Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-96/2023 31.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh və X4 İddiaçı MMC-yə dəymiş 3671 manat məbləğində maddi zərərin və ödənilmiş 57 manat rüsumun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X8 cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixində “X13” minik markalı, 50- CZ-071 dövlət qeydiyyat nişanlı avtomobili manevr qaydasını pozaraq Sabunçu qəsəbəsi, Heydər Əliyev prospektində arxaya hərəkət etdirərkən, arxadan onunla eyni istiqamətdə hərəkət edən X3 idarə etdiyi İddiaçı MMC-yə məxsus “İsuzu NQR75L” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, zərbədən “İsuzu NQR75L” markalı avtomobil idarəetməni itirərək asma körpüyə qalxmaqda olan X6 etibarnamə əsasında idarə etdiyi “Mercedes-B” markalı 99- KV-215 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılaraq yoldan çıxmışdır. Hadisə zamanı hər üç avtomaşın zədələnmiş, “İsuzu NQR75L” markalı avtomobilin sürücüsü X1 yüngül zərər vurulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-4036/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarına əsasən Cavabdeh AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli Qüsur aktına əsasən Cavabdeh təqsirli əməlləri nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-yə məxsus “İsuzu NQR75L” markalı, **- JR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6680 manat məbləğində ziyan dəymişdir. Yol nəqliyyat hadisəsi zamanı Sığortaçı qismində çıxış edən AR Dövlət Sığorta Kommersiya Şirkəti baş vermiş sığorta hadisəsi üzrə xx.xx.2021- ci il tarixində zərərin yalnız 3009,01 manat hissəsini İddiaçı MMC-yə sığorta ödənişi kimi ödəmişdir. Zərərin qalıq 3671 manat məbləğində hissəsi dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara rəğmən bu günə kimi təqsirkar-Cavabdeh və X9 tərəfindən İddiaçı MMC-yə ödənilməmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X5 barışıq sazişi təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh İddiaçı MMC-nin nümayəndəsi X5 tərəfindən verilən barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Təqdim edilən saziş aşağıda qeyd edilən məzmundadır.
1. cavabdeh öhdəlik götürür ki, bu Sazişin 1.2-ci bəndində qeyd olunan güzəşt edilməklə müəyyənləşdirilmiş 2400 (iki min dörd yüz) manat borcunu 2023-cü ilin hər ayı üzrə 200 (iki yüz) manat olmaqla hissə-hissəiİddiaçıya ödəyəcəkdir.
2. Cavabdeh öhdəlik götürür ki, 2023-cü ilin hər ayı üzrə ödənilməli olan 200 (iki yüz) manat borc məbləğini növbəti ayın birinci gününədək nağd və ya elektron ödəniş qaydasında iddiaçıya ödəyəcəkdir.
3. Cavabdeh bu Sazişin 2.1-ci bəndində göstərilən öhdəliyini bu Sazişin 2.2-ci bəndində müəyyən edilmiş qaydaya uyğun icra etməzsə, bu Sazişin 1.2-ci bəndində qeyd olunmuş güzəşt tətbiq edilmir və 3671 (üç min altı yüz yetmiş bir) manat ümumi borc məbləği cavabdeh tərəfindən iddiaçıya ödənilir.
4. X7 səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra, cavabdeh və iddiaçı Barışıq Sazişi əsasında iş üzrə icraata xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edirlər.
5. Cavabdeh bu Sazişin 2.1-ci bəndində göstərilən öhdəliyini bu Sazişin 2.2-ci bəndində müəyyən edilmiş qaydaya uyğun icra etməzsə, yəni müəyyən edilmiş tarixə uyğun olaraq ay üzrə ödənişi həyata keçirməzsə və ya qismən həyata keçirərsə, İddiaçı ödənişin icra edilməsi üçün müəyyən edilmiş tarixin (2.2-bənddə müəyyən edilmiş tarixin) növbəti günü 3671 (üç min altı yüz yetmiş bir) manat ümumi borc məbləğinin Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir. Məhkəməyə təqdim olunmuş barışıq sazişindən görünür ki, tərəflər mübahisəni qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar qaydada həll edərək Mülki Məcəllənin 881-ci maddəsinin tələbləri qaydasında müvafiq saziş bağlamışlar. Həmin sazişlə tərəflər mübahisənin həlli qaydasını müəyyənləşdirərək bununla bağlı üzərilərinə müvafiq öhdəliklər götürmüşlər. Həmçinin iddiaçı və cavabdehlər ayrı-ayrılıqda məhkəməyə müraciət edərək bağladıqları barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətlə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə isə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkətləri qəbul etmir. Həmin Məcəllənin 261.0.5-ci maddəsində isə təsbit edilmişdir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflərin təqdim etdiyi barışıq sazişi Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinin tələblərinə uyğun verilmişdir, qanuna zidd deyildir və hər hansı başqa bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 170, 191, 261-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ :
İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə barışıq sazişi aşağıda qeyd edilən şərtlərlə təsdiq olunsun. Barışıq sazişinin şərtlərinə görə:
1. cavabdeh öhdəlik götürür ki, bu Sazişin 1.2-ci bəndində qeyd olunan güzəşt edilməklə müəyyənləşdirilmiş 2400 (iki min dörd yüz) manat borcunu 2023-cü ilin hər ayı üzrə 200 (iki yüz) manat olmaqla hissə-hissə iddiaçıya ödəyəcəkdir.
2. Cavabdeh öhdəlik götürür ki, 2023-cü ilin hər ayı üzrə ödənilməli olan 200 (iki yüz) manat borc məbləğini növbəti ayın birinci gününədək nağd və ya elektron ödəniş qaydasında iddiaçıya ödəyəcəkdir.
3. Cavabdeh bu Sazişin 2.1-ci bəndində göstərilən öhdəliyini bu Sazişin 2.2-ci bəndində müəyyən edilmiş qaydaya uyğun icra etməzsə, bu Sazişin 1.2-ci bəndində qeyd olunmuş güzəşt tətbiq edilmir və 3671 (üç min altı yüz yetmiş bir) manat ümumi borc məbləği cavabdeh tərəfindən iddiaçıya ödənilir.
4. X7 səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra, cavabdeh və iddiaçı Barışıq Sazişi əsasında iş üzrə icraata xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edirlər.
5. Cavabdeh bu Sazişin 2.1-ci bəndində göstərilən öhdəliyini bu Sazişin 2.2-ci bəndində müəyyən edilmiş qaydaya uyğun icra etməzsə, yəni müəyyən edilmiş tarixə uyğun olaraq ay üzrə ödənişi həyata keçirməzsə və ya qismən həyata keçirərsə, İddiaçı ödənişin icra edilməsi üçün müəyyən edilmiş tarixin (2.2bənddə müəyyən edilmiş tarixin) növbəti günü 3671 (üç min altı yüz yetmiş bir) manat ümumi borc məbləğinin Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir. Mülki iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verə bilərlər.
Hakim Elmir Hüseynov