Məhkəmə qərarları › İş №e-2(060)-916/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-916/2024

29.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-916/2024 29.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, iddiaçı, İddiaçı xx.xx.2008-ci il tarixində Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladları vardır: xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4. Cavabdehlə bir müddət mehriban yaşasalar da sonradan ailə daxili münasibətləri pisləşmiş və boşanmaq qərarına gəlmişdirlər. Sumqayıt Şəhər Məhkəməsinin 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş və tərəflərin birgə nikahından olan xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 İddiaçı yanında qalması və Cavabdeh uşaqların saxlanması üçün sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2855/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh aliment iddiası təmin edilmişdir və Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilmişdir. Nəticədə Cavabdeh uşaqların saxlanması üçün hər uşağa 136,60 manat olmaqla cəmi 273, 20 manat aliment məbləği müəyyən olunmuşdur. Sonradan Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2855/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ondan tutulan alimentin miqdarının dəyişdirilərək hər ay əmək haqqının 1/3-nin tutulması ilə birgə nikahdan olan övladlarının yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 yanvar 2018-ci il 2(060)-650/2018 saylı qətnaməsi ilə iddiaçı-Cavabdeh- İddiaçı qarşı “Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2855/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ondan tutulan alimentin miqdarı dəyişdirilərək hər ay əmək haqqının 1/3 –nin tutulması ilə birgə nikahdan olan övladlarının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehə verilməsi” barədə ilkin iddianın təmin edilməməsi, cavabdeh- İddiaçı-Cavabdeh qarşı “Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2855/2017 saylı mülki iş üzrə 21 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişərək, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər uşağa görə, 155 manat olmaqla, ümumilikdə 310 manat aliment tutulması” barədə qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Bildirmək istəyir ki, hazırda iddiaçı övladlarının maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Hesab edirlər ki, uşağın böyüməsi ilə əlaqədar onların ehtiyaclarını ödəmək üçün hər uşağa 136,60 manat olmaqla ümumillikdə 273,20 manat məbləğində aliment kifayət etmir. Qeyd olunanlara əsasən məhkəmədən, Cavabdeh tutulan alimentin miqdarını dəyişərək, cavabdehdən hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq tərəflərin birgə nikahından olan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçı, İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə elektron ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 24 yanvar 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçıdan boşandıqdan sonra ailə qurmuş, 2 uşağı var, yoldaşı işləmir. Qeyd etdiyi halları təsdiq edən sübutları da məhkəməyə təqdim etmişdir. O 650 manat maaş alır, ondan 275 manat da aliment ödəyir. Artıq ödəməyə heç cürə imkanı yoxdur. Artıq 3-cü məhkəmədir ki, cavabdeh iddia qaldırır. Apellyasiya Məhkəməsində də baxılmışdır. Bundan əlavə uşaqlara baxmaq hər iki valideynin vəzifəsidir. Cavabdeh özü də işləyir. Onun yoldaşı isə uşaqları körpə olduqlarına görə işləmir. O çox olsa, hər uşağa 150 manat ödəyə bilər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, oğunun dedikləri ilə razıdır. Əvvəlki imkanları yoxdur. Oğlu da bildirmişdir ki, 300 manatdan artıq ona pul ödəyə bilməz. Çünki, 490 manat əmək haqqı aldıqda, ona uyğun olaraq 90 manat aliment kəsilmişdi. İkinci dəfə apellyasiya məhkəməsinə vermiş və alimentin miqdarı artırılaraq 136 manat məbləğində müəyyən edilmişdir. Həmin zaman cavabdeh evli olmamışdır. Alimenti vaxtı çatmamışdan öncə 20 gün əvvəldən ödəyirdilər. Ona görə istəməmişdir ki, borc yığılsın. 300 manat aliment ödəmişdir. Lakin daha sonra ailə qurmuş və iki övladı olmuşdur. Hal-hazırda isə həmin məbləği ödəmək imkanları yoxdur. İddiaçı özü min manat maaş alır. Əgər imkanları yoxdursa sosial üçün müraciət etsin. İddiaçı öz vəkilinə bildirmişdir ki, cavabdeh 800-900 manat civarında əmək haqqı alır. O səbəbdən də 300 manata razı deyildirlər. Oğlunun əmək haqqı 720 manatdır. Lakin müəyyən ödənişlər çıxıldıqdan sonra ona 651 manat pul qalır. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2855/2017 saylı, 21 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7000/2017 saylı, 25 may 2017-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, iddia ərizəsinin qismən təmin edilərək, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hazırki qətnamə qəbul edildiyi tarixdən başlayaraq Cavabdeh hər ay, hər uşağa görə 136 manat 60 qəpik olmaqla, cəmi 273 manat 20 qəpik sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 14 dekabr 2023-cü il tarixli MŞS/MT030/2023-02558 nömrəli arayışdan görünür ki, tərəflər İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişlər. Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. AZ-İİ seriyalı, 078199 saylı doğum haqqında şəhadətnaməyə əsasən tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X6 anadan olmuşdur. AZ-İİİ seriyalı, 009389 saylı doğum haqqında şəhadətnaməyə əsasən tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X4 anadan olmuşdur. Azərbaycan Respublikası 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 sentyabr 2022-ci il tarixli AZ-İ seriyalı, 426912 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2017-ci ilin 09-cu ayının 12-ci günündə 256 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra ərə Cahangirov, arvada isə Əliyeva soyadı verilmişdir. İş materiallarında olan AZEMİS-dən əldə edilmiş çıxarışlara əsasən müəyyən edilir ki, İddiaçı böyük tibb bacısı vəzifəsində işləməklə aylıq 1143.1 manat, Cavabdeh isə agent, ekspeditor vəzifəsində işləməklə aylıq 729 manat əmək haqqı alır. "xxxx" MMC tərəfindən verilmiş 147/23 nömrəli, 28 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixindən "xxxx" MMC-nin tədarük zənciri departmentinin nəqliyyat şöbəsinin məhsul çatdırma bölməsində ekspeditor vəzifəsində işləməklə, son üç aylıq əmək haqqı 651.87 manat olmuşdur. AZ-İİ seriyalı, 257971 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X8 arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2018-ci ilin fevral ayının 27-ci günündə 411 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Cahangirov, arvada isə Cahangirova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrə əsasən müəyyən edilir ki, Cavabdeh ilə X1 birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X9 adlı övladları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və sair), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarına əsasən müəyyən edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirilməlidir. Həmin qərarla diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələlərin nəzərə alması zərurəti göstərilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ölkə üzrə uşaqlar üçün 2024-cü ildə yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, hazırda İddiaçı hər uşağa görə ödənilən 136.60 manat məbləğində aliment uşaqların saxlanılması üçün zəruri xərclərini və ehtiyaclarını təmin etmir. Uşaqların əsaslı mənafeyi baxımından tərəflərin maddi vəziyyəti ədalətli şəkildə balanslaşdırılmaqla iddia tələbinin qismən təmin edilməsi yetkinlik yaşına çatmayan uşaqların əsaslı mənafeyinə xidmət etməklə, onların normal inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə cavabdeh olaraq Cavabdeh valideynlik vəzifəsini yerinə yetirmək baxımından da onun əsas öhdəliyidir. Məhkəmə hesab edir ki, cavabdehdən iki uşaq üçün tələb olunan 470 manat məbləği ödəmək iqtidarında olmasına dair sübutlar MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən sübut olunmamışdır. Məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyi baxımından, 2017-ci il tarixdən müəyyən olunmuş aliment məbləğinin artırılmasından xeyli müddət keçməsini, tərəflərin maddi vəziyyətlərini (iddiaçı və cavabdehin gəlirlərini), cavabdehin yenidən ailə həyatı qurmasını, həmin nikahdan iki azyaşlı övladının olmasını və sair halları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2855/2017 saylı, 21 sentyabr 2017-ci il tarixli saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 170 manat, ümumillikdə 340 sabit pul məbləğində aliment tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, artırılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-ci maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə iddianın qiyməti müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddia tələbi qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2855/2017 saylı, 21 sentyabr 2017-ci il tarixli saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 170 (bir yüz yetmiş) manat, ümumillikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar