Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-9506/2021 01.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında 30.01.2020-ci il tarixdə bağlanmış VİP 17970 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 400 manat əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1% (bir)-i həcmində 80 manat cərimə, cəmi 480 manat və 30 manat ödənilmiş dövlət rüsumu pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini verərkən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi ilə müəyyən edilmiş tələblərə əməl etməmişdir. İddiaçı MMC ərizəsində tərəflər arasında bağlanmış 30.01.2020-ci il tarixli VİP 17970 saylı alqı-satqı müqaviləsinin 5.5-ci bəndinə istinad etmişdir. Müqavilənin həmin bəndinə görə mübahisə iddiaçının (tələbkarın) fəaliyyət göstərdiyi rayonun məhkəməsinə verilə bilər. Halbuki, sözügedən müqavilənin 5.4-cü bəndinə əsasən bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Bakı şəhəri məhkəmələri vasitəsilə həll ediləcəkdir. Bundan əlavə İddiaçı MMC iddia ərizəsinin forma və məzmununa əməl etməyərək iddia ərizəsində əmr icraatının normalarını nəzərdə tutan maddələrə istinad etməsinə baxmayaraq, iş üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu isə Azərbaycan Respublikası MPM-də iddia ərizəsinin forma və məzmununu nəzərədə tutan qaydalara uyğun deyil. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət elilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsinini məhkəmə icraatında baxılmağa götürülməsi mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 149, 150, 151, 152, 263, 264, 268, 269-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı «borcun tutulması tələbinə dair» iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri İddiaçı MMC-nə qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə verilə bilər. Ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra İddiaçı MMC ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-9506/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-9506/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver