Məhkəmə qərarları › İş №e-2(060)-8435/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-8435/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-8435/2021 04.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi : İddiaçı MMC Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsi ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 375,28 manat qalıq borc və 218,53 manat cərimə borcu olmaqla, cəmi 593,81 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti 2000 manat, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-4.1.3, 284-4.1.4-cü maddəyə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Hesab edirəm ki, cərimə borcu ilə bağlı hissədə tələbetmə hüququ barədə mübahisə vardır. Odur ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» ərizənin qəbul edilməsindən imtina edilsin, ərizə və əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar