Məhkəmə qərarları › İş №e-2(061)-1009/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1009/2025

04.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1009/2025 04.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC adlandırılacaq) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh1 30 may 2024-cü il tarixli, 101804-828309/1 saylı kredit müqaviləsi üzrə 16664.10 manat məbləğində əsas borc kredit borcunun, 1350 (min üç yüz əlli) manat 52 (əlli iki) qəpik faiz borcunun, ümumilikdə 18014(on səkkiz min on dörd) manat 62 (altmış iki) qəpik məbləğində kredit borcunun, Cavabdeh1Əlipaşa oğlundan və Cavabdeh2 01 iyul 2024-cü il tarixli, 101804-828309/2 nömrəli kredit müqaviləsi üzrə 4122(dörd min yüz iyirmi iki) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində əsas borcu, 312(üç yüz on iki) manat (səkkiz) qəpik məbləğində faiz borcu olmaqla, cəmi 4434(dörd min dörd yüz otuz dörd) manat 86(səksən altı) qəpik kredit borcu olmaqla hər iki kredit müqaviləsi üzrə ümumulikdə 22449(iyirmi iki min dörd yüz qırx doqquz) manat48(qırx səkkiz) qəpik məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-in səlahiyyətli nümayəndəsi X2 iddianı müdafiə edərək göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 101804-828309/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 16,5 % dərəcəsi ilə 18000(on səkkiz min) manat nəqd pul şəklində kredit verilmişdir. Bundan başqa "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 01 iyul 2024-cü il tarixli,101804-828309/2 nömrəli istehlak kredit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 18,5 % dərəcəsi ilə 4440(dörd min dörd yüz qırx) manat məbləğində kredit verilmişdir. Eyni zamanda 01 iyul 2024-cü il tarixli, 101-804-828309/2 nömrəli istehlak kredit müqaviləsinin təminatı olaraq, bank və digər cavabdeh-Cavabdeh2 arasında 01 iyul 2024 –cü il tarixli, 101804-828309/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən ona dəfələrlə şifahi və rəsmi qaydada müraciət olunmasına baxmayaraq, o kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. xx.xx.2025-ci il tarixinə cavabdehin 30 may 2024-cü il tarixli,101804-828309/1 saylı kredit müqaviləsi üzrə 16664.10 manat məbləğində əsas borcu,1350.52 manat məbləğində faiz borcu olmaqla, cəmi 18014.62( on səkkiz min on dörd manat altmış iki qəpik) manat məbləğində kredit borcu yaranmışdır. 01 may 2025-ci il tarixinə cavabdehin 01 iyul 2024-cü il tarixli, 101804- 828309/2 nömrəli kredit müqaviləsi üzrə 4122(dörd min yüz iyirmi iki) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində əsas borcu, 312(üç yüz on iki) manat (səkkiz) qəpik məbləğində faiz borcu olmaqla, cəmi 4434(dörd min dörd yüz otuz dörd) manat 86(səksən altı) qəpik kredit borcu yaranmışdır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə Əsas borcu, faizləri ödəməyi, öhdəliyin icra olunmaması səbəbindən irəli gələn bütün xərcləri müqavilədə müəyyən olunmuş qaydada Banka ödənilməsini öhdəsinə götürür. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (borcalan tərəfindən 01 iyul 2024-cü il tarixli, 101804-828309/2 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görəfaizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməsi mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Belə ki, cavabdehlər kredit müqavilələri üzrə yaranmış öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Odur ki, məhkəmədə sözügedən iddianı qaldırmağa məcbur olmuşlar. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən onlar iştirakları olmadan işə baxılıb iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmədə olmasıı barədə məhkəmə bildirişləri, eləcə də teleqram göndərilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan SMS bilidirişdən görünür ki, X3 məhkəmə iclasının vaxtı və yeri bürədə məlumat verilmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxlmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 30 may 2024cü il tarixli, 101804-828309/1 saylı kredit müqaviləsi üzrə 16664.10 manat məbləğində əsas borc kredit borcunun, 1350 (min üç yüz əlli) manat 52 (əlli iki) qəpik faiz borcunun, ümumilikdə 18014(on səkkiz min on dörd) manat 62 (altmış iki) qəpik məbləğində kredit borcunun, Cavabdeh1 və Cavabdeh2 01 iyul 2024-cü il tarixli, 101804-828309/2 nömrəli kredit müqaviləsi üzrə 4122(dörd min yüz iyirmi iki) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində əsas borcu, 312(üç yüz on iki) manat (səkkiz) qəpik məbləğində faiz borcu olmaqla, cəmi 4434(dörd min dörd yüz otuz dörd) manat 86(səksən altı) qəpik kredit borcu olmaqla hər iki kredit müqaviləsi üzrə ümumulikdə 22449(iyirmi iki min dörd yüz qırx doqquz) manat 48(qırx səkkiz) qəpik məbləğində borc yaranmışdır. Məhkəmədə elan olunmuş maliyyə arayışının surətindən görünür ki, cavabdehlərin xx.xx.2025-ci il tarixinə cavabdehin 30 may 2024-cü il tarixli,101804-828309/1 saylı kredit müqaviləsi üzrə 16664.10 manat məbləğində əsas borcu,1350.52 manat məbləğində faiz borcu olmaqla, cəmi 18014.62( on səkkiz min on dörd manat altmış iki qəpik) manat məbləğində kredit borcu yaranmışdır. 01 may 2025-ci il tarixinə cavabdehin 01 iyul 2024-cü il tarixli, 101804-828309/2 nömrəli kredit müqaviləsi üzrə 4122(dörd min yüz iyirmi iki) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində əsas borcu, 312(üç yüz on iki) manat (səkkiz) qəpik məbləğində faiz borcu olmaqla, cəmi 4434(dörd min dörd yüz otuz dörd) manat 86(səksən altı) qəpik təşkil etmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2025-ci il tarixli pretenziyanın surətindən görünür ki, cavabdehlərə 7 gün müddətindən gec olmayaraq banka olan borcunu ödəməsi tələb edilmiş, əks halda ona qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinlədikdən sonra araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə Cavabdeh1 30 may 2024-cü il tarixli, 101804-828309/1 saylı kredit müqaviləsi üzrə 16664.10 manat məbləğində əsas borc kredit borcunun, 1350 (min üç yüz əlli) manat 52 (əlli iki) qəpik faiz borcunun, ümumilikdə 18014(on səkkiz min on dörd) manat 62 (altmış iki) qəpik məbləğində kredit borcunun, Cavabdeh1Əlipaşa oğlundan və Cavabdeh2 01 iyul 2024-cü il tarixli, 101804-828309/2 nömrəli kredit müqaviləsi üzrə 4122(dörd min yüz iyirmi iki) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində əsas borcu, 312(üç yüz on iki) manat (səkkiz) qəpik məbləğində faiz borcu olmaqla, cəmi 4434(dörd min dörd yüz otuz dörd) manat 86(səksən altı) qəpik kredit borcu olmaqla hər iki kredit müqaviləsi üzrə ümumulikdə 22449(iyirmi iki min dörd yüz qırx doqquz) manat48(qırx səkkiz) qəpik məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən ona dəfələrlə şifahi və rəsmi qaydada müraciət olunmasına baxmayaraq, o kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Bu səbəbdən iddiaçı məhkəmədə sözügedən iddianı qaldırmışdır. İddiaçının vəkalətli nümayəndəsi iddialarının təmin edilməsini xahiş etmişdir. Beləliklə, cavabdehlərin iddiaçı tərəfə olan əsas borcu Cavabdeh1 30 may 2024-cü il tarixli, 101804- 828309/1 saylı kredit müqaviləsi üzrə 16664.10 manat məbləğində əsas borc kredit borcunun, 1350 (min üç yüz əlli) manat 52 (əlli iki) qəpik faiz borcunun, ümumilikdə 18014(on səkkiz min on dörd) manat 62 (altmış iki) qəpik məbləğində kredit borcunun, Cavabdeh1Əlipaşa oğlundan və Cavabdeh2 01 iyul 2024-cü il tarixli, 101804-828309/2 nömrəli kredit müqaviləsi üzrə 4122(dörd min yüz iyirmi iki) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində əsas borcu, 312(üç yüz on iki) manat (səkkiz) qəpik məbləğində faiz borcu olmaqla, cəmi 4434(dörd min dörd yüz otuz dörd) manat 86(səksən altı) qəpik kredit borcu olmaqla hər iki kredit müqaviləsi üzrə ümumulikdə 22449(iyirmi iki min dörd yüz qırx doqquz) manat48(qırx səkkiz) qəpik məbləğində təşkil edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, "xxxx" ASC haqlı olaraq cavabdehlərə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə,müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə,onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 157 (yüz əlli yeddi) manat 30 (otuz beş) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçının vəkalətli nümayəndəsinin izahatından və iş materiallarından müəyyən edildi ki, iddia təmin edilməli, Cavabdeh1 30 may 2024-cü il tarixli, 101804-828309/1 saylı kredit müqaviləsi üzrə 16664.10 manat məbləğində əsas borc kredit borcu, 1350 (min üç yüz əlli) manat 52 (əlli iki) qəpik faiz borcu, ümumilikdə 18014(on səkkiz min on dörd) manat 62 (altmış iki) qəpik məbləğində kredit borcu, Cavabdeh1 və Cavabdeh2 01 iyul 2024-cü il tarixli, 101804-828309/2 nömrəli kredit müqaviləsi üzrə 4122(dörd min yüz iyirmi iki) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində əsas borc, 312(üç yüz on iki) manat 08 (səkkiz) qəpik məbləğində faiz borcu olmaqla, cəmi 4434(dörd min dörd yüz otuz dörd) manat 86(səksən altı) qəpik kredit borcu olmaqla hər iki kredit müqaviləsi üzrə ümumulikdə 22449(iyirmi iki min dörd yüz qırx doqquz) manat 48(qırx səkkiz) qəpik məbləğində kredit borcu və ödənilmiş 157(yüz əlli yeddi) manat 35(otuz beş) qəpik məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-in xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 30 may 2024-cü il tarixli, 101804-828309/1 saylı kredit müqaviləsi üzrə 16664.10 manat məbləğində əsas kredit borcu, 1350 (min üç yüz əlli) manat 52 (əlli iki) qəpik faiz borcu, ümumilikdə 18014 (on səkkiz min on dörd) manat 62 (altmış iki) qəpik məbləğində kredit borcu, Cavabdeh1 və Cavabdeh2 01 iyul 2024-cü il tarixli, 101804-828309/2 nömrəli kredit müqaviləsi üzrə 4122(dörd min yüz iyirmi iki) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində əsas borc, 312 (üç yüz on iki) manat 08 (səkkiz) qəpik məbləğində faiz borcu olmaqla, cəmi 4434(dörd min dörd yüz otuz dörd) manat 86 (səksən altı) qəpik kredit borcu olmaqla hər iki kredit müqaviləsi üzrə ümumulikdə 22449 (iyirmi iki min dörd yüz qırx doqquz) manat 48(qırx səkkiz) qəpik məbləğində borcu və ödənilmiş 157( yüz əlli yeddi) manat 35 (otuz beş) qəpik məbləğində və dövlət rüsumunun tutularaq İddiaçı ASC-in xeyrinə ödənilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar