Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-8428/2021 30.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi edilməsi və pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq məhkəmə baxışına təkrar olaraq gəlməmişlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı müqavilənin ləğvi barədə cavabdehə 13.09.2021-ci il tarixdə bildiriş göndərmiş, borcun 3 gün müddətində ödənilməsi və ya ödənilməməsi səbəblərinin araşdırılması səbəbilə MMC-nin inzibati binasına müraciət edilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İşdən görünür ki, sifarişli poçt göndərişinin göndərilməsi reyestrinin surəti iş materiallarına əlavə olunsa da, bildirişin alınmasını təsdiq edən sübut işdə mövcud deyildir. İddia ərizəsi isə məhkəməyə 29.09.2021-ci il tarixdə elektron kabinet vasitəsilə daxil olmuşdur. Göründüyü kimi, cavabdeh bu bildirişi almamış, bununla da həmin sənəddə göstərilən müddətin ötməsinə əsaslanaraq qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, habelə bildirişin göndərilmə tarixindən 30 gün keçməmişdir. Məhkəmə şərh olun hüquq normasına əsaslanaraq hesab edir ki, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədiyindən AR MPM-nin 259.0.1-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. AR MPM-nin 260-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Bundan əlavə, məhkəmə sözügedən bildirişi müqavilənin ləğvi barədə təklif kimi qiymətləndirmir. Çünki, həmin sənəddə müqavilənin ləğvi barədə cavabdehə hər hansı təklif verilməmiş, onun məsələyə münasibəti soruşulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi edilməsi və pul tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(060)-8428/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-8428/2021
30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver