Məhkəmə qərarları › İş №e-2(060)-864/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-864/2024

16.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-864/2024 16.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərdən 57292 manat məbləğində pul vəsaitinin alınaraq ona qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia qaldıraraq “cavabdehlərdən 46792 manat məbləğində pul vəsaitinin alınaraq ona qaytarılması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. 11 iyun 2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 46792 manatdan əlavə Yaşat fondu tərəfindən verilmiş 10000 manat vəsaitin və AR ƏƏSMN tərəfindən verilmiş 11000 manat vəsaitin yarısının, yəni 10500 manat pulun Cavabdeh2 alınaraq ona ödənilməsi, 46792 manat pulun isə hər iki cavabdehdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlərdən A.Qarayeva onun keçmiş həyat yoldaşı, Qanuni nümayəndə isə onun qızıdır. Onun oğlu X10 44 günlük X5muşdur. 2021-ci ildə o, KİA Optima markalı 90VY770 dövlət qeydiyyat nişanlı avtomaşını öz adına almış və həmin maşına dair texniki pasport onun adına olmuşdur. O, təxminən xx.xx.2021ci ildə qızı olan cavabdeh Qanuni nümayəndə adına həmin avtomobili idarəetmək hüququ əsasında etibarnamə vermişdir ki, o olmadığı vaxtlarda maşını idarə edə bilsin. Onun işi daimi olaraq xarici dövlətlə bağlı olduğundan aldığı maşını da müvəqqəti olaraq onun istifadəsinə vermişdir. 2022-ci ildə o Azərbaycana məzuniyyətə gəlmiş və o, onun iş yerinə gedərək gəldiyini bildirmiş və maşının açarını ondan istəmişdir. Bu zaman o, maşının açarını ona verməmiş və bildirmişdir ki, maşın onundur, həmin maşını adına keçirmişdir. O, maşının açarını ondan tələb etdikdə o, açarı ona vermiş və barəsində polisə şikayət edərək bildirmişdir ki, guya o maşını oğurlamışdır. Bundan sonra o maşını idarə edən zaman onu Yol Polis əməkdaşları saxlamış və Sumqayıt şəhər Polis İdarəsinin rəisi Fəqan Azadəliyevin qəbuluna aparmışlar. Onun pulu ilə alınmış bu maşın cərimə meydançasına salınmış, sonra da cavabdeh Qanuni nümayəndə qaytarılmışdır, hazırda da maşını o idarə edir. O, onun adına vermiş olduğu etibarnaməni də ləğv etdirmiş, lakin cavabdeh yenə də maşını idarə etməkdə davam etmişdir. O bundan sonra vəkilə müraciət etmiş, həmin maşınla bağlı AR DİN BDYPİ-yə sorğu göndərilmiş və həmin sorğuya xx.xx.2023-cü il tarixdə cavab məktubunda göstərilmişdir ki, cavabdeh Qanuni nümayəndə AR DİN BDYPİ-də rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli AE014970 saylı alqı-satqı müqaviləsinə əsasən həmin maşını öz adına rəsmiləşdirmiş və texniki pasportu öz adına keçirmişdir. Maşını S.Rzayveanın adına alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirmiş şəxs onun keçmiş həyat yoldaşı Cavabdeh2 olmuş və o, bu maşını 21000 manata satmışdır. O, Cavabdeh2 etibarnaməni xx.xx.2020-ci ildə vermiş və xx.xx.2022-ci ildə isə həmin etibarnaməni ləğv etdirmiş, etibarnamə qüvvədə olduğu müddətdə cavabdeh bu etibarnamədən sui istifadə etməklə alqı-satqı müqaviləsi bağlamış və ona məxsus olan maşını 21000 manata satmışdır. Lakin bu vəsaiti ona çatdırmamışdır. Halbuki etibarnamə əsasında hərəkət edən şəxs öz xeyrinə deyil, həmin etibarnamə ilə səlahiyyətləri ona vermiş şəxsin xeyrinə hərəkət etməlidir, yəni etibarnamə ilə əldə etdiyi vəsaiti əmlakın sahibinə verməlidir. Bundan başqa cavabdeh bu etibarnamədən sui-istifadə etməklə onun Azərbaycan Beynəlxalq bankında olan kart hesabına mədaxil edilmiş vəsaitləri də alaraq ona verməmişdir. Belə ki, oğlunun şəhid olması ilə bağlı həmin hesaba xx.xx.2021-ci ildə daxil olmuş 17391 manat kompensasiyanı xx.xx.2021-ci ildə, xx.xx.2021-ci ildə hesabına daxil olmuş 2500 manat vəsaiti xx.xx.2021-ci ildə, hesabına xx.xx.2021-ci ildə mədaxil edilmiş 901, 22 manat məbləğində pulu isə xx.xx.2021-ci ildə hesabdan çıxarmışdır. Bundan başqa 20 ay hər ay 250 manat Prezident təqaüdünü də adına olan kartdan çıxarmışdır ki, bu da ümumilikdə 5000 manat təşkil edir. Cavabdehlər bir ailədə yaşadıqları üçün onlar bu vəsaitləri onun adına olan kart hesabından və kartdan çıxarmaqla öz şəxsi məqsədlərinə sərf etmiş, cavabdeh Qanuni nümayəndə öz adına mənzil almışdır. Bununla da cavabdehlər ona maddi ziyan vurmuşlar ki, o da həmin ziyanı onlardan tələb edir. Bu səbəbdən də cavabdehlərin ona ümumi borcu (21000+17391+901,22+5000)=46792 manat təşkil edir ki, həmin vəsait də cavabdehlərdən alınaraq ona qaytarılmalıdır.

Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə və iddiaçının nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər.

5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, cavabdehlə nikahları 2018-ci ildə pozulmuş, 2020-ci ilin oktyabr ayında oğlu X4 şəhid olmuş, şəhid olduqdan sonra keçmiş əri İddiaçı ilə münasibətləri yaxşı olmuşdur. Bir yerdə yaşamasalar da iddiaçı onların yaşadıqları evə gəlib-getmişdir. İddiaçıya məxsus bank hesablarından pul vəsaitlərini, habelə bank kartından pul vəsaitini onun razılığı əsasında çıxarmışdır. Həmin pul vəsaitlərini oğlunun yas mərasimlərinə, ehsanlar verilməsinə, il mərasimin keçirilməsinə, şəhidin doğum günü mərasiminin keçirilməsinə, gül çələnglərinin alınmasına və.s məqsədlərlə xərcləmişdir. Bütün bunlar cavabdehin razılığı ilə olmuşdur. Kart vasitəsiə çıxarılan pul vəsaitlərini isə həm özü, həm də iddiaçı çıxarmışlar. KİA optima markalı avtomobilə görə 7500 manat gömrük xərci çəkmişdir. Həmin avtomobilin xaricdən gətirilməsi üçün banka ilkin olaraq 10000 manat məbləğində ödəniş etmişdir. Maşını qızları Surayəyə almışlar, lakin iddiaçının adına rəsmiləşdirmişlər. Sonra aralarında mübahisə olmuş, mübahisə olduqdan sonra iddiaçı qeyd olunan vəsaitləri ondan tələb etmişdir.

6. Məhkəmə iclaslarında iştirak edən digər Cavabdeh1 izahatında bildirmişdir ki, İddiaçı cavabdeh qismində onu qeyd etmişdir ki, guya onun pulu olub və o da bununla özümə ev almışdır. Məhkəməyə təqdim etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən aldığı arayışda da qeyd olunmuşdur ki, mülkiyyətində heç bir daşınmaz əmlak yoxdur. Əvvəlki məhkəmə iclaslarında qeyd etmişdir ki, avtomobili xaricdə işləyib qazanıb almışdır. Əgər bu belə idisə beynəlxalq qanunvericiliklə nüəyyəndir ki, şəxs bir ölkədən digər ölkəyə gedərkən nağd şəkildə yalnız müvafiq məbləği keçirə bilər. Azərbaycanda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işsiz kimi qeydiyyatda idi. Sual yaranır sözü gedən KİA optimalı markalı ilk ödədiyi 10.000 manat necə əldə edib? Bu, X11rdaşına görə verilən İddiaçı ilə Cavabdeh2 birlikdə verilən 10.000 manat yardım hesabına maşının ilkin ödənişi olunub. Pulun yarısı Cavabdeh2 aid idi. Daha sonra Gömrük ödənişlərindəndə görünür ki, 7500 manatı yenə Cavabdeh2 ödəmişdir.Yararsız vəziyyətdə gələn maşnın təmir xərclərini isə yenə Cavabdeh2 3.500 manat verərək təmir etdirmişdir. Maşnın təmirini isə X6 tərəfindən təmir edilmişdir.Bununla bağlı ifadə də verə bilər. İddiaçı 2022-ci ilin aprelində maşının satılmasını və Cavabdeh2 çatacaq özünün ödədiyi 16.000 manat məbləği götürməyi, 5000 manat məbləği isə Azərbaycana qayıdanda alacağını bildirmişdir. Daha sonra mayın əvvəlindən münasibətləri pisləşməyə başlamış, 2022-ci ilin iyun ayında onların yaşadığı bağ evinin məişət əşyalarını sındırıb dağıdaraq, həmçinin Cavabdeh2 fiziki zərər vuraraq şkafdan 5500 manatı və sənədlərini evdən götürərək tərk etmişdir. Qardaşına dair alınan bütün müavinətlər İddiaçı ilə Cavabdeh2 qarşılıqlı razılaşması əsasında, hətta maşından 16.000 manatda daxil olmaqla X1 ehsanlarına, 4 il ərzində il mərasimlərinə, Zəfər günü, Qurutluş günü, Füzulinin işğaldan azad olunduğu gün, 20 Yanvar günü , Ramazan bayramları, Silahlı Qüvvələr günü keçirilməsinə, məktəblərdə adına tədbirlər keçirilməsinə, Qubada , Yardımlıda , eləcə də Sumqayıtda abidələrinin qoyulmasına, ayda 300-400 manatlıq təkcə güllərə xərclənmişdir. Ümumiyyətlə Qardaşının adına verilən pullar onun xatirəsinə yaşatmağa, xalqa belə qəhrəman övladın tanıdılmasına xərclənmişdir. İddiaçı heç nədən xəbəri yoxdur desədə, təqdim olunmuş məclislərin video disklərində onun fəal iştirakını görmək olar.

Tədqiq olunan sübutlar:

7. AZ-İ 460077 saylı, 01 iyul 2023-cü il tarixli Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış nikaha xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 244 nömrə ilə qeyd edilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin İddiaçı Sahib oğluna ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, notariat ofisində tərəfindən X12 xx.xx.2021-ci il tarixdə verilmiş 7E-10296 nömrəli reyestrlə təsdiq edilmiş “Bu şəxsə məxsus bütün əmlak və hüquqlar”a dair etibarnamə xx.xx.2022-ci il tarixdə tərəfindən verilmiş 8İ-23007 nömrəli reyestrlə təsdiq edilmiş ərizəsi əsasında ləğv edilmişdir.

9. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Vəklillər Kollegiyası Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Nümayəndə ünvanladığı məktubuna əlavə edilmiş DİN Baş X19i İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən “Kia Optima” markalı **-VY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə 727569 nömrəli gömrük vəsiqəsi əsasında onun adından qeydiyyatdan çlıxarılaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir.

10. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 7E-11316 nömrə ilə qeydə alınmış AR-İİ 207472 saylı, 11 dekabr 2020-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı Cavabdeh2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov qoymaq) və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, plastik kartı, pin paketi almağı və adından digər bank əməaliyyatlarını etməyi, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlak, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bütün bank orqanlarında istənilən bank əməliyyatlarını aparmağı, hesablar açmağı, hesablar üzərində sərəncam verməyi, ona çatası kompensasiya məbləğini almağı və adından digər bank əməliyyatlarını etməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda, “Asan xidmət” mərkəzlərində, DİN, XİN, DƏDRX-nin müvafiq ərazi idarələrində onu təmsil edib, adına çıxarışı və texniki pasportu almağı, DMX, Vergi, Maliyyə, Bank, DSMF, Statistika və digər orqan və təşkilatlarda, icra orqanlarında, bələdiyyələrdə onun adından ərizə verməyi, imza etməyi, işləri aparmağı, müqavilələr bağlamağı, müqavilələrə xitam verməyi, müqavilənin nüsxələrini tələb etməyi, ödəniş və sair icrası mümkün olan əməliyyatları icra etməyi, sənədləri tələb etməyi, ərizə, məktub, blank və digər zəruri hesab edilən sənədlərlə müraciət etməyi, sorğu göndərməyi, təklif verməyi, tələb etməyi, şikayət etməyi və.s qeyd olunmayan lakin etibar olunan şəxsin zəruri hesab etdiyi və tələb etdiyi bütün əməliyyatları icra etməyi, bütün dövlət qurumları qarşısında, o cümlədən Vergi orqanlarında və onun tabeli qurumlarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və onun tabeli qurumlarında, Statistika Komitəsində və onun tabeli qurumlarında və özəl qurumlarda, xüsusi notariuslarda, qeyri-hökümət təşkilatlarında və digıər bütün şəxslər (fiziki və hüquqi) qarşısında onu təmsil etməyi, müqavilə bağlamağı, müraciət etməyi, sənəd götürməyi, hüquqi işləri aparmağı, şikayət etməyi, təklif etməyi, tələb etməyi, sorğu göndərməyi, fəaliyyəti ilə əlaqədar onun adından Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Asan sertifikat Xidmətləri Mərkəzində (bundan sonra ASXM) elektron imza üçün sertifikat əldə etmək məqsədi ilə və ya sertifikat statusunun dəyişdirilməsi məqsədilə (sertifikatın ləğv edilməsi, sertifikatın qüvvəsinin dayandırılması və ya bərpa edilməsi) təmsil etməyi, adından ərizə verməyi, bütün lazımi sənədləri və elektron imza vasitələrini, ASXM-ə təqdim etməyi, ona təqdim edilən sənədləri qəbul etməyi həmin sənədləri aldığına dair imza etməyi və elektron imza üçün sertifikatın əladə edilməsi üçün digər hərəkətləri yerinə yetirməyi, banklarda onun adından çıxış edərək, hesab açmağı,müqavilələri imzalamağı, hesabı bağlamağı, hesab dövriyyəsi, eyni zamanda digər zəruri əməliyyatlar haqqında məlumat əldə etməyi, mədaxil, məxaric, o cümlədən nağdlaşdırma əməliyyatlarını icra etməyi, plastik kart sifariş etməyi, müraciət etməyi, sənəd götürməyi, hüquqi işləri aparmağı, şikayət etməyi, təklif etməyi, tələb etməyi, sorğu göndərməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 10 il müddətinə verilmişdir.

11. İddiaçı adından Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 06 aprel 2022-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Kia Optima markalı, 90VY770 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 21000 manata Cavabdeh1 satılmasına dair alqı-satqı müqaviləsi bağlanmışdır.

12. İddiaçı Sahib oğlunun "xxxx" ASC-də olan ******************** saylı hesabından 17 oktyabr 2023-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə qeyd olunan hesaba 17391 manat məbləğində kompensasiya məbləği, xx.xx.2021-ci il tarixdə Yaşat Fondu tərəfindən 2500 manat məbləğində pul vəsaiti, xx.xx.2021-ci il tarixdə isə Müdafiə Nazirliyi İşlər İdarəsi tərəfindən 901,22 manat məbləğində kompensasiya köçürülmüş, həmin vəsaitlərin AR-İİ 207472 saylı, xx.xx.2020-ci il tarixli etibarnamə əsasında nümayəndə tərəfindən məxaric edildiyi qeyd edilmişdir.

13. "xxxx" Asc tərəfindən verilmiş 17 dekabr 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən X18 LLC-yə məxsus hesaba 5448 manat məbləğində pul vəsaiti köçürülmüş və ödənişin təyinatı bölməsində Kia Optima 2013 qeyd edilmişdir.

14. "xxxx" MMC tərəfindən tərtib edilmiş AV xx-xx-2023 saylı, 19 sentyabr 2023-cü il tarixli hesabatdan görünür ki, **-VV-*** dövlət qeydiyyat nişanlı, “Kia Optima minik” markalı avtomobilin bazar dəyəri 19 sentybar 2023-cü il tarixinə 22400 manat məbləğində müəyyən edilmişdir.

15. Cavabdeh2 tərəfindən məhkəməyə ünvanlanmış 06 mart 2024-cü il tarixli ərizədən görünür ki, o mənzilə və avtomobilə xərclənən məbləğlərin 7500 manat məbləğində gömrük xərclərindən (Kia optima markalı avtomobilin xaricdən coopart vasitəsilə gətizdirilməsi üçün banka ödənilən ilkin məbləğ), 12000 manat evin təmirinə xərclənən məbləğ (eyvanın artırılaraq tam təmir edilməsi, metlaqla döşənməsi, evin dam örtüyünün təmiri (şiferin yenilənməsi), evin və həyətyanı sahənin rənglənməsi, darvazanın önünə beton tökülməsi, 3 otaq, koridor və mətbəxin parketlənməsi, divarların rənglənməsi və.s), 3000 manat şəhid abidəsi (evin qarşısında mərmər materialında abidə), 4500 manat 1-ci il üçün ehsan məclisinə xərclənən məbləğdən (Qubadlı restoranı), 3000 manat 2-ci il üçün ehsan məclisinə xərclənən məbləğdən (Billur restoranı), 2000 manat xiyaban üçün alınan güllər (şəxsi büdcə ilə düzəldilən çələnglər), 1800 manat yataq mebeli (çarpayı, güzgülü polka, kamod, geyim polkası (qarderob)) 1500 manat divan, 1600 manat kondisioner, 1250 manat LG markalı paltaryuyan, 3 il ərzində keçirilən ehsan məclislərinə çəkilən xərclərdən (iftar süfrəsi, zəfər günü, anım günü, 20 yanvar və.s) ibarətdir.

16. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 19 mart 2024-cü il tarixli məktubundan görünür ki, İİ X5muş X2 dəfn, hüzn mərasimlərinin və qəbir üstünün götürülməsinin təşkili ilə əlaqədar ayrılmış vəsait Sumqayıt şəhər İcra Hakimiyyətinin daxili imkanları hesabına həyata keçirilmişdir. Odur ki, bununla bağlı hər hansı rəsmi arayışın verilməsi mümkün deyildir.

17. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 iyun 2024-cü il tarixli Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi ilə bağlı məktubunda "xxxx" ASC-nin Nazirliyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş rəsmi ödəniş siyahısına əsasən xx.xx.2020-ci il tarixində vəfat etmiş hərbi qulluqçu X1 qanun üzrə vərəsə və ya vərəsələrinəxx.xx.2021-ci il tarixində 11000 manat məbləğində sığorta ödənişi verilmişdir.

18. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin (ləğv prosesindədir) 19 iyul 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 29 oktyabr 2020-ci il tarixində vəfat etmişhərbi qulluqçu X8 şirkətin mühasibatlıq sistemində xx.xx.2021-ci il tarixində şirkət tərəfindən 11000 manat sığorta ödənişi edilmişdir. Sığorta ödənişinin 5500 manat məbləği Cavabdeh2 adına, 5500 manat hissəsi isə İddiaçı adına köçürülmüşdür.

19. "xxxx" ASC-nin Sumqayıt filialı tərəfindən verilmiş 29 mart 2021-ci il tarixli TT**********7085500 saylı kassa məxaric orderindən görünür ki, İddiaçı məxsus 5500 manat məbləğində vəsait etibarnamə əsasında Cavabdeh2 ödənilmişdir.

Məhkəmə baxışının hədləri:

20. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

-359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. -362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. -777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

22. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilini, onun nümayəndəsini, cavabdehləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.

23. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdehlər Cavabdeh2 iddiaçının keçmiş arvadı, Cavabdeh1 isə qızıdır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış nikah pozulmuş və bu barədə 07 avqust 2018-ci il tarixdə nikahın pozulması haqqında akt qeydləri kitabında qeyd edilmişdir. İddiaçı ilə Cavabdeh2 oğlu X4 İİ Vətən müharibəsi zamanı şəhid olmuşdur. Bundan sonra İddiaçı tərəfindən Cavabdeh1 11 dekabr 2020-ci il tarixdə 7-E 11316 nömrəli reyestrlə təsdiq edilmiş etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında iddiaçı Cavabdeh2 əmlakları üzərində sərəncam verməsini, bank hesabları üzərində sərəncam verməyi, ona məxsus kompensasiya məbləğini almağı və s. hüquqları etibar etmişdir. Cavabdeh2 həmin etibarnamə əsasında iddiaçının adından çıxış edərək ona məxsus Kia Optima markalı, 90VY770 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 21000 manata qızı Cavabdeh1 satmışdır.

24. Bundan başqa Cavabdeh2 İlqar qızı tərəfindən iddiaçıya "xxxx" ASC-də məxsus bank hesabından xx.xx.2021-ci il tarixdə 17391 manat, 24 noyabr 2021-ci il tarixdə 901 manat məbləğində pul vəsaiti çıxarılmışdır. Bundan əlavə xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə İddiaçı məxsus hesaba köçürülmüş pul vəsaitlərindən istifadə edilməsi ilə bağlı hesabdan çıxarış məhkəməyə təqdim edilmişdir.

25. Bundan başqa Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti tərəfindən 29 oktyabr 2020-ci il tarixində vəfat etmiş hərbi qulluqçu X3 görə şirkətin mühasibatlıq sistemində xx.xx.2021-ci il tarixində şirkət tərəfindən 11000 manat sığorta ödənişi edilmişdir. Sığorta ödənişinin 5500 manat məbləği Cavabdeh2 adına, 5500 manat hissəsi isə İddiaçı adına köçürülmüşdür. "xxxx" ASC-nin Sumqayıt filialı tərəfindən verilmiş 29 mart 2021-ci il tarixli TT**********7085500 saylı kassa məxaric orderinə əsasən İddiaçı məxsus 5500 manat məbləğində vəsait etibarnamə əsasında Cavabdeh2 ödənilmişdir.

26. İddiaçı hal-hazırda məhkəmədə iddia qaldıraraq, sözügedən avtomobilin dəyəri qismində 21000 manat məbləğində pul vəsaitinin və eyni zamanda Cavabdeh2 tərəfindən ona məxsus hesablardan çıxarılmış pul vəsaitlərinin ona geri qaytarılmasını məhkəmədən xahiş edir.

27. Məhkəmə ilk növbədə iddiaçının avtomobilin dəyəri olan 21000 manat məbləğində pul vəsaitinin ona geri qaytarılması ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin tapşırıq hüquq münasibətlərini tənzimləyən normalarına müvafiq olaraq tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürsə də, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Əgər tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Vəkalət alan vəkalət verənin göstərişlərindən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Eyni zamanda əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

28. Göründüyü kimi tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. Odur ki, iddiaçının tələblərinin qanuni əsası kimi, Mülki Məcəllənin 782.1-ci maddəsi nəzərdən keçirilə bilər. Həmin normaya əsasən, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

29. Hazırki işdə də Cavabdeh2 iddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında, yəni təmsilçi kimi çıxış edərək mübahisəli avtomobilə dair alqı-satqı müqaviləsi bağlamış, həmin əqd əsasında avtomaşını digər Cavabdeh1 21.000 manata satmış və pulu iddiaçıya verməmişdir. Məhkəmə iclasında Cavabdeh2 avtomobilin xarici dövlətdən alındığını və bununla bağlı 7000 manat məbləğində gömrük ödənişi etdiyini və maşının ümumilikdə 17000 manat məbləğində alındığını və vəsaitin tərəfindən ödənildiyini bildirmişdir. Lakin qeyd etdiyi dəlilləri təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin 17 dekabr 2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, KİA Optima markalı avtomobilə görə İddiaçı tərəfindən “Bank of Georgia” vasitəsilə 5448 ABŞ dolları “X18” LLC hesabına köçürülmüşdür.

30. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlanı əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur.

31. Prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Qeyd olunan hallarla bağlı işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun.

32. Hazırki halda isə Cavabdeh2 satılmış avtomobilin dəyərinin iddiaçıya ödənildiyini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 21000 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır.

33. Məhkəmə iddiaçının iddiasının 21000 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutulması ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı avtomaşına görə pulun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etsə də, onun tələbi yalnız Cavabdeh2 münasibətdə əsaslı hesab edilməlidir. Belə ki, iddiaçı tərəfindən avtomobil üzərində sərəncam verilməsinə dair etibarnamə yalnız Cavabdeh2 verilmiş, sonuncu isə həmin etibarnamə əsasında iddiaçıya məxsus nəqliyyat vasitəsini qızı Cavabdeh1 adına rəsmiləşdirmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə Cavabdeh1 münasibətdə təmin edilməməlidir.

34. Məhkəmə iddia tələbinin 36292 (17391+901,22+2500+5000)+10500) manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutulmasına dair hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı qeyd olunan məbləğlərin Cavabdeh2 verilmiş yuxarıda adı qeyd edilən etibarnamə əsasında sonuncu tərəfindən bank hesabından və ona məxsus kart vaitəsilə çıxarıldığını əsas göstərərək həmin vəsaitlərin cavabdeh tərəfindən ona qaytarılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, qeyd olunan vəsaitlərin 17391 manat hissəsinin xx.xx.2021-ci il tarixdə, 2500 manat hissəsinin xx.xx.2021-ci il tarixdə, 901 manat hissəsinin 24 noyabr 2021-ci il tarixdə Cavabdeh2ə Əliqulu qızı tərəfindən iddiaçıya məxsus bank hesabından çıxarılması iş materiallarında əlavə edilmiş "xxxx" ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışlar əsasında öz təsdiqini tapır. Habelə iddiaçının tələb etdiyi İddiaçı məxsus 5500 manat məbləğində sığorta ödənişinin etibarnamə əsasında Cavabdeh2 tərəfindən alınması "xxxx" ASC-nin Sumqayıt filialı tərəfindən verilmiş 29 mart 2021-ci il tarixli TT**********7085500 saylı kassa məxaric orderi əsasında təsdiq olunur. Tələb olunan digər məbləğlərlə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçıya məxsus kart vasitəsilə müxtəlif vaxtlarda çıxarılan (hər dəfə 250 manat olmaqla) ümumilikdə 5000 manat məbləğində pul vəsaitinə gəldikdə isə həmin məbləğlərin tam olaraq Cavabdeh2ə Əliqulu qızı tərəfindən alınması məhkəməyə təqdim edilmiş sübutlarda təsdiq edilmir. Cavabdeh özü də həmin kartdan müəyyən vaxtlarda istifadə etdiyini etiraf edir və eyni hal, yəni cavabdeh tərəfindən sözügedən plastik kartdan istifadə etməsi məhkəməyə "xxxx" ASC tərəfindən təqdim edilmiş fotoşəkillərlə də təsdiqini tapır.

35. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

36. Məhkəmə Cavabdeh2ə Əliqulu qızı tərəfindən iddiaçıya məxsus bank hesabından və plastik kart vaistəsilə çıxarılmış pul vəsaitləri ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən ona məxsus pul vəsaitlərinin bank hesabından çıxarılması, habelə ona məxsus plastik kart vasitəsilə çıxarılması ilə bağlı Cavabdeh2 yuxarıda adı qeyd edilən etibarnamə verilmişdir. Cavabdeh tərəfindən həmin etibarnamə əsasında yuxarıda qeyd olunan vəsaitlər iddiaçıya məxsus bank hesabından və plastik kartdan çıxarılmışdır. Cavabdeh2ə Əliqulu qızı məhkəmə iclasında izahatında həmin vəsaitləri cavabdehin razılığı əsasında çıxardığını, 2018-ci ildə nikahları pozulsa da, 2020-ci ildə övladları şəhid olduqdan sonra münasibətlərinin yaxşılaşdığını, bir yerdə yaşamasalar da övladları şəhid olduqdan sonra iddiaçının onların evinə gəlib-getdiyini, həmin pulları da şəhid övladının yas mərasimlərinin təşkili, evin qarşısında mərmər materialdan abidənin qoyulması və.s məqsədlərlə istifadə etdiyini, aralarında mübahisə düşdükdən sonra iddiaçının ondan həmin pulları geri tələb etdiyini bildirmişdir.

37. Məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən hissəsinə münasibətdə ilk növbədə sübutetmə yükünün hansı tərəfin üzərinə düşdüyü müəyyənləşdirilməlidir. Məhkəmə hesab edir ki, hazırki iddianın da qanuni əsasını Mülki Məcəllənin tapşırıq müqaviləsi ilə bağlı müddəaları təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh sözügedən pul vəsaitlərinin bank hesabından çıxarılması və eyni zamanda həmin vəsaitləri kart vasitəsilə çıxarması ilə bağlı cavabdehə vəkalətnamə versə də, artıq həmin vəsaitin iddiaçıya qaytarılması şərtilə verilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında nikah 2018-ci ildə pozulmuşdur. Onlar 2020-ci il tarixdə övladları şəhid olduqdan sonra münasibətləri bir müddət yaxşı olmuş və iddiaçı tərəfindən cavabdehə adı çəkilən etibarnamə verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən pul vəsaitinin bankdan çıxarılması ilə bağlı etibarnamə verilməsi və eyni zamanda pul vəsaitlərinin kart vasitəsilə çıxarılması üçün kartın da məhz cavabdehə verilməsi və cavabdehin qeyd edilən vəsaitlərin ona məxsus hesabdan çıxarılmasından sonra uzun müddət susması (xx.xx.2021-ci il tarixdən), aralarındakı münasibətlər gərginləşdikdən sonra qeyd edilən vəsaitləri tələb etməsi həmin pul vəsaitlərinin hər hansı formada istifadəsi ilə bağlı tərəflərin arasında razılıq olduğunu ehtiva edir. Əks halda, iddiaçı məhkəməyədək həmin pulu cavabdehlərdən tələb etmiş olardı.

38. Eyni zamanda iddiaçının cavabdehə belə bir etibarnamə verməsi nikahları pozulsa da övladları şəhid olduqdan sonra onların bir araya gəldiyini, münasibətlərinin normal olduğunu göstərir. Qeyd edilən hal eyni zamanda cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçı və cavabdehin səmimi fotoşəkilləri ilə də təsdiq olunur.

39. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında sözügedən pul vəsaitlərinin iddiaçıya geri qaytarılması şərtilə razılaşmanın olması iddiaçının vaxtilə münasibətləri gərgin olmuş, yəni nikahları pozulmuş keçmiş arvadına bank hesabından və ya kart vasitəsilə pul vəsaitlərinin çıxarılıb ona verilməsini etibar etməsi (daha yaxın qohumlarının olmasına rəğmən) baxımından ağlabatan görünmür.

40. Məhkəmə iddia tələbinin digər Cavabdeh1n aid hissəsinə münasibətdə qeyd edir ki, tələb olunan vəsaitlərin onun tərəfindən çıxarılmasını, habelə həmin vəsaitlərin onun tərəfindən istifadə edilməsini təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Beləliklə subyektiv hüquq baxımındn Cavabdeh1 hazırki iddiaya cavab verməli olan şəxs deyildir. İddiaçının iddia ərizəsindən də göründüyü kimi İddiaçı ilə Cavabdeh2 arasındakı münasibətlər sonuncuya verilmiş etibarnamə əsasında tərəflər arasında tapşırıq müqaviləsindən əmələ gələn münasibətlərdən irəli gəlir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia Cavabdeh1 aid hissə də təmin edilməməlidir. Nəticə:

1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh2 21000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar