Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-920/2025 08.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh Hyundai santafe markalı avtomobilə dəymiş zərərin (9548 manat), texniki baxış (55 manat) xərclərinin ödənilməsi, avtomobilə vurulmuş zərərə görə bazar dəyərinin fərqinin (3000 manat) kompensasiya edilməsi, ödənilməmiş 4 aylıq kredit məbləği olan 2720 manat qarşı tərəfdən tutulub iddiaçıya verilməsi, Rəşad Namazovun şahid qismində məhkəməyə çağırılıb dindirilməsi, iddiaçıya peşəkar hüquqi yardımın təmin edilməsi üçün vəkilin təyin edilməsi, iddiaçı tərəfindən çəkilmiş məhkəmə və hüquqi xərclər Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirliməsi barədə ərizə verərək, Cavabdeh Hyundai santafe markalı avtomobilə dəymiş zərərin (9548 manat), avtomobilə vurulmuş zərərə görə bazar dəyərinin fərqinin (3000 manat), ödənilməmiş 4 aylıq kredit məbləğinin (2720 manat), iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərclərinin (116 manat), ümumilikdə 15384 manat məbləğində pulun alınıb iddiaçıya verilməsii barədə qətnamə çıarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı, Cavabdeh ilə avtomobil alqı satqısı və öhdəlikləri ilə bağlı bir neçə razılaşma əsasında münasibətlər qurmuşdur. xx.xx.2022-ci il tarixində Cavabdeh, özünə yeni avtomobil əldə etmək məqsədilə qonşusu olan X2 muraciət edərək "002 Cars" avtosalona yaxınlaşmış, cavabdeh özünün Mercedes S Klass markalı avtomobilini satmaqla yeni avtomobil almaq niyyətində olduğunu bildirmişdir. Rəşad Namazov onunla əlaqə saxlamış, Mercedes S Klass markalı automobili 7000 manat dəyərləndirilmiş, həmin avtomobillə yanaşı və 1350 ABŞ dolları məbləğində ödəniş edilərək aralarında notarial qaydada Hyundai Elantra markalı avtomobilin ilkin ödənişlə alınmasına dair razılıq əldə edilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh avtomobili ilkin olaraq muəyyən məbləğdə ödəniş edib, qalan məbləği aylıq ödənişlərlə ödəməyi öhdəsinə götürmüşdür. Təxminən 2023-cü ilin iyun ayında cavabdeh Hyundai Elantra avtomobilini daha hündür və texniki xüsusiyyətlərinə görə daha yaxşı avtomobillə dəyişdirmək istədiyini bildirmişdir. İddiaçı Nazım oğlunun Hyundai Santafe markalı avtomobilini Cavabdeh almaq istəməsi barədə Rəşad Namazov 2023-cu ilin iyun ayında iddiaçıya bildirmişdir. Lakin Cavabdeh ilə artıq Hyundai Elantra markalı maşının alqısatqına dair ilkin muqavilə bağlandığından şəxslə yeni müqavilənin rəsmiləşdirilməsi mümkün olmamışdır. Şiriyev X4 Elantranı sataraq, qalan borcu qarşılayacağını, Hyundai Santafe markalı maşın üçün ilk olaraq 2000 manat məbləğində, daha sonra 42 ay ərzində aylıq 400 ABŞ dolları (680 manat) məbləğində pulu ödəyəcəyini bildirmişdir. İlkin məbləğin çox az ödəndiyini qeyd etdikdə X7 Şiriyevin ödənişini tamamlayacağını vurğulamışdır. Lakin həmin ilin oktyabr ayından iddiaçı ölkə xaricində müəyyən problemlərlə üzləşdiyini əsas gətirərək ödəniş etməmişdir. Cavabdeh Hyundai SantaFe avtomobilinin ödənişini yalnız 4 ay muddətində yerinə yetirmiş, daha sonra ödənişləri dayandırmışdır. Bu səbəbdən 2024-cu ilin fevral ayı ərzində Hyundai Santafe markalı avtomobil İddiaçı Nazım oğluna geri verilmişdir. Lakin avtomobil nasaz vəziyyətdə olduğu üçün servisdə texniki yoxlanılmış və ciddi qüsurlar aşkar edilmişdir. Servis mərkəzindən alınmış texniki baxış sənədindən avtomobilin təmirinə ümumilikdə hazırki qiymətlərə uyğun olaraq 9548 AZN məbləğində xərc yaranmışdır. Hyundai Santafe markalı avtomobilin nasazlığı səbəbindən istifadəsiz qalması iddiaçıya maddi ziyan vurmuşdur. Həmçinin, avtomobilə dəymiş zərər nəticəsində nəqliyyat vasitəsinin bazar dəyəri də aşağı düşmüşdür. İddiaçı həm şəxsi ehtiyacları, həm də iş fəaliyyəti üçün avtomobilə ehtiyac duyduğu halda, onun texniki nasazlıq səbəbindən istifadə edə bilməməsi ciddi maliyyə itkisi ilə nəticələnmişdir. İddiaçı Rəşad Namazovun şahidliyi olmaqla cavabdehə xx.xx.2023-cu il tarixdə Hyundai Santafe markalı avtomobil üçün aylıq 400 dollar (təxminən 680 AZN) məbləğində odanış etməklə avtomobili vermişdir. Həmin avtomobilin təhvil alınması zamanı Cavabdeh maşının texniki sazlığını yoxlatmışdır. Razılaşma zamanı Cavabdeh avtomobilə dəyən zərəri qarşılayacağını və bununla bağlı öhdəlik götürdüyünü bildirmişdir. X6 ödəniş edəcəyi barədə bildirməsinə baxmayaraq, Cavabdeh 2023-cu ilin oktyabr ayından 2024-cu ilin fevral ayı ərzində (ümumilikdə 2720 AZN) heç bir ödəniş edilməmişdir. Bu, razılığın birbaşa pozulmasıdır və ödənişlərin tam şəkildə qarşı tərəfdən tutulması tələb olunur. Bundan əlavə, Cavabdeh təhvil verilən Hyundai Santafe avtomobili texniki baxışdan keçirməmişdir.Bununla yanaşı, avtomobilin qüsurlarının aradan qaldırılması ilə bağlı əlavə təmir və digər əlaqədar xərclər iddiaçıya yüklənmişdır. Bu hallar razılaşma şərtlərinin pozulduğunu və qarşı tərəfin məsuliyyət daşıdığını göstərir. Eyni zamanda, məsələ ilə bağlı iddiaçının sorğularına cavab olaraq Rəşad Namazov təsdiq etmişdir ki, Cavabdeh avtomobilin ödənişləri və digər məsələlərə dair öhdəliklərini yerinə yetirəcəyinə söz vermişdir. Rəşad Namazov həm müqavilə prosesinin birbaşa şahididir, həm də tərəflər arasında razılaşmaların mahiyyətini açıqlaya bilər.Onun məhkəmədə şahid qismində dindirilməsi işin obyektiv araşdırılmasına əhəmiyyətli töhfə verə bilər. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi.Əlavə olaraq qeyd etdi ki, ilkin ödənişi onun üçün almışdır ki, 2-3 gündən sonra maşına ziyan dəysə, o pulla ziyanını qarşılasın.Polisə getdikdən sonra ümumiyyətlə Vüsalı tapmaq mümkün olmamışdır.Polisdə də izahatında qeyd etmişdir ki, o cavabdehdən pul istəmişdir, cavabdehdə ondan pul istəmişdir. Ekspert rəyində də göstərilmişdir ki, avtomobilə dəymiş ziyan 6905 manatdır.3000 manatda dəymiş ziyana görə fərqinin dəyəridir.Dəymiş ziyan ödənilməlidir.Maşın ona fevral ayında verilmişdir.Vüsalla yaxın əlaqəsi olmuşdur. Heç düşünməzdi ki, Vüsal onu polisə verər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 452/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Həmin qətnamə ilə müyyən olunmuşdir ki, avtomobil 2025-ci il may ayı tarixdən iddiaçının mülkiyyətindədir. Odur ki, avtomobildə sonradan yaranmış qüsurlara görə cavabdeh heç bir məsuliyyət daşımır. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, Cavabdeh Santafeni götürərkən Çerkassi küçəsində yerləşən 3 ustada onunla bir yerdə gedib yoxlatdırmışdır və o nəqliyyat vasitəsinin tam saz vəziyyətdə olduğuna şahid olmuşdur. Lakin Vüsalda olduğu müddətcə 4 çarx sistemində nasazlıq yaranmışdır və hətta Vüsala usta nömrəsi də göndərmişdir ki,Vüsal onu düzəltdirsin.Bütün whatsapp yazışmaları məhkəməyə təqdim olunmuşdur. Sonradan Fevral ayında maşını götürdükdən və yoxlatdırdıqdan sonra 4 çarx sistemi maşında olmadığı məlum olmuşdur və nəticədə Vüsal nasazlığı aradan qaldırmamış və bütün sistemi maşının üzərindən sökdürmüşdür. Yoxladanda maşın boyasız idi, lakin sonradan maşını götürəndə artıq bir neçə hissəsi boyanmış idi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən Sumqayıt şəhər Məhkəməsinin hesabına 116 manat dövlət rüsumu ödənmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** XP *** dövlət qeydiyyat nişanlı Hyundai Santafe minik markalı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə İddiaçı oölunun adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Cavabdeh müraciəti əsasında toplanmış material üzrə X1 və İddiaçı əməlində Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsinə əsasən, cinayət tərkibli xüsusatlar,eləcə də cinayət işinin başlanılmasına əsas verə biləcək mötəbər dəlil və sübutlar müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilməsi,eləcə də tərəflər arasında yaranmış mübahisələrin həllinin mülki qaydada aidiyyatı üzrə instansiya müraciət edilməsi hallarının izah edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, İddiaçı ** XP *** dövlət qeydiyyat nişanlı Hyundai Santafe minik markalı nəqliyyat vasitəsini Cavabdeh nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini vermişdir. Etibarnamə 8 il 9 ay 1 gün müddətinə verilmişdir və xx.xx.2032-ci ilə kimi qüvvədədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli,e-2(060)-4790/2024 saylı Sumqayıt şəhər Məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 2(105)-452/2025 saylı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayyəti təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli, e-2(060)-4790/2024 nömrəli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması və iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiasının təmin olunması, cavabdeh İddiaçı 9300 manat məbləğində pul, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 113 manat və hüquqi xidmətə görə ödənilmiş 325 manat məbləğində pul alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 66 nömrəli Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti MMC-nin hesabatından görünür ki, Hyundai Santafe markalı, ** XP *** dövlət nömrə nişanlı avtomobilin hazırki bazar dəyəri avtomobilə dəymiş zərərin real bazar dəyəri 22000 manat təşkil edir. Avtomobilə dəymiş zərərə görə bazar qiyməti dəyərinin fərqi (boyalanmaya əsasən) 3000 manat təşkil edir.İş materiallarında olan qüsur aktı nəzərə alınmaqla avtomobilə dəymiş zərərin real bazar dəyəri 6905 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürsədə işin araşdırılan halları məhkəmə iclasında sübut olunmamış, yuxarı instansiya məhkəməsinin aktı ilə cavabdehin mübahisələndirdiyi ilkin müqavilədən irəli gələn öhdəliklə bağlı olmadığı, qeyd olunan müqavilə üzrə əldə etdiyi avtomaşını bir müddət sonra iddiaçı ilə aralarında olan razılaşmaya əsasən geri qaytarılması, həmin avtomobilə görə ödənilmiş ilkin məbləği nəzərə alınmaqla iddiaçı tərəfindən cavabdehə yeni Santafe markalı avtomobil satılmasına razılaşmışlar. Bununla da xx.xx.2023-cü il tarixli müqavilə üzrə öhdəliklərə xitam verilmişdir.İddiaçı etibarnamə əsasında Santafe markalı avtomobili cavabdehin istifadəsinə vermiş, bir müddət aylıq kredit ödənişi etsə də, daha sonra ödənişləri ödəyə bilmədiyindən cavabdeh Santafe markalı avtomobili iddiaçıya geri qaytarmışdır.Hazırki mübahisə Santafe markalı avtomobilə vurulmuş ziyanın ödənilməsi ilə bağlı pul tələbidir.Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış məhkəmə aktı ilə təsdiq edilmişdir ki, əldə edilməsi üçün ödənilmiş ilkin ödəniş məbləğinin verilməsi sübut olmaqla, həmin vaxtı yəni cavabdehin istifadəsində olduğu vaxta maşına ziyan vurulması işin araşdırılan halları ilə təsdiq edilməmişdir.Belə ki, cavabdehin polis orqanına müraciəti əsasında izahatı alınmış tərəflər məs ödənişin edilməməsi ilə bağlı olmuş, maşına ziyan vurulması və sair hallar iddiaçı tərəfindən mübahisələndirilməmiş, hazırki hallarda maşına cavabdeh tərəfindən ziyan vurulması sübut edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayyəti təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli, e-2(060)-4790/2024 nömrəli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması və iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiasının təmin olunması, cavabdeh İddiaçı 9300 manat məbləğində pul, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 113 manat və hüquqi xidmətə görə ödənilmiş 325 manat məbləğində pul alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü tə`sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyatı hissəsində məcburidir. Beləliklə məhkəmə hesab edir ki, Hyundai Santafe markalı avtomobil iddiaçının həmin vaxt mülkiyyətdə olması müəyyən edildiyindən və iddiaçının cavabdehə qarşı vurulmuş ziyanla bağlı tələbi olmadığından iddia tələbi öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-920/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-920/2025
08.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver