum olmadığına görə və bank tərəfindən cavabdeh heç bir məlumat verilmədiyinə görə nəticədə qalıq məbləğ olaraq 1232,46 manat qalmış, borcu ödəyə bilməmişdir. Belə ki, qanunvericiliyə əsasən, iddia müddəti keçdiyinə görə iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənə əsasən iddia tələbi rədd edilməlidir. Mülki materiallarında olan: - 16 fevral 2015-ci il tarixli, 1xx/xx/95493/15 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 28 % ödəmək şərtilə 2500 manat kredit verilmişdir. - 22 noyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 11 noyabr 2022-ci il tarixə 1232,46 (bir min iki yüz otuz iki manat, 46 qəpik) manat məbləğində əsas borc, 72 (yetmiş iki) manat məbləğində faiz borcu, 105,61 (bir yüz beş manat, 61 qəpik) manat məbləğində cərimə borcu, 293,93 (iki yüz doxsan üç manat, 93 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1704 (bir min yeddi yüz dörd) manat borcu vardır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13483/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadından görünür ki, kreditor LPO QSC "xxxx" KB-nın borclu Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizənin qəbul olunmasından imtina edilmişdir. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizənin mahiyyətindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə iddia müddəti keçdiyinə görə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bank ilə Cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini borcluya vermiş, lakin borclu kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, araşdırılan mübahisə üzrə cavabdeh ərizə təqdim edərək iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir. Araşdırılan mübahisə üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi mübahisə predmetini təşkil edən kredit müqaviləsi 2015-ci il tarixdə, 36 ay müddətinə bağlanmış, kredit müqaviləsinin müddəti 16 fevral 2018-ci il tarixdə bitmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13483/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadından görünür ki, kreditor LPO QSC "xxxx" KB-nın borclu Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizənin qəbul olunmasından imtina edilmişdir. Həmin vaxtdan sonra cavabdeh tərəfindən bu kredit müqaviləsi üzrə ödəniş aparılması iş üzrə sənədlərlə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilir ki, kredit münasibətlərindən yaranan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilməsi müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. MM-in 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (zaminlik) üzrə də iddia müddəti keçir. MM-in 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. MM-in 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası üzrə iddia müddəti keçdiyindən rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı QSC "xxxx" KB-nin QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/95493/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 1232,46 (bir min iki yüz otuz iki manat, 46 qəpik) manat məbləğində əsas borc, 72 (yetmiş iki) manat məbləğində faiz borcu, 105,61 (bir yüz beş manat, 61 qəpik) manat məbləğində cərimə borcu, 293,93 (iki yüz doxsan üç manat, 93 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1704 (bir min yeddi yüz dörd) manat məbləğində pulun, 37,04 (otuz yeddi manat, 04 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair iddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar