Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-959/2021 23.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh və digər cavabdeh nümayəndəsi Zamin iştirakları ilə, İdiaçı İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasnda baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və Zamin 13.593,42 ABŞ dolları əsas borc, 9469,04 ABŞ dolları faiz borcu, cəmi 23062,46 ABŞ dolları kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun, kredit, zaminlik, ipoteka müqaviləsinin, eləcə də yüklülük çıxarışının surətlərinin notariat qaydada təsdiqi üçün ödənilmiş 39 manat rüsum məbləğinin tutulub iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh məxsus, X5 minik markalı (mühərrik: 1GRA817786, ban: JTMHU09J1E4082498, buraxılış ili 2013) avtomobilə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitin göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, əmlakın satışından əldə edilən vəsait göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada cavabdehlərdən tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı LPO İddiaçı ASC-nın “Gənclik” filialı ilə Cavabdeh arasında bağlanmış 22.08.2016-cı il tarixli, 007GFAK nömrəli «Kredit müqaviləsi»nə əsasən, cavabdehə kredit üzrə cari borcun tam bağlanması içün 60 ay müddətinə, illik 14 faiz hesablanmaqla 34700 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdehlə bank arasında bağlanmış Kredit müqaviləsinin təminatı qismində, Cavabdeh məxsus avtomaşın banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə 22 avqust 2016-cı il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmış və buna əsasən DİN BDYPİ tərəfindən qeydiyyat tarixi 18.12.2013-cü il tarixli, 113744 nömrəli yüklülüyə dair Çıxarışa əlavə qeydiyyat aparılmışdır. Sözü gedən iş üzrə digər cavabdeh Zamin 22 avqust 2016-cı il tarixli zaminlik müqaviləsi üzrə kredit alan Cavabdeh zamin durmuşdur. Kredit müqaviləsinin 3.3-cü bəndinə əsasən, kredit məbləği kreditin «Kredit alan» üçun açılan ssuda hesabına köçürüldüyü tarixdən başlayaraq hər 30 təqvim gününün bitdiyi sonuncu gün «Kredit alan» tərəfindən «Kredit verən»in hesabına nağd və ya köçürülmə yolu ilə 4.1ci bəndi ilə müəyyən olunan müddət ərzində bərabər hissələrlə qaytarılır. Qeyd olunan «Kredit müqaviləsi»nin 3.4-cü bəndinə əsasən, «Kredit alan» kreditdən istifadəyə görə «Kredit verən»ə illik 14 faiz ödəyir. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən, faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 təqvim gününün bitdiyi sonuncu gün «Kredit alan» tərəfindən «Kredit verən»in hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Həmin müqavilənin 5.2. bəndinə əsasən, müqavilənin 3.3. bəndində göstərilən vəzifənin icra müddəti «Kredit Alan» tərəfindən gecikdirildiyi halda o, hər gecikdirilən gün üçün müqavilənin 3.4. bəndi ilə müəyyənləşdirilən faizlərin iki misli miqdarında cərimə ödəyir. Həmin müqavilənin 5.3. bəndinə əsasən, müqavilənin 3.6. bəndində göstərilən vəzifənin icra müddəti «Kredit alan» tərəfindən gecikdirildiyi halda o, «Kredit verən»ə 3.4. bəndi ilə müəyyən olunan faizlərin iki misli miqdannda cərimə ödəyir. Cavabdehlər bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişlər. Belə ki, cavabdehlərin banka bu günə 13593,42 ABŞ dolları əsas borcu, 9469,04 ABŞ dolları faiz borcu var. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı «Bildiriş»lərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan «Kredit müqaviləsi» üzrə borc haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh və digər Cavabdeh nümayəndəsi Zamin öz izahatında göstərdi ki, iddianı qismən qəbul edir. Belə ki, Bankla göstərilən kredit, ipoteka və zaminlik müqaviləsi bağlanılaraq kredit götürülmüşdür. Son bir ildə kredit öhdəliyi üzrə ödəniş edilməmişdir. Lakin həmin vaxtadək ödənişləri ödəniş cədvəli üzrə ödəmişlər. Hesab edir ki, tələb olunan borc məbləği düzgün hesablanmamışdır. Onlar tərəfindən ödənilmiş bütün ödənişlər nəzərə alınmayıb. Odur ki, tələb olunan məbləğlə razı deyildir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22.08.2016-cı il tarixli Kredit müqaviləsindən görünür ki, kreditor borcalana 60 ay müddətinə illik 14 faiz ödənilməsi şərti ilə 34.700 ABŞ dolları kredit verməyi, borcalan həmin kreditdən məqsədli istifadə etməyi və müəyyən olunmuş müddətdə kredit və hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı nümayəndəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Cavabdeh 27.10.2020-ci il tarixə kredit müqaviləsi üzrə 13593,42 ABŞ dolları əsas, 9469,04 ABŞ dolları faiz borcu vardır. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının 30 iyul 2021-ci il tarixli 9/2123 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, iş materiallarında olan sənədlərə əsasən, 22.08.2016-cı il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh 27.10.2020-ci il tarixə banka olan əsas borcu 13.592,47 ABŞ dolları, faiz borcu 8.358,69 ABŞ dolları, ümumilikdə 21.951,16 ABŞ dolları təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə müvafiq olaraq 30 iyul 2021-ci il tarixli 9/2123 saylı ekspert rəyini sübut növü kimi nəzərə alaraq hesab edir ki, 22 avqust 2016-cı il tarixli Kredit müqaviləsi üzrə əsas borc 13.592,47 ABŞ dolları, faiz borcu 8.358,69 ABŞ dolları məbləğində müəyyən edilməklə, iddiaçının xeyrinə tutulmalıdır. İş materiallarında olan Bankla Zamin arasında bağlanmış 22 avqust 2016-cı il tarixli zaminlik müqaviləsindən görünür ki, Zamin 22 avqust 2016-cı il tarixli Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası ilə bağlı üzərinə birgə məsuliyyət götürmüşdür. İşin məhkəmədə araşdırılan halları ilə təsdiq olundu ki, zamin bank qarşısında borclu ilə birgə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Odur ki, məhkəmə Mülki Məcəllənin 470, 472-ci maddəsinin göstərişlərinə istinadən hesab edir ki, iddiaçının zaminə qarşı iddia tələbi əsaslıdır, zamin borclu ilə birgə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış 22 avqust 2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən, 22 avqust 2016-cı il tarixli, 007GFAK saylı Kredit müqaviləsi üzrə Cavabdeh kredit öhdəliyinin təminatı olaraq “X6” markalı (mühərrik: 1GRA817786, ban: JTMHU09J1E4082498, buraxılış ili 2013) avtomobil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən Çıxarışdan görünür ki, “X5” markalı, 99EP100 dövlət qeydiyyat nişanlı avtomobilə dair ipoteka yüklülüyü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Qeydiyyat və İmtahan Şöbəsi tərəfindən 18.12.2013-cü il tarixdə qeydə alınmış, 22 avqust 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 18.12.2013-cü il tarixli ipoteka müqaviləsinin müddəti 22.08.2021-ci il tarixədək uzadılmışdır. Bildirişlərdən görünür ki, Bank tərəfindən cavabdeh “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xəbərdar edilmişdir. İş materiallarında olan ərizədən görünür ki, ipoteka predmetinə tutulmanın yönəldilməsi haqqında bildiriş DİN BDYPİ X3 tərəfindən qeydə alınmışdır. Məhkəmə Mülki Məcəlləsinin 269.1, 269.4, 319-cu maddələrinin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2-ci maddələrinin göstərişlərinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini qanununun tələblərinə uyğun hesab edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 oktyabr 2021-ci il tarixli 87 saylı rəyindən görünür ki, “X5” markalı **-GP-*** dövlət nömrə nişanli avtomobilin likvid dəyəri 75000 (yetmiş beş min) manat məbləğində təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə müvafiq olaraq 05 oktyabr 2021-ci il tarixli 87 saylı rəyi sübut növü kimi nəzərə alaraq hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 75.000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 02 manatı iddiaçıya aid edilməli, 28 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. 39 manat məhkəmə xərcinin ödənilməsi hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, bununla bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin 13.592,47 ABŞ dolları əsas borc, 8358,69 ABŞ dolları faiz borcu, cəmi 21.951,16 ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28 manat İddiaçı ASC-nin xeyrinə tutulmalı, tələb cavabdehə məxsus “X5” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməli, həmin avtomobil açıq hərracdan satılmalı, ipoteka predmetinin ilkin satış qiyməti 75.000 (yetmiş beş min) manat müəyyən edilməli, həmin əmlak açıq hərracda satılmalı, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlak hesabına ödənilməlidir. İddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılmalıdır. İpoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ cavabdehlərdən alınaraq İddiaçı ASC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq İddiaçı ASC-dən 7 (yeddi) manat, Cavabdeh və Zamin 138 (bir yüz otuz səkkiz) manat tutuluraq X1 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin 13.592,47 ABŞ dolları əsas borc, 8358,69 ABŞ dolları faiz borcu, cəmi 21.951,16 (iyirmi bir min doqquz yüz əlli bir ABŞ dolları, on altı sent) ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28 (iyirmi səkkiz) manat İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb Cavabdeh məxsus “X5” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 75.000 (yetmiş beş min) manat müəyyən edilsin. Həmin əmlak açıq hərracda satılsın, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlak hesabına ödənilsin. İddiaçı ASC-nin tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. İpoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh və Zamin alınaraq İddiaçı ASC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq İddiaçı ASC-dən 7 (yeddi) manat, Cavabdeh və Zamin 138 (bir yüz otuz səkkiz) manat tutuluraq X1 (Kod 210005, VÖEN **********), müxbir hesab AZ41NABZ********************, SFİFT BİK- CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №e-2(060)-959/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-959/2021
23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver