Məhkəmə qərarları › İş №e-2(060)-994/2024

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(060)-994/2024

29.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-994/2024 29.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 207,24 manat abunə haqqı qismində vurulmuş zərərin, hüquqi yardım göstərilməsi və qrafik üzrə 50 (əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik məbləğində bank xidmət haqqının əvəzinin, cəmi 287,64 manatın tutulub iddiaçı "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının, Sumqayit şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 07 may 2005-ci il tarixli, TR 057 saylı və 07 may 2012-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xətləri çəkir. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx.xx.2015-ci il tarixədək 9 manat, xx.xx.2015-ci il tarixdən etibarən 10 manat təşkil edir. Lakin bir çox vətəndaşlar "xxxx" MMC ilə müqavilə bağlamadan və ya bağlanmış müqaviləyə xitam verdikdən sonra qanunsuz olaraq “SNTV”-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə "xxxx" MMC tərəfindən "xxxx" hüquq firması ilə xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il , xx.xx.2015-ci il və xx.xx.2018-ci il tarixdə hüquqi xidmətlərin göstərilməsi dair müqavilələr imzalanmışdır. Belə ki, iddia ərizəsinə əlavə edilən arayışdan görünür ki,Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilin sahibidir. Belə ki, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə "xxxx" hüquq firmasının və “SNTV” kabel televiziyasının əməkdaşları sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə müvafiq olaraq xx.xx.2022-ci il tarixli, 1823 N saylı və xx.xx.2023-cü il tarixli, 1860 N saylı aktlar tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. xx.xx.2014-cü il, xx.xx.2016-cı il,xx.xx.2017-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il il tarixlərdə "xxxx" hüquq firmasının və “SNTV” kabel televiziyasının əməkdaşları sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə xx.xx.2014-cü il tarixdə 0358 S saylı, xx.xx.2016-cı il tarixdə 1195 N saylı, xx.xx.2017-ci il tarixdə 1581 N saylı, xx.xx.2019-cu il tarixdə 1628 N saylı, xx.xx.2020-ci il tarixdə 1691 N saylı və xx.xx.2020-ci il il tarixdə 1690 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Bundan sonra sadalanan hallar ilə bağlı iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4274/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmçinin bildirir ki, yuxarıda qeyd edilən qətnamədən əlavə Sumqayıt şəhər Məhkəməsi tərəfindən digər qanunsuz qoşulma halları ilə bağlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsi xx.xx.2014-cü il tarixli, 2(060)-438/2014 saylı qətnamə ilə təmin edilmişdir. Həriki qətnamə tərəfimizdən iddia ərizəsinə əlavə edilir. Bundan sonra sözügedən ünvana xx.xx.2021-ci il tarixdə baxış keçirilmişdir. Mənzilə sonuncu dəfə baxış keçirildiyi xx.xx.2021-ci ildən qanunsuz qoşulma barədə tərtib olunan sonuncu yəni xx.xx.2023-cü il tarixli, 1860 N saylıaktın tərtib olunma tarixinədək olan müddət 628 gün təşkiledir. Bir günlük abunə haqqının 33 (otuz) qəpik olmasını nəzərə alaraq müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya abunə haqqı qismində vurduğu zərər 207,24 manat təşkiledir. Belə olan halda hesab edirəm ki, yuxarıda qeyd edilmiş qanunsuz qoşulma nəticəsində "xxxx"MMC-yə maddi ziyan vurulmuşdur. "xxxx" MMC ilə "xxxx" hüquq firmasıarasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nazarət baxışı zamanı binaların yoxlanması üçün 50 (əlli) manat ödəyir. Ödənilən dövlət rüsumu 30 (otuz) manat, bank xidməti haqqı isə 0,40 (qırx) qəpik təşkil edir. Beləliklə, Cavabdeh"xxxx" MMC-yə ödəməli olduğu məbləğ cəmi 287,64 manat (50+30,40+207,24 manat) təşkil edir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbin təmin olunmasını xahiş etdi. Həmçinin ərizə təqdim edərək mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan - ”SN Telecom” MMC-nin və "xxxx" hüquq firmasının əməkdaşlarının xx.xx.2014-cü il tarixdə tərtib olunmuş 0358 S saylı, xx.xx.2016-cı il tarixdə tərtib olunmuş 1195 N saylı, xx.xx.2017-ci il tarixdə tərtib olunmuş 1581 N saylı, xx.xx.2019-cu il tarixdə tərtib olunmuş 1628 N saylı, xx.xx.2020-ci il tarixdə tərtib olunmuş 1691 N saylı və xx.xx.2020-ci il il tarixdə tərtib olunmuş 1690 N saylı aktların surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin sahibinin “SNTV” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(0600-4274/2022 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək Cavabdeh "xxxx" MMC-nin xeyrinə 426,03 manat abunə haqqı qismində vurulmuş zərər, 50 manat hüquqi yardımın göstərilməsi və qrafik üzrə olmaqla, cəmi 476,03 (dörd yüz yetmiş altı manat üç qəpik) manat, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutulub iddiaçı "xxxx" MMC-yə verilməsi qət edilmişdir. - İş materiallarında olan elektron qaimə-fakturanın surətindən görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-nə 50 manat ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İşin məhkəmə iclasında tədqiq olunan hallarından, iddiaçının nümayəndəsinin məhkəmə iclasında vermiş olduğu izahatından müəyyən olunur ki, "xxxx" MMC-nin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən mənzilinin “SNTV” kabel şəbəkəsinə qanunsuz qoşulduğu aşkar edilmiş və bu barədə akt tərtib olunmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə vurulmuş zərərin əvəzi olaraq 207,24 manat tutulmalı, o cümlədən, iş üzrə məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsindən görünür ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əsasən, məhkəmədə hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı və nümayəndənin göstərdiyi hüquqi yardıma görə 50 manat ödənilmişdir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə 207,24 manat abunə haqqı qismində vurulmuş zərər, 50 manat hüquqi yardımın göstərilməsi və qrafik üzrə olmaqla, cəmi 257,24 manat, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 xidmət haqqının əvəzi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh "xxxx" MMC-nin xeyrinə 207,24 manat abunə haqqı qismində vurulmuş zərər, 50 manat hüquqi yardımın göstərilməsinin əvəzi, cəmi 257,24 (iki yüz əlli yeddi manat iyirmi dörd qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu ilə 0,40 (qırx qəpik) manat xidmət haqqı tutulub iddiaçı "xxxx" MMC-yə verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar