Məhkəmə qərarları › İş №e-2(060)-9504/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-9504/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-9504/2021 29.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimi İsmayılov Azər İbrahim oğlu, İddiaçı “Stentor" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kiçik iddialara dair» iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı “Stentor" MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kiçik iddialara dair» iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə ərizənin qəbul olunmasından imtina edir. İddiaçı “Stentor" MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kiçik iddialara dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, iş materiallarına "xxxx" MMC-yə aid sənədlər əlavə etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı “Stentor" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kiçik iddialara dair» iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin qəbulundan imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar