Məhkəmə qərarları › İş №e-2(060)-860/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-860/2023

01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-860/2023 01.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi ilə, İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Bank VTB (Azərbaycan) ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bank "xxxx"–nin “Sumqayıt” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MK- 00044-17/21A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 22 faiz ödəmək şərti ilə 20000 (iyirmi min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh1 xx.xx.2021-ci il tarixdə iddiaçı ilə MKZ-00044-17/21A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh2 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Kreditin təminatı qismində Cavabdeh3 xx.xx.2021-ci il tarixdə iddiaçı ilə MKZ2-00044-17/21A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh2 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Kreditin təminatı qismində Cavabdeh4 xx.xx.2021-ci il tarixdə iddiaçı ilə MKZ3-00044-17/21A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh2 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Kreditin təminatı qismində Cavabdeh5 xx.xx.2021-ci il tarixdə iddiaçı ilə MKZ4- 00044-17/21A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh2 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 10090.68 manat, faiz borcu 403.73 manat, dəbbə pulu 56.5 manat, cəmi borc 10550.91 manat təşkil edir. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq cavabdeh və zaminlərə kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqavilələrin müvafiq olaraq 3.1-ci və 7.4-cü maddələrinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərə əsasən Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MK-00044-17/21A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2022-ci il tarixə ödənilməmiş 10090.68 manat əsas borc, 403.73 manat faiz borcu və 56.5 manat dəbbə pulu olmaqla, ümumilikdə 10550.91 manat borcun, iddianın qaldırılması üçün ödənilmiş 121.65 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi X2 məhkəməyə elektron ərizə ilə müraciət edərək mülki işə iştirakları olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2023-cü il tarixdə keçirilən hazırlıq iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. 24.000 manat kredit götürmüş, həmin məbləğdən 14.000 manat qaytarmış, 10.000 manat borcu qalmışdır. Həmin məbləğin də yeni qrafik açılması ilə ödənilməsinə etiraz etmir. Güzəşt üçün banka müraciət etmiş, lakin bank bildirmişdir ki, 5000 manat nağd ödədikdən sonra, yerdə qalan məbləğ üzrə yeni qrafik açıla bilər. Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2023-cü il tarixdə keçirilən hazırlıq iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, Xaqaninin şəriki olmaqla bərabər, həm də zamin durmuşdur. İddia tələbini qəbul edir, lakin tələb olunan kredit məbləğini 2 il müddətinə ödəyə bilər. Birdəfəlik ödəməyə imkanı yoxdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin Cavabdeh5 qeyd olunan ünvanda yaşamaması səbəbindən məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmış, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 “SMS” bildiriş göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası MPM-in tələbinə əsasən məhkəmə işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: İddiaçı «Bank VTB (Azərbaycan)» ASC tərəfindən verilmiş 01 noyabr 2022-ci il tarixli, SUMF-2022/254 saylı bildirişin sürətindən görünür ki, aralarında bağlanmış xx.xx.2021-ci il tarixli MK-00044-17/21A “Kredit müqaviləsi”-nə əsasən, istehlak məqsədilə 24 ay müddətinə, illik 22 faiz ödəmək şərti ilə 20000 manat məbləğində kredit ayrılmış, lakin kredit ödənilmir və 66 gündü ki, gecikmə müşahidə olunur. 25 iyun 2021-ci il tarixli, MK-00044-17/21A “Kredit müqaviləsi” üzrə banka xx.xx.2022-ci il tarixinə ümumi borc 10299.28 manat təşkil edir. Kredit borcun ödənilməsi tələb edilmişdir. İddiaçı «Bank VTB (Azərbaycan)» ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MK-00044-17/21A tarixli kredit müqaviləsindən və eyni tarixli və nömrəli zaminlik müqaviləsindən görünür ki, «Bank VTB (Azərbaycan)» ASC ilə Cavabdeh2 arasında bağlanmış əsas kredit və bank hesabı müqaviləsinin təminatı olaraq Cavabdeh1 zamin durmuşdur. İddiaçı «Bank VTB (Azərbaycan)» ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MK-00044-17/21A tarixli kredit müqaviləsindən və eyni tarixli və nömrəli zaminlik müqaviləsindən görünür ki, «Bank VTB (Azərbaycan)» ASC ilə Cavabdeh2 arasında bağlanmış əsas kredit və bank hesabı müqaviləsinin təminatı olaraq Cavabdeh3 zamin durmuşdur. İddiaçı «Bank VTB (Azərbaycan)» ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MK-00044-17/21A tarixli kredit müqaviləsindən və eyni tarixli və nömrəli zaminlik müqaviləsindən görünür ki, «Bank VTB (Azərbaycan)» ASC ilə Cavabdeh2 arasında bağlanmış əsas kredit və bank hesabı müqaviləsinin təminatı olaraq Cavabdeh4 zamin durmuşdur. İddiaçı «Bank VTB (Azərbaycan)» ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MK-00044-17/21A tarixli kredit müqaviləsindən və eyni tarixli və nömrəli zaminlik müqaviləsindən görünür ki, «Bank VTB (Azərbaycan)» ASC ilə Cavabdeh2 arasında bağlanmış əsas kredit və bank hesabı müqaviləsinin təminatı olaraq Cavabdeh5 zamin durmuşdur. İddiaçı Bank "xxxx"–nin “Sumqayıt” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MK- 00044-17/21A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 22 faiz ödəmək şərti ilə 20000 (iyirmi min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir xx.xx.2021-ci il tarixli MK- 00044-17/21A saylı kredit müqaviləsinə 1 nömrəli əlavə, ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək hər ay 1037.56 manat, yalnız sonuncu ay 1037.66 manat olmaqla ödəniş etməlidir. İddiaçı «Bank VTB (Azərbaycan)» ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli, MK- 00044-17/21A saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə «Bank VTB (Azərbaycan)» ASC-yə 10090.68 manat əsas, 403.73 manat faiz, 56.5 manat cərimə borcu olmaqla cəmi 10550.91 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 739.1. və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1 və 472.2-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin şərtlərindən və iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə 05 dekabr 2022ci il tarixə iddiaçı «Bank VTB (Azərbaycan)» ASC-yə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 10090.68 manat əsas, 403.73 manat faiz, 56.5 manat cərimə borcu olmaqla, cəmi 10550.91 manat borcu yaranmış, cavabdehlərə bank tərəfindən müqavilə üzrə yaranmış kredit və ona hesablanmış faiz borcları barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi tələb olunmuş, lakin cavabdehlər edilmiş xəbərdarlıqlara baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişlər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 iddiaçı «Bank VTB (Azərbaycan)» ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 10090.68 manat əsas, 403.73 manat faiz, 56.5 manat cərimə borcu olmaqla cəmi 10550.91 manat borc və 121.65 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı «Bank VTB (Azərbaycan)» ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MK-00044-17/21A tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 iddiaçı «Bank VTB (Azərbaycan)» ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 10090.68 manat əsas, 403.73 manat faiz, 56.5 manat cərimə borcu olmaqla, ümumilikdə 10550.91 (on min beş yüz əlli manat doxsan bir qəpik) borc və 121.65 (bir yüz iyirmi bir manat altmış beş qəpik) manat ödənilmiş dövlət rüsumu, 0.40 (qırx qəpik) manat bank xidmət haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar