Məhkəmə qərarları › İş №e-2(060)-977/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-977/2021

23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-977/2021 23.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Həsənova Həvva Seymur qızının katibliyi ilə, İddiaçı «X10 Azərbaycan» QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «X10 Azərbaycan» QSC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Cavabdeh vəfat etdiyinə görə Sumqayıt şəhər Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(060)-977/2021 nömrəli qərardadı ilə mülki iş üzrə icraat Cavabdeh hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. İddiaçı «X10 Azərbaycan» QSC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh hüquq varisləri müəyyən edildiyindən iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. İddiaçı «X10 Azərbaycan» QSC eyni zamanda cavabdehin dəyişdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh kimi ləğv edib qanun üzrə Sumqayıt Regional Asan Xidmət Mərkəzi tərəfindən vərəsələr kimi tanınmış X2, X3 və X1 mülki iş üzrə cavabdeh qismində cəlb edilmələrini xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(060)-977/2021 nömrəli qərardadı ilə iddiaçı «X10 Azərbaycan» QSC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə” dair iddia ərizəsi üzrə icraat təzələnmiş və işin məhkəmə baxışı 04 avqust 2021-ci il tarixə təyin olunmuşdur. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək həmin tarixə təyin edilmiş məhkəmə iclasını onun iştirakı olmadan keçirib, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehin dəyişdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh kimi ləğv edib qanun üzrə Sumqayıt Regional Asan Xidmət Mərkəzi tərəfindən vərəsələr kimi tanınmış X2, X3 və X1 mülki iş üzrə cavabdeh qismində cəlb edilmələrini xahiş etsədə, onların hər birinə qarşı yönələn tələbi göstərməmişdir. Bu səbəbdəndə X5, X6 və X4 mülki iş üzrə cavabdeh qismində cəlb edilsələrdə, yuxarıda göstərilən nöqsanların iddiaçı tərəfindən aradan qaldırılması məqsədi ilə məhkəmə iclası təxirə salınmışdır. Lakin iddiaçının nümayəndəsi yenə də ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasını onun iştirakı olmadan keçirib, iddia tələbinin tam təmin edilməsini xahiş etsədə, göstərilən nöqsanları aradan qaldırmayaraq, cavabdeh kimi işə cəlb edilmiş şəxslərin hər birinə qarşı yönələn tələbə dair məhkəməyə ərizə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia яризяsi бахылмамыш сахланылмалыдыр. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır; “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının: 1.1-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur; Qeyd edilənlərə əsasən iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə müvafiq olaraq, cavabdeh kimi işə cəlb edilmiş şəxslərin hər birinə qarşı yönələn tələbə dair məhkəməyə ərizə təqdim edilmədiyindən, məhkəmənin iş üzrə yekun nəticəyə gəlməsinə və məhkəmə aktı formasında qətnamə qəbul etməsinə mane olur. Ona görə də, məhkəmə hesab edir ki, sözü gedən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı «X10 Azərbaycan» QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar