Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-856/2025 10.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı nağd pul krediti müqaviləsi üzrə borcun tutulması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 369084 - CNS – 49050 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə banka borclu olduğu 8342.76 manat məbləğində əsas borc, 357.02 manat məbləğində faiz borcu ümumilikdə isə 8699.78 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 107 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 369084 - CNS – 49050 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqavilə”yə əsasən Cavabdeh borcu kapitallaşdırılmış və o, 8342.76 manat məbləğində borcu illik 11 faiz hesablanması şərtilə 59 ay meddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəlikləri xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticəsində cavabdehin banka ümumilikdə 8699.78 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə onlar tərəfindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Onlar tərəfindən cavabdehə pretenziya qaydasında müraciət olunmuşdur. İddiaçı ASC-nin nümayəndəsi X1 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, məhkəmə iclasında üzrlü səbəbdən iştirakları mümkün olmayacaqdır. Bu səbəbdən, hazırki iş üzrə məhkəmə prosesini onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini qəbul edərək bildirdi ki, uzun müddətdir ki, ödənişləri etmirəm, verilmiş iddia tələbinin təmin edilməsinə etiraz etmirəm. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 369084 - CNS – 49050 saylı nağd pul krediti müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 8342.76 manat məbləğində əsas borc, 357.02 manat məbləğində faiz borcu ümumilikdə isə 8699.78 manat borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 369084 - CNS – 49050 saylı kredit müqaviləsinə 1 nömrəli əlavə, ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilk xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək hər ay müəyyən məbləğlərdə, xx.xx.2023-cü ildə 76.48 manat, xx.xx.2023-cü ildə 81.57 manat, xx.xx.2024-cü ildə 71.38 manat, xx.xx.2024cü il tarixdə 76.47 manat, xx.xx.2024-cü ildə 81.57 manat, xx.xx.2024-cü ildə 71.38 manat, xx.xx.2024-cü ildə 76.48 manat, xx.xx.2024-cü il tarixdə 79.02 manat, xx.xx.2024-cü ildə 73.93 manat, xx.xx.2024-cü ildə 76.47 manat, xx.xx.2024-cü il 76.48 manat, xx.xx.2024-cü ildə 76.47 manat, xx.xx.2024-cü ildən xx.xx.2028-ci ilə kimi hər ay 220.13 manat, xx.xx.2028-ci ildə isə 172.11 manat olmaqla ödəniş etməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 4485P nömrəli pretenziya məktubundan görünür ki, borcluya xx.xx.2024-cü il tarixə 8699.78 manat məbləğində borcun 3 iş gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə qanunvericiliyin tələbinə uyğun tədbirlər görülməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində 932521 saylı qaimə ilə ünvan 1 ünvanına cavabdehə məktubun göndərilməsi sifariş edilmişdir. Lakin bildirilib ki, göstərilən ********** saylı telefon nömrəsi ilə heç bir əlaqə yaratmaq mümkün olmamışdır və qeyd olunan ünvanda qapı bağlı olmuşdur. Buna görə də məktub iddiaçıya geri qaytarılmışdır. Məhkəmənin qənaətinə görə Cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl olunmamış, üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmişdir. Bunun nəticəsində İddiaçı ASC ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Bu isə məhkəmənin iddia tələbinin təmin edilməsi nəticəsinə gəlməsinə əsas vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1. və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda ləğv edilə bilər. 423.2-ci maddəsindən görünür ki, müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Kredit müqaviləsinin şərtlərindən, iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə İddiaçı ASC-yə 8342.76 manat məbləğində əsas borc, 357.02 manat məbləğində faiz borcu ümumilikdə isə 8699.78 manat borcu yaranmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 369084-CNS-49050 saylı,xx.xx.2024-cü il tarixli nağd pul krediti müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 8342.76 manat məbləğində əsas borc, 357.02 manat məbləğində faiz borcu ümumilikdə isə 8699.78 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 107 dövlət rüsumu manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 8342.76 manat məbləğində əsas borc, 357.02 manat məbləğində faiz borcu ümumilikdə isə 8699.78 manat pul məbləği və məhkəməyə müraciət etmək üçün ödənilmiş 107 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-856/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-856/2025
10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver