Məhkəmə qərarları › İş №e-2(060)-794/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-794/2025

14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-794/2025 14.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində pulun və ödənilmiş 108 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsindəki kənd təsərrüfatı mallarının topdan satış bazarından tanıyır. xx.xx.2024-cü il tarixdə iddiaçı Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsindəki kənd təsərrüfatı mallarının topdan satış bazarında Məhəmməd Hüseynovla rastlaşıb. Cavabdeh iddiaçıya yaxınlaşıb əlində mal olmadığını, çətinlik çəkdiyini bildirib və bayramlıq mallarının topdan satışı ilə məşğul olan Natiq adlı şəxslə iddiaçının münasibətinin yaxşı olduğunu bildirərək iddiaçıdan ailəsə maddi cəhətdən köməklik göstərə bilməsi üçün xahiş etmişdir ki, Natiq adlı şəxsdən cavabdehə 4-5 kisə nisyə qoz verməsini pulunu isə satdıqca yavaş-yavaş geri ödəyəcək. İddiaçı cavabdehlə aralarında olan tanışlığa və cavabdehin ailə vəziyyətini nəzərə alaraq Natiq adlı dostu ilə danışmış və cavabdehə bir az mal verməsini, pulu isə cavabdehin yavaş-yavaş geri ödəyəcəyini bildirmişdir. Lakin bir gün sonra iddiaçı bazara gəldikdə Natiq ona tanışının 8800 ( səkkiz min səkkiz yüz) manat dəyərində bir maşın mal apardığının bildirmişdir. İddiaçı dərhal cavabdehlə əlaqə saxlayıb, nəyə görə birdəfəlik bu qədər mal pardığını soruşmuşdur. Cavabdeh bildirib ki, öz şəriki Aqillə danışıb o da cavabdehə bir maşın yüklə gətir, satmağa yerləri var, qısa vaxtda malın pulun ödəyərlər. İddiaçı bu haldan narahat olaraq, bir qayda olaraq hamı bilir ki, mart ayının 20-nə kimi bayramlıq malların anbarına olan borc bağlanmalı olduğunu cavabdehə bildirib. Sonradan dəfəflərlə cavabdehlə əlaqə saxlayıb borcunu ödəməli olduğunu bildirsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan boyun qaçırmışdır. İddiaçı cavabdehin ona verdiyi vədlərə inanıb qohum və dostlarımdan pul borca alıb Natiqə olan borclarını bağlayıb. İddiaçı bu günə qədər dəfələrlə cavabdehə borcunu qaytarmağı bildirsə də, cavabdeh öz borcundan bir qəpik belə ödəməmişdir. Bu səbəblə də hazırki ərizə ilə məhkəməyə müraciət edirik. Hesab edir ki,cavabdehdən 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə dair izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh onun etibarından sui-istifadə edib. O, götürülən qoz üçün ilkin ödəniş istəmişdim. Lakin, cavabdeh məhsulu topdan verməyə adamının olduğunu bildirdi. Cavabdeh onun adından 1 maşın qoz almış, aldığı şəxsi də aldatmışdır ki, guya onunla aralarında razlaşma var. Bundan başqa cavabdehlə aralarında borc müqaviləsi bağlayıblar. Cavabdeh may və ya iyun ayına qədər borcu ödəyəcəyini bildirib. Cavabdeh iddianı qəbul edir. Lakin, dini görüşü ilə əlaqədar məhkəmə prosesində iştirak etmək istəmir. İddiaçı qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. 4.Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, Tofiq və cavabdeh 2024-cü ilin fevral ayında tanış olmuşdurlar. Cavabdeh iddiaçıya satmağa malının olmamasını deyib və iddiaçının Natiq adlı şəxsdən 4-5 kisə nisyə qoz almasını xahiş edib. Əvəzində isə cavabdeh qozları satıb pulu ödəyəcəyini bildirib. Cavabdeh isə 4-5 kisə yox, tərəfinin adından 1 maşın dəyəri 8800 manat olan qoz qalıb. Tərəfi sonradan cavabdehlə əlaqə saxlayıb və bu qədər qoz götürməməsini bildirib, lakin cavabdeh pulunu ödəyəcəyini bildirib. Cavabdeh əlyazmasında da malı satdıqca pulu ödəyəcəyini etiraf edib. Tərəfi məsələ ilə əlaqədar 01 may tarixində polisə müraciət etmiş, işin mülki xüsusiyyətli olduğu üçün məhkəməyə müraciət etməsi bildirilib. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçını və nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan iddiaçı xx.xx.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2024-cü il tarixdək qaytarmaq şərti ilə 8800 manat borc pul vermişdir.

8. İşdə olan Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı mülki icraat qaydasında məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. 9.İşdə olan xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, Cavabdeh İddiaçı tanışından 8800 manat dəyərində mal aldığını, həmin pulun Tofiq tərəfindən ödənildiyini və nəticədə Tofiqə yaranmış borcunu bu günə kimi ödəmədiyini etiraf etmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında borc müqaviləsi bağlanmışdır. İddiaçı sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır.

Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

12. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.

13. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

14. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1).

15. Beləliklə, Cavabdeh borc müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə borc müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə borc müqaviləsinə əsasən 8800 manat pul tutulmalıdır.

16. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 108 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir.

17. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

20. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia təmin edilsin. Cavabdeh iddiaç İddiaçı xeyrinə 8800 (səkkiz min səkkiz yüz) manat borc və 108 (bir yüz səkkiz) manat dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar