Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-8124/2021 23.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimi İsmayılov Azər İbrahim oğlu, İddiaçı «X1 Azərbaycan» QSC-nın Cavabdeh qarşı «kiçik iddialara dair» iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı «X1 Azərbaycan» QSC Cavabdeh qarşı «kiçik iddialara dair» iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə ərizənin qəbul olunmasından imtina edir. İddiaçı Cavabdeh cəmi 1870,22 manat pul tələb etsə də, həmin tələbi təsdiq edən maliyyə arayışını iddia ərizəsinə əlavə etməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş maliyyə arayışında cavabdehin cəmi 402,46 manat borcu olduğu göstərilmişdir. İddiaçı iddia ərizəsinin əsaslandırma hissəsində də cavabdehin 402,46 manat borcu olduğu halda ondan 1870,22 manat pul tələb etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı «X1 Azərbaycan» QSC-nın Cavabdeh qarşı «kiçik iddialara dair» iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №e-2(060)-8124/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-8124/2021
23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver