Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-8139/2021 22.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahvedili Nuranə Həmzə qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh Elşad oğluna qarşı pul tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh Elşad oğluna (bundan sonra – cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən müqavilə üzrə 510,76 manat qalıq borcu və 169,45 manat cərimə borcu olmaqla, cəmi 680,21 anat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir (284-4.1.4). Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz (284- 4.2.). Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır (284-4.3.). Müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 14.05.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, cavabdeh iddiaçıdan aldığı “Xiaomi Redmi 5 Plus” markalı mobil telefona görə 12 ay müddətinə hər ay 46 manat, sonuncu ay isə 50,76 manat olmaqla, cəmi 556,76 manat ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı 510,76 manat əsas borc məbləğinə hesablanmış 169,45 manat cəriməni cavabdehdən tələb edir. Göründüyü kimi iddia tələbində əsas borcla cərimə borcu arasında olan tənasüb gözlənməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilən tələbetmə hüququ barəsində mübahisə olduğu üçün kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-4-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı MMC-nin Cavabdeh Elşad oğluna qarşı pul tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin qəbulundan imtina olunsun. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-8139/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-8139/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver