Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-8939/2021 20.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsininin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı borcunun tutulmasına dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1213 manat qalıq borcu, 717.25 manat cərimə borcu olmaqla, cəmi 1930.25 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 39.30 manat dövlət rüsumunun tutulub İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olmadığı üçün icraata qəbul edilə bilməz. Buna görə də hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı cavabdehdən 1213 manat qalıq borcu, 717.25 manat cərimə borcu olmaqla, cəmi 1930.25 manat borcun tutulmasını tələb edir. İddiaçının cavabdehdən tələb etdiyi cərimə borcu əsas borca uyğun deyil. Belə olan halda məhkəmə hesab edir ki, tələbetmə hüququ barədə mübahisə olduğundan işə sadələşdirilmiş icraat qaydasında baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.4-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-3-cü maddəsinə əsasən ərizənin forması və məzmunu nəzərdə tutan (284-3.1-ci bəndi) görə ərizə məhkəməyə ümumi qaydada verilir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Göstərilənlərə əsasən, iddia ərizəsinin məhkəmə icraatında baxılmağa götürülməsi mümkün deyil. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-3-cü, 284-4, 152-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. Sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin məhkəmə tərəfindən qəbul edilməsindən imtina haqqında qərardaddan şikayət verilə bilməz. Sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-8939/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-8939/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver