Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-947/2024 28.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, X1 iştirakı ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun ödənilməsinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə kredit borcu üzrə 10910,7 manat əsas, 3065,93 manat faiz borcu olmaqla, cəmi 13976,63 manat, kredit kartı üzrə 299,05 manat əsas, 103,21 manat faiz borcu olmaqla cəmi 402,26 manat borcun və ödənilmiş 133,14 manat dövlət rüsumunun habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********78 nömrəli Tam kart çərçivə müqaviləsinə əsasən Cavabdeh illik 18 faiz dərəcəsi ilə 48 ay müddətinə 14700 manat kredit və illik 24 faiz dərəcəsi ilə 36 ay müddətinə 300 manat kredit kartı verilmişdir Borclu Cavabdeh müqavilə üzrə aldığı vəsaitdən tam istifadə etmiş, lakin kredit borcu, kredit kartı borcu və onlara hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır. Filial tərəfindən verilmiş maliyyə arayışlarına əsasən Cavabdeh kredit müqaviləsi üzrə banka kredit borcu üzrə 10910,7 manat əsas, 3065,93 manat faiz borcu olmaqla, cəmi 13976,63 manat, kredit kartı üzrə 299,05 manat əsas, 103,21 manat faiz borcu olmaqla cəmi 402,26 manat borcu mövcuddur. Beləliklə, Cavabdeh borcların vaxtında qaytarılması haqqında bank tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. İddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASC ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiklərini, mülki işə iştirakları olmadan baxılmasını və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" ASC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2020-ci il tarixli, BPM**********8 nömrəli tam kart çərçivə müqaviləsindən görünür ki, Bank Müştərinin adına İkitərəfli ödəniş kartını (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı; bundan sonra – “Tam kart" adlanacaq) buraxmağı, Müştərinin adına bank hesablarım (kredit kartına bağlı olan kart hesabı, debet və ya əmək haqqı kartına bağlı olan kart hesabı və cari hesab; bundan sonra birlikdə - "Hesab" və ya "Hesablar" adlanacaq) açmağı, Müştəriyə Tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15000 (on beş min) manat məbləğinədək, kreditdən (Nağd kredit və/və ya Kredit xətti; bundan sonra birlikdə - "Kredit" adlanacaq) istifadəyə görə illik 24 %-dək ödəmək şərtilə kredit limitini ayırmağı, X4 kart, eləcə də Hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, Bank tərəfindən ayrılmış Kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öz öhdəsinə götürür. Müştəriyə bu Müqavilənin 4.3-cü bəndinə müvafiq olaraq ayrılmış Kredit xətti daxilində Tam kartdan Banka məxsus POS-terminallar vasitəsilə Bankın Partnyor şəbəkəsi subyektlərində (siyahısı Bankın rəsmi İnternet səhifəsi www.ibar.az-da və/və ya Tam kartın rəsmi internet səhifəsi www.tamkart.az-da yerləşdirilmişdir) istifadə olunan zaman məhsul və xidmətlərin dəyəri 24 (iyirmi dörd) ayadək bərabər hissələrə bölünərək faizlər hesablanmadan ödənilməsi (bundan sonra - “Taksit əməliyyatları" adlanacaq) imkanı yaradılır. Kreditin təyinatı: Şəxsi ehtiyacların ödənilməsi/istehlak məqsədilə. Tam kart, eləcə də Hesablar vasitəsilə əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqı Bankın müvafiq əməliyyatın aparıldığı günə qüvvədə olan Tariflərinə (Bankın rəsmi internet səhifəsi www.ibar.az-da və/və ya Tam kartın rəsmi İnternet səhifəsi www.tamkart.az-da yerləşdirilmişdir) və/və ya müvafiq idarəetmə orqanının qərarına uyğun olaraq müəyyən olunur və Bank tərəfindən Müştərinin Hesablarındakı pul vəsaitindən akseptsiz qaydada tutulur. Tam kartın qüvvədə olma müddəti onun üzərində göstərilmiş müvafiq ilin müvafiq ayının sonuncu günü bitir. Tam kartdan istifadə Azərbaycan Respublikasının qanunvericiliyi, Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ xarakterli aktları, eləcə də müvafiq beynəlxalq ödəniş sisteminin qaydaları və bu Müqavilə ilə tənzimlənir. Qüvvədə olan hüquqi aktların tələblərinə müvafiq olaraq Tam kartdan POS-terminallar vasitəsilə ŞEN-kod daxil edilmədən həyata keçirilən nağdsız əməliyyatlarda müvafiq vəsait Borc alanın kredit kartı hesabından silinməklə sonuncuya Müqavilənin 4.3-cü bəndinə müvafiq olaraq ayrılmış Kredit xətti çərçivəsində verilən Kredit hesab olunacaq. Borc alan tərəfindən Kredit xətti üzrə Kredit məbləğinin istifadə edilməsi tarixi Tam kart vasitəsilə müvafiq əməliyyatın faktiki aparılması tarixindən asılı olmayaraq həmin əməliyyat üzrə məlumatların Bankın avtomatlaşdırılmış əməliyyat sistemində işlənmə günü hesab edilir. Borc alana ayrılmış Kredit xətti daxilində Tam kart vasitəsilə nağdsız əməliyyatlar həyata keçirilən zaman müvafiq əməliyyat üzrə istifadə olunan vəsaitin Bank tərəfindən müəyyən edilən hissəsi (bundan sonra - “Cashback məbləği" adlanacaq) Borc alanın müvafiq Hesabına geri qaytarı lira bilər. Cashback məbləğləri İlə bağlı məlumatlar Tam kartın rəsmi internet səhifəsi www.tamkart.az-da yerləşdirilmişdir. Tam kartın sifariş vərilməsi Müştərinin özü tərəfindən şəxsən və ya X3 işəgötürəni (bundan sonra - "Təşkilat" adlanacaq) arasında imzalanan "Əmək haqqı kartları üzrə hesabların açılması və əmək haqqı kartlarından istifadə haqqında" Müqavilə əsasında həyata keçirilir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********78 nömrəli Tam kart çərçivə müqaviləsinə əsasən Cavabdeh illik 18 faiz dərəcəsi ilə 48 ay müddətinə 14700 manat kredit və illik 24 faiz dərəcəsi ilə 36 ay müddətinə 300 manat kredit kartı verilmişdir Borclu Cavabdeh müqavilə üzrə aldığı vəsaitdən tam istifadə etmiş, lakin kredit borcu, kredit kartı borcu və onlara hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır. Filial tərəfindən verilmiş maliyyə arayışlarına əsasən Cavabdeh kredit müqaviləsi üzrə banka kredit borcu üzrə 10910,7 manat əsas, 3065,93 manat faiz borcu olmaqla, cəmi 13976,63 manat, kredit kartı üzrə 299,05 manat əsas, 103,21 manat faiz borcu olmaqla cəmi 402,26 manat borcu mövcuddur. Beləliklə, Cavabdeh borcların vaxtında qaytarılması haqqında bank tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, kredit müqaviləsi və kredit kartına dair müqavilənin şərtlərini pozmuşdur. Ona görə də iddiaçının xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 %-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 14378,89 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 133,14 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh kredit borcu üzrə 10910,7 manat əsas, 3065,93 manat faiz borcu olmaqla, cəmi 13976,63 manat, kredit kartı üzrə 299,05 manat əsas, 103,21 manat faiz borcu olmaqla cəmi 402,26 manat borcun və ödənilmiş 133,14 manat dövlət rüsumunun habelə 0,40 manat bank xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh kredit borcu üzrə 10910,7 manat əsas, 3065,93 manat faiz borcu olmaqla, cəmi 13976,63 manat, kredit kartı üzrə 299,05 manat əsas, 103,21 manat faiz borcu olmaqla cəmi 402,26 manat borcun, ümumilikdə 14378,89 manat borc və ödənilmiş 133,14 manat dövlət rüsumunun habelə 0,40 manat bank xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-947/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-947/2024
28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver