Məhkəmə qərarları › İş №e-2(060)-8239/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-8239/2025

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-8239/2025 11.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Açıq Səhmdar Cəmı̇ yyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 19 yanvar 2024 il tariхli, 200804-772267/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 19.5% dərəcəsi ilə 7000 manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdeh – Cavabdeh1 arasında 19 yanvar 2024 il tariхli, 200804-772267/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (bоrcalan tərəfindən 19 yanvar 2024 il tariхli, 200804-772267/1 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 19 yanvar 2024 il tarixli, 200797- PC**********nömrəli kredit xətti müqaviləsinə əsasən illik 24 faiz dərəcəsilə, 36 ay müddətinə kredit xətti açılmışdır. Müqavilənin 2.11-ci bəndinə əsasən kredit xətti üzrə aylıq faiz ödənişi 30 (otuz) gündən artıq gecikdirilərsə, kredit xəttinin limiti sıfırlanır, limit sıfırlandığı tarixdən etibarən 10 (on) təqvim günü ərzində qalıq borc məbləği (əsas borc, faizlər və cərimə) kapitallaşdırılaraq avtomatik olaraq növbəti 12 (on iki) və ya 24 (iyirmi dörd) ay üçün annuitet (aylıq bərabər) ödənişli forması ilə olan kreditə çevrilir və bu Müqavilənin 2.3-ci bəndində nəzərdə tutulmuş illik faiz dərəcəsi ilə Borcalan tərəfindən Banka qaytarılır. Cavabdeh2 tərəfindən imzalanmış Müqavilənin 2.11-ci bəndinin tələbinə əsasən kredit xətti üzrə aylıq faiz ödənişi 30 (otuz) günədək gecikdirilməsinə görə 19 yanvar 2024-cü il tarixli kredit xətti müqaviləsi 01 aprel 2025-ci il tarixdə qalıq borc məbləği (əsas borc, faiz və cərimə) kapitallaşdırılaraq 313,71 manat avtomatik olaraq növbəti 12 (on iki) ay üçün annuitet (aylıq bərabər) ödənişli kredit məbləğinə çevrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditlərin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 19 yanvar 2024-cü il tarixli 200804-772267/1 nömrəli istehlak kredit müqaviləsi üzrə 29 oktyabr 2025-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 5236,45 manat əsas borcu və 379,50 manat faiz borcu olmaqla, cəmi 5615,95 (beş min altı yüz on beş manat 95 qəpik) məbləğində kredit borcu yaranmışdır. 19 yanvar 2024cü il tarixli 200797-PC********** nömrəli istehlak kredit xətti müqaviləsi üzrə 29 oktyabr 2025-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 290,32 manat əsas borcu və 34,94 manat faiz borcu olmaqla, cəmi 325,26 (üç yüz iyirmi beş manat 26 qəpik) məbləğində kredit borcu yaranmışdır. İstehlak krеditi müqavilələrin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Göstərilənlərə əsasən, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 19 yanvar 2024-cü il tarixli 200804-772267/1 nömrəli istehlak kredit müqaviləsi üzrə 5236,45 manat əsas borcu və 379,50 manat faiz borcu olmaqla, cəmi 5615,95 (beş min altı yüz on beş manat 95 qəpik) manat və Cavabdeh219 yanvar 2024-cü il tarixli 200797-PC********** nömrəli istehlak kredit xətti müqaviləsi üzrə 290,32 manat əsas borcu və 34,94 manat faiz borcu olmaqla, cəmi 325,26 (üç yüz iyirmi beş manat 26 qəpik) manat borcun və 79.42 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. İddiaçı Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək, işə onların nümayəndələrinin iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək iddia tələbinin təmin edilməsinə etirazı olmadığını bildirmişdir.

6. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək iddia tələbini qəbul etdiyini bildirmişdir.

7. Məhkəmə, cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 19 yanvar 2024-cü il tarixli, 200804-772267/1 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 48 ay müddətinə, illik 19,5 faiz dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmişdir.

9. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 200804-772267/1 saylı, 19 yanvar 2024-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 borclu Cavabdeh2 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür.

10. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 19 yanvar 2024-cü il tarixli, 200797-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 300 manat məbləğində kredit xətti açılmışdır.

11. İşin materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 19 yanvar 2024-cü il tarixli, 200804-772267/1 saylı kredit müqaviləsinə əsasən Banka 5236,45 manat əsas borcu, 379,5 manat faiz borcu olmaqla, cəmi 5615,95 manat məbləğində borcu vardır.

12. İşin materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 19 yanvar 2024-cü il tarixli, 200797- PC********** saylı kredit xətti müqaviləsinə əsasən Banka 290,32 manat əsas borcu, 34,94 manat faiz borcu olmaqla, cəmi 325,26 manat məbləğində borcu vardır.

13. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 ünvanladığı xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh2 və Cavabdeh1 200804- 772267/1 saylı kredit müqaviləsi üzrə 5236,45 manat əsas, 315,32 manat faiz borcu olmaqla, cəmi 5551,77 manat borcunun olduğu bildirilmiş, borcun 7 gün müddətində qaytarılması, əks təqdirdə barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcəyi bağlı xəbərdarlıq edilmişlər.

14. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh2 ünvanladığı xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh2 200797-PC********** saylı kredit müqaviləsi üzrə 290,32 manat əsas, 30,3 manat faiz borcu olmaqla, cəmi 320,62 manat borcunun olduğu bildirilmiş, borcun 7 gün müddətində qaytarılması, əks təqdirdə barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcəyi bağlı xəbərdarlıq edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 19 yanvar 2024-cü il tarixli, 200804-772267/1 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 48 ay müddətinə, illik 19,5 faiz dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmiş, zamin Cavabdeh1 borclu Cavabdeh2 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. Bundan başqa, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 19 yanvar 2024-cü il tarixli, 200797-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 300 manat məbləğində kredit xətti açılmışdır. Hazırda cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə banka ödənilməmiş borcları yaranmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

19. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

22. Bundan əlavə, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

23. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

24. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də əsas borcun cavabdehlərdən tutulması hissəsində iddia təmin edilməlidir.

25. Həmçinin, iddiaçı iddia qaldırarkən 200804-772267/1 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 379,5 manat, 200797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 34,94 manat faiz hesablandığını göstərmişdir.

26. Məhkəmə qeyd edir ki, kreditorun borcluya bildiriş göndərərək bütün borcu qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş göndərildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir.

27. Belə olan halda, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə ondan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir.

28. Odur ki, kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin (əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, ən azı illik beş faizin) ödənilməsini borcludan tələb edə bilər.

29. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia 200804-772267/1 nömrəli kredit müqaviləsi üzrə faiz borcu hissəsində qismən, xx.xx.2025-ci il tarixli bildirişdə göstərilən məbləğdə, yəni 315,32 manat, 200797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 30,3 manat məbləğində təmin edilməlidir.

30. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 78,72 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.

32. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 19 yanvar 2024-cü il tarixli, 200804-772267/1 nömrəli istehlak kredit müqaviləsi üzrə 5236,45 (beş min iki yüz otuz altı manat, qırx beş qəpik) manat əsas borc və 315,32 (üç yüz on beş manat, otuz iki qəpik) manat faiz borcu olmaqla, cəmi 5551,77 (beş min beş yüz əlli bir manat, yetmiş yeddi qəpik) manat məbləğində pul, Cavabdeh2 19 yanvar 2024-cü il tarixli, 200797-PC********** nömrəli istehlak kredit xətti müqaviləsi üzrə 290,32 (iki yüz doxsan manat, otuz iki qəpik) manat əsas borc və 30,3 (otuz manat, otuz qəpik) manat faiz borcu olmaqla, cəmi 320,62 (üç yüz iyirmi manat, altmış iki qəpik) manat borcun və 78,72 (yetmiş səkkiz manat, yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 342-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 19 yanvar 2024-cü il tarixli, 200804-772267/1 nömrəli istehlak kredit müqaviləsi üzrə 5236,45 (beş min iki yüz otuz altı manat, qırx beş qəpik) manat əsas borc və 315,32 (üç yüz on beş manat, otuz iki qəpik) manat faiz borcu olmaqla, cəmi 5551,77 (beş min beş yüz əlli bir manat, yetmiş yeddi qəpik) manat məbləğində pul, Cavabdeh2 19 yanvar 2024-cü il tarixli, 200797- PC********** nömrəli istehlak kredit xətti müqaviləsi üzrə 290,32 (iki yüz doxsan manat, otuz iki qəpik) manat əsas borc və 30,3 (otuz manat, otuz qəpik) manat faiz borcu olmaqla, cəmi 320,62 (üç yüz iyirmi manat, altmış iki qəpik) manat borcun və 78,72 (yetmiş səkkiz manat, yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar