Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-8096/2025 30.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Şirəliyeva Vəfa Zavrulla qızı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” barədə kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq cavabdehlər Cavabdeh1 Fərhad qızı və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2025-ci il tarixinə nağd krediti ilə əlaqədar olaraq, əsas borc üzrə 425,03 manat, faiz borcu üzrə 0,76 manat faiz borcu, 0,02 manat cərimə borcu olmaqla, cəmi 425,81 manat borcun tutulması, xx.xx.2025-ci il tarixinə kart krediti ilə əlaqədar olaraq isə, əsas borc üzrə 399,4 manat əsas borc, 23,2 manat faiz borcu olmaqla, cəmi 422,6 manat borcun tutulması, həmçinin iddia ərizəsi üçün cəmi ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Sumqayıt filialı ilə X6 arasında bağlanmış BPM**********87 saylı, xx.xx.2020-ci tarixli tam kart kredit müqaviləsinə əsasən bank tərəfindən X5 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 400 manat məbləğində kart krediti, 36 ay müddətinə, illik 22 faiz hesablanmaqla 2350 manat məbləğində isə nağd kredit verilmişdir. X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X4 vərəsələri Cavabdeh1 Fərhad qızı və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Yuxarıda adı çəkilən kredit müqaviləsinə əsasən cavabdehin xx.xx.2025-ci il tarixinə nağd krediti ilə əlaqədar olaraq, əsas borc üzrə 425.03 manat, faiz borcu üzrə 0.76 manat faiz borcu, 0.02 manat cərimə borcu olmaqla, cəmi 425.81 manat borcu mövcuddur. xx.xx.2025-ci il tarixinə kart krediti ilə əlaqədar olaraq isə, əsas borc üzrə 399.4 manat əsas borc, 23.2 manat faiz borcu olmaqla, cəmi 422.6 manat borcu mövcuddur. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 30 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı ödənilmişdir. Cavabdehlər Cavabdeh1 Fərhad qızı və Cavabdeh2 vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.
Tədqiq olunan sübutlar:
3. İddiaçı "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********87 nömrəli tam kart çərçivə müqaviləsindən görünür ki, bank müştərinin adına ikitərəfli ödəniş kartını buraxmağı, müştərinin adına bank hesablarını açmağı, müştəriyə tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15000 manat məbləğinədək, kreditdən istifadəyə görə illik 24 faizədək ödəmək şərtilə kredit limitini ayırmağı, müştəri isə tam kart, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən tam kartdan istifadəyə görə illik bank xidmətlərinin haqlarını ödəməyi, bank tərəfindən ayrılmış kreditdən təyinatı üzrə istifadə etməyi, müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürmüşdür.
4. xx.xx.2020-ci il tarixli Bank kartına kredit limitinin təyin olunmasına dair razılaşmadan görünür ki, “Azərbaycan Beynəlxalq Bankı» ASC ilə X1 36 ay müddətinədək illik 24 faiz ödəmək şərtilə 400 manat məbləğində kredit xəttinin ayrılması ilə bağlı razılaşmışlar.
5. xx.xx.2020-ci il tarixli, BPM**********87 nömrəli çərçivə müqaviləsinin 4.1.1.1-ci bəndinə əsasən kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, bank X5 36 ay müddətində 2350 manat məbləğində kreditdən istifadəyə görə illik 22 faiz ödəmək şərtilə kredit verməyi öhdəsinə götürmüşdür.
6. “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən çıxarışdan görünür ki, X4 vərəsəsi Cavabdeh1 və Cavabdeh2dır, şəhadətnamə əsasında verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə X5 verilmiş **********54-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət resyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 68,4 kv.m olan fərdi yaşayış evindən, ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə X5 verilmiş **********54-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət resyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,02 ha olan torpaq sahəsindən ibarətdir.
7. İddiaçı "xxxx" ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehlərə kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin 3 gün müddətində tam şəkildə yerinə yetirilməsi tələb edilmiş, əks halda tərəfindən borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
8. İddiaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş 19 noyabr 2025-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, X4 xx.xx.2020-ci il tarixli kredit xətti üzrə 399,4 manat əsas borcu, 23,2 manat faiz borcu, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 425,03 manat əsas borc, 0,76 manat faiz borcu, 0,02 manat cərimə borcu vardır.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin :
- 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. -1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. -1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. -1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. -1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur.
13. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
14. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
15. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, bank müştərinin adına ikitərəfli ödəniş kartını buraxmağı, müştərinin adına bank hesablarını açmağı, müştəriyə tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15000 manat məbləğinədək, kreditdən istifadəyə görə illik 24 faizədək ödəmək şərtilə kredit limitini ayırmağı, müştəri isə tam kart, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən tam kartdan istifadəyə görə illik bank xidmətlərinin haqlarını ödəməyi, bank tərəfindən ayrılmış kreditdən təyinatı üzrə istifadə etməyi, müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürmüşdür. “Azərbaycan Beynəlxalq Bankı» ASC ilə X1 36 ay müddətinədək illik 24 faiz ödəmək şərtilə 400 manat məbləğində kredit xəttinin ayrılması və X5 36 ay müddətində 2350 manat məbləğində kreditdən istifadəyə görə illik 22 faiz ödəmək şərtilə kredit verməyi ilə bağlı razılaşmışlar. X6 25 yanvar 2023-cü il tarixdə vəfat etmişdir. Hazırki iş üzrə cavabdehlər X4 qanun üzrə vərəsəsidir.
16. Sözügedən müqavilələr üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən X4 vərəsələri Cavabdeh1 və Cavabdeh2 bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
17. Göründüyü kimi kredit götürən vəfat etdiyindən müqavilə üzrə öhdəlik tam olaraq icra edilməmiş və bunun nəticəsində iddiaçıya borcu yaranmışdır. Cavabdeh borclunun vərəsəsi olaraq mirası qəbul etmələrinə baxmayaraq miras qoyanın bank qarşısında borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının müqavilənin şərtlərinə uyğun olaraq əsas, faiz və cərimə borcunu tələb etmək hüququ yaranmışdır.
18. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X4 "xxxx" ASC-yə olan borcu onun mirasını qəbul etmiş vərəsəsindən tutulmalıdır.
19. Belə ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə mirasqoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
21. Hazırki işdə cavabdehə yuxarıda adı qeyd edilən kredit müqaviləsi üzrə X2ndan miras qalmış əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə X5 verilmiş **********54-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət resyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 68,4 kv.m olan fərdi yaşayış evindən, ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə X5 verilmiş **********54-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət resyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,02 ha olan torpaq sahəsindən ibarət olduğundan məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır.
22. Buna görə də iddia tələbi təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə 399,4 manat əsas borc, 23,2 manat faiz borcu, xx.xx.2020-ci il tarixli çərçivə müqaviləsi üzrə 425,03 manat əsas borc, 0,76 manat faiz borcu, 0,02 manat cərimə borcu olmaqla, cəmi 848 (səkkiz yüz qırx səkkiz) manat, 41 (qırx bir) qəpik pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti və 0,40 manat bank xidmət haqqı tutularaq "xxxx" ASC-yə verilməlidir.
Nəticə:
23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə 399,4 manat əsas borc, 23,2 manat faiz borcu, xx.xx.2020-ci il tarixli çərçivə müqaviləsi üzrə 425,03 manat əsas borc, 0,76 manat faiz borcu, 0,02 manat cərimə borcu olmaqla, cəmi 848 (səkkiz yüz qırx səkkiz) manat, 41 (qırx bir) qəpik pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti və 0,40 manat bank xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva