Məhkəmə qərarları › İş №e-2(060)-7968/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7968/2025

02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(060)-7968/2025 02.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSI Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh İmaməddin oğluna qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı ASC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh İmaməddin oğlu arasında bağlanmış ##.##.2025-ci il tarixli, ******-CNS-***** saylı “Kredit müqaviləsi”nə əsasən ##.##.2025-ci il tarixə Banka borclu olduğu 6689,64 manat əsas borc, 206,93 manat faiz borcu olmaqla, ümumilikdə isə 6896,57 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 98,78 manat dövlət rüsumunun Cavabdeh İmaməddin oğlundan tutularaq İddiaçı ASC-yə ödənilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh İmaməddin oğlu arasında bağlanmış ##.##.2025-ci il tarixli ******-CNS-***** saylı “Kredit borcun restrukturizasiyasına dair” müqaviləyə əsasən Cavabdeh İmaməddin oğlunun borcu kapitallaşdırılmış və o, 8032,33 manat borcu illik 15 faiz hesablanması şərti ilə 59 ay müddətində ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh İmaməddin oğlu üzərinə götürdüyü kredit öhdəliklərini ##.##.2025-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka ümumilikdə isə 6896,57 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə cavabdehin borcu səhv olaraq az göstərildiyindən xxxx” ASC ilə Cavabdeh İmaməddin oğlu arasında bağlanmış ##.##.2025-ci il tarixli, ******-CNS-***** saylı “Kredit müqaviləsi”nə əsasən ##.##.2025-ci il tarixə Banka borclu olduğu 7830,22 manat əsas borc, 48,17 manat faiz borcu olmaqla, ümumilikdə isə 7878,39 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 98,78 manat dövlət rüsumunun Cavabdeh İmaməddin oğlundan tutularaq İddiaçı ASC-yə ödənilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İddiaçı ASC-nin nümayəndəsi, ərizə ilə məhkəməyə müraciət edərək baxış iclasının iştirakları olmadan keçirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -“xxxx” KB ilə Cavabdeh İmaməddin oğlu arasında bağlanmış ##.##.2025-ci il tarixli, ******-CNS-***** saylı müqavilədən görünür ki, Cavabdeh İmaməddin oğlunun 8032,33 manat borcu illik 15 faiz hesablanması şərti ilə 59 ay müddətində ödəməyi öz öhdəsinə götürmüşdür. - ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, ##.##.2025-ci il tarixinə cavabdehin banka 7830,22 manat əsas borc, 48,17 manat faiz borcu, 0,00 manat cərimə borcu, ümumilikdə 7878,39 manat manat borcu qalmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında ##.##.2025-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. İddiaçı ##.##.2025-ci il tarixli ******- CNS-***** saylı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə cavabdehin banka 7830,22 manat əsas borc, 48,17 manat faiz borcu olmaqla, ümumilikdə 7878,39 manat manat borcu yaranmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci madəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək və müqavilənin tələblərini pozaraq, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehdən tutulması hissədə iddia təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 %-i həcmində olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 7878,39 manat olduğundan ödənilmiş 98,78 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh İmaməddin oğlu arasında bağlanmış ##.##.2025-ci il tarixli 348884-CNS-64366 saylı kredit müqaviləsi üzrə 7830,22 manat əsas borc, 48,17 manat faiz borcu olmaqla, cəmi 7878,39 manat borc və 98,78 manat dövlət rüsumunun əvəzi cavabdeh Cavabdeh İmaməddin oğlundan İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar