Məhkəmə qərarları › İş №e-2(061)-100/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-100/2025

07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-100/2025 07.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC adlnadırılacaq), Cavabdeh qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən "xxxx" ASC-in xeyrinə 7667 (yeddi min altı yüz altmış yeddi) manat 59 (əlli doqquz) qəpik əsas borc, 793 (yeddi yüz doxsan üç) manat 43 (qırx üç) qəpik faiz, 129 (yüz iyirmi doqquz) manat 26 (iyirmi altı) qəpik cərimə, ümumilikdə 8590 (səkkiz min beş yüz doxsan) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 106 (yüz altı) manat 38 (otuz səkkiz) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" KB ASC elektron qaydada məhkəməyə ünvanladığı ərizəsində Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddiasının təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" KB ASC ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC-in xx.xx.2021ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2024-cü il tarixdə 26 faiz ödəmək şərti ilə 8600 manat məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə (aksept) imzalamaqla "xxxx" KB ASC-in rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi oferta ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Ümumi oferta Müqaviləsinin 20.9-cu bəndinə əsasən müştəri kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün ısas borc məbləğinin illik 40 % miqdarında cərimə tətbiq edə bilər. Tərəflər arasında bağlanmış ümumi oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024-cü, tarixinə "xxxx" KB ASC-ə 7667,59 manat əsas borc, 793 (yeddi yüz doxsan üç) manat 43 (qırx üç) qəpik faiz, 129 (yüz iyirmi doqquz) manat 26 (iyirmi altı) qəpik cərimə, ümumilikdə 8590 (səkkiz min beş yüz doxsan) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh "xxxx" ASC-in xeyrinə 7667,59 manat əsas borc, 793 (yeddi yüz doxsan üç) manat 43 (qırx üç) qəpik faiz, 129 (yüz iyirmi doqquz) manat 26 (iyirmi altı) qəpik cərimə, ümumilikdə 8590 (səkkiz min beş yüz doxsan) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 106 (yüz altı) manat 38 (otuz səkkiz) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat vermiş Cavabdeh göstərmişdir ki, Unibank” KB ASC tərəfindən ona istehlak məqsədləri üçün xx.xx.2024-cü il tarixdə 26 faiz ödəmək şərti ilə 8600 manat məbləğində kredit verilmişdir. Maddi imkanı ilə əlaqədar olaraq götürdüyü krediti vaxtında ödəyə bilməmişdir. Odur ki, Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan "xxxx" ASC-in xeyrinə 7667,59 manat əsas borc, 793 (yeddi yüz doxsan üç) manat 43 (qırx üç) qəpik faiz, 129 (yüz iyirmi doqquz) manat 26 (iyirmi altı) qəpik cərimə, ümumilikdə 8590 (səkkiz min beş yüz doxsan) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 106 (yüz altı) manat 38 (otuz səkkiz) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Onun iştirakı olmadan işə baxılmasına etirazı olmadığını bildirmişdir. Hazırda iddianı qəbul etdiyini, iddianın cərimə borcuna aid olan hissəsində ona köməklik olunmasını, Banka olan borcunu gələcəkdə hissə-hissə ödəyəcəyini və iddia tələbi ilə bağlı qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli ərizə-anket və imza nümunəsindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə-anket imzalamaqla "xxxx" KB ASC-in rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi oferta ilə tanış olduğunu və bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Məhkəmədə elan olunmuş 10 oktyabr 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə 7667,59 manat əsas borc, 793 (yeddi yüz doxsan üç) manat 43 (qırx üç) qəpik faiz, 129 (yüz iyirmi doqquz) manat 26 (iyirmi altı) qəpik cərimə, ümumilikdə 8590 (səkkiz min beş yüz doxsan) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində kredit borcu vardır. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh Banka olan borcunu 3 gün müddətində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirlmişdir. Məhkəmə ərizədə göstərilənləri, cavabdehin izahatını və araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" KB ASC-in xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2024-cü il tarixdə 26 faiz ödəmək şərti ilə 8600 manat məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə (aksept) imzalamaqla "xxxx" KB ASC-in rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi oferta ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Ümumi oferta Müqaviləsinin 20.9-cu bəndinə əsasən müştəri kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün ısas borc məbləğinin illik 40 % miqdarında cərimə tətbiq edə bilər. Tərəflər arasında bağlanmış ümumi oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024-cü, tarixinə "xxxx" KB ASC-ə 7667,59 manat əsas borc, 793 (yeddi yüz doxsan üç) manat 43 (qırx üç) qəpik faiz, 129 (yüz iyirmi doqquz) manat 26 (iyirmi altı) qəpik cərimə, ümumilikdə 8590 (səkkiz min beş yüz doxsan) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması üçün heç bir tədbir görülməmişdir. Odur ki, iddiaçı sözügedən iddia ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında izahat vermiş Cavabdeh göstərmişdir ki, Unibank” KB ASC tərəfindən ona istehlak məqsədləri üçün xx.xx.2024-cü il tarixdə 26 faiz ödəmək şərti ilə 8600 manat məbləğində kredit verilmişdir. Maddi imkanı ilə əlaqədar olaraq götürdüyü krediti vaxtında ödəyə bilməmişdir. Banka olan borcunu gələcəkdə hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı vaxtında cavabdehə qarşı məhkəmədə iddia qaldırmadığından, faiz və cərimə borcunun artmasına şərait yaratdığından cavabdehin iddiaçıya faiz və cərimə borcu yaranmışdır. Cavabdeh öz növbəsində ödənişi kecikdirsə belə, kredit borcundan bir hissəsəni ödəmişdir. Bununla yanaşı cavabdehin maddi və əmlak vəziyyəti də nəzərə alınmalıdır ki, məhz kredit borcunun gecikdirilməsi həmin çətinliklərlə bağlı olmuşdur. Məhkəmə hesab edir ki, belə vəziyyətdə cavabdehlərin iddiaçıya borclu olduğu 129,26 manat dəbbə borcu, 119,26 manat azaldılaraq, (129,26 manat – 119,26 manat = 10 manat ) 10 manat təmin edilməsi daha məqsədə müvafiqdir. Belə olan halda sosial ədalət bərpa edilmiş olacaqdır. Beləliklə, cavabdehin iddiaçı tərəfə olan əsas borc üzrə 7667 (yeddi min altı yüz altmış yeddi) manat 59 (əlli doqquz) qəpik əsas borc, 793 (yeddi yüz doxsan üç) manat 43 (qırx üç) qəpik faiz, 10 (on) manat cərimə, ümumilikdə 8471 (səkkiz min dörd yüz yetmiş bir) manat 02 (iki) qəpik təşkil edir. Məhkəmə belə hesab edir ki, "xxxx" KB ASC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə allınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 106 (yüz altı) manat 38 (otuz səkkiz) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə araşdırması zamanı iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 7667 (yeddi min altı yüz altmış yeddi) manat 59 (əlli doqquz) qəpik əsas borc, 793 (yeddi yüz doxsan üç) manat 43 (qırx üç) qəpik faiz, 10 (on) manat cərimə, ümumilikdə 8471 (səkkiz min dörd yüz yetmiş bir) manat 02 (iki) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 106 (yüz altı) manat 38 (otuz səkkiz) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC-ə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 7667 (yeddi min altı yüz altmış yeddi) manat 59 (əlli doqquz) qəpik əsas borc, 793 (yeddi yüz doxsan üç) manat 43 (qırx üç) qəpik faiz, 10 (on) manat cərimə, ümumilikdə 8471 (səkkiz min dörd yüz yetmiş bir) manat 02 (iki) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 106 (yüz altı) manat 38 (otuz səkkiz) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC-ə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar