Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-874/2025 30.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı “X3” Bakı filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X3” Bakı filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit üzrə borc tələbi” barədə iddiası üzrə mülki işə 30 aprel 2025-ci il tarixdə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X3” Bakı filialı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit üzrə borc tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2.086,42 manat (bundan 2.005,64 manat əsas borc və 80,78 manat faiz borcu təşkil edir) məbləğində 21 noyabr 2024-cü il tarixinə olan kredit borcunun və ödənilmiş 40.86 manat dövlət rüsumunun tutularaq “X3” Bakı Filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X3 Bakı Filialının müdiri A.K.Najafımarganmaskan məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1.586,42 manat (bundan 1.586,42 manat əsas borcu təşkil edir) borcu və ödənilmiş 40.86 manat dövlət rüsumunun tutularaq “X3” Bakı Filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, «X3» Bakı filialı ilə Cavabdeh1 arasında imzalanmış «06» aprel 2021-ci il tarixli 273 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 15% ödəmək şərti ilə 36 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin qaytarılmasının təminatı kimi «X3» Bakı filialı ilə Cavabdeh2 arasında 390 saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1–ci maddəsinə əsasən «borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 346,65 manat ödəməli idi. Bu müqavilənin 2.2 - ci bəndinə görə «borcalan» tərəfindən «kredit müqaviləsi» nin hər hansı bir şərti pozulduqda « bank » verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq «borcalan» 21 Noyabr 2024-cü il tarixə «bank»a kredit borcu üzrə 13.166,42 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2024-cü il tarixə kimi «borcalan» tərəfindən «banka»a 11.080,00 manat ödəniş həyata keçirilmişdir. Onlar tərəfindən borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, «borcalan» «bank»a illik 25% ödəməlidir. 21 Noyabr 2024-cü il tarixə cavabdehin «bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 2.086,42 manat təşkil edir. Bundan 2.005,64 manat əsas borc və 80,78 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir. Cavabdeh1ilə bağlanmış «06» aprel 2021-ci il tarixli 273 saylı Kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh2 arasında 390 saylı zaminlik müqaviləsi imzalanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, 1.586,42 manat əsas borc və 40.86 manat dövlət rüsumunu tələb etmişlər. Ondan sonra qarşı tərəf yenidən ödəniş etmişdir. Həmin məbləğdən 585 manat da azaldılmasını xahiş edir. 16 dekabr 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. Ödənişlərində gecikmələr olmuşdur. Lakin tam ödəyə bilməsə də, ödənişlərə davam edir. Yanvar ayının axırına qədər ödənişləri tam ödəyib bitirmək istəyir. 03 fevral 2025-ci il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. O, 80 manat məbləğində Qarabağ veteranı olmağı ilə bağlı pul alır və 1046 manat məbləğində pensiya alır. Onun başqa adama da borcu vardır. O, istəyirdi ki, dekabr və yanvar aylarında ödəniş etsin. Lakin probasiya idarəsinin sərəncamı ilə dekabr və yanvar aylarında pulunu verməmişlər. Ona görə də ödəniş etməmişdir. Pensiya məbləği ona ödənilsin ki, o da bankın ödənişlərini etsin. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnın 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan: «X3» Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli «Kredit Müqaviləsi»ndən görünür ki, Bank Borc alana 10,000 AZN məbləğində kredit verməyi, kredit alan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə Banka illik 15 faiz ödəməyi öhdəsinə götürür. Kredit 36 ay müddətinə verilmişdir. «X3» Bakı filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli «zaminlik Müqaviləsi»ndən görünür ki, zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçünborclu Cavabdeh2 ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. «X3» Bakı filialının xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, hazırda cavabdehin «X3» Bakı filialı qarşısında 2005,64 manat əsas borc, 80,78 manat faiz borcu vardır. «X3» Bakı filialının xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, hazırda cavabdehin «X3» Bakı filialı qarşısında 1586,42 manat əsas borc, 0 manat faiz borcu vardır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 40.86 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək dövləri əhatə edən çıxarışdan görünür ki, cavabdeh xx.xx.2025-ci il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə isə 585 manat ödəniş etmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin Müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 421.2, 428.4, 442-ci, 445, 449.4, 462.3-cü maddələrinə müvafıq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tərəflərdən birinin tələbi ilə Müqavilə yalnız digər tərəf Müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya Müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv ediləbilər. Tərəflərdən birinin Müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, Müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdəicra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, bununla da cavabdeh Kredit Müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirməmişdir. Ona görə də, iddia təmin edilərək əsas borc məbləği hesablanmış faiz borcu ilə birgə cavabdehlərdən ümumi qaydada tutulmalıdır. Məhkəmə həmçinin digər cavabdehin hazırkı iddia tələbinə cavabdehliyi ilə bağlı qeyd edir ki, Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmadığı üçün, zamin Cavabdeh2 isə zaminlik müqaviləsinə əsasən kredit üzrə əsas öhdəliyə görə məsuliyyəti öz üzərinə götürdüyü səbəbindən, bununla da cavabdeh kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Ona görə də, borc məbləği cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borcludan tutulmalı olan məbləğə münasibətdə məhkəmə qeyd edir ki, «X3» Bakı filialının xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin «X3» Bakı filialı qarşısında 1586,42 manat əsas borc borcu vardır. xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək dövləri əhatə edən çıxarışdan görünür ki, cavabdeh xx.xx.2025-ci il tarixdə isə 585 manat ödəniş etmişdir. Məhkəmənin gəldiyi qənaətə görə qanunvericiliyin ümumi qəbul edilmiş normasına əsasən iddiaçı tərəfin kredit öhdəliyi üzrə məhkəməyə müraciət etdiyi vaxtdan cavabdehdən tələb olunan əsas və faiz məbləğinin tutulması qanuna müvafiq olmaqla, məhkəmədə işin araşdırıldığı vaxtda cavabdehin ödədiyi məbləğ çıxılmaqla (iş materiallarında olan maliyyə arayışı və hesabdan çıxarış) nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, 1001,42 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi qismən təmin olduğu halda isə, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 30.01 manat hissəsi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. «X3» Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli «kredit Müqaviləsi» üzrə yaranmış 1001,42 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 30.01 manat hissəsi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub «X3» Bakı filialına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-874/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-874/2025
30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver