Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1068/2025 28.07.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Maya Vahid qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hacıyev Ramin Firidun oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Xaliq oğluna qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı 22 noyabr 2024-cü il tarixli, RGTK1382509C299 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 11.235 (on bir min iki yüz otuz beş) manat 43 (qırx üç) qəpik, 12 may 2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 933 (doqquz yüz otuz üç) manat 79 (yetmiş doqquz) qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 126 (bir yüz iyirmi altı) manat 51 (əlli bir) qəpik, cəmi 12.295 (on iki min iki yüz doxsan beş ) manat 73 (yetmiş üç) qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22 noyabr 2024-cü il tarixli, RGTK1382509C299 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 37 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 11235 manat 43 qəpik məbləğində kredit verilmişdir. İddiaçı bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 11.235 (on bir min iki yüz otuz beş) manat 43 (qırx üç) qəpik, 12 may 2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 933 (doqquz yüz otuz üç) manat 79 (yetmiş doqquz) qəpik məbləğində borcu yaranmışdır. İddiaçı ASC tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq, borcun qaytarılması təmin olunmamışdır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsi, 22 noyabr 2024-cü il tarixli, RGTK1382509C299 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 11.235 (on bir min iki yüz otuz beş) manat 43 (qırx üç) qəpik, 12 may 2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 933 (doqquz yüz otuz üç) manat 79 (yetmiş doqquz) qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 126 (bir yüz iyirmi altı) manat 51 (əlli bir) qəpik, cəmi 12.295 (on iki min iki yüz doxsan beş ) manat 73 (yetmiş üç) qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirdi ki, Kapital Bank ASC ilə bağlanmış 22 noyabr 2024-cü il tarixli, RGTK1382509C299 saylı müqaviləyə əsasən ona 37 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 11235 manat 43 qəpik kredit verilmişdir. Lakin o maddi vəziyyətinin aşağı olması ilə əlaqədar banka olan borcunu ödəyə bilməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22 noyabr 2024-cü il tarixli, RGTK1382509C299 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh, kreditdən istifadəyə görə 37 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 11235 manat 43 qəpik məbləğində kredit vermişdir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 22 noyabr 2024-cü il tarixli, RGTK1382509C299 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-yə borcu ödənilməmiş əsas borcun əvəzi qismində 11.235 manat 43 qəpik, 12 may 2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 933 manat 79 qəpik, cəmi 12.169 manat 22 qəpik məbləğində pul vəsaiti təşkil edir. İşdə olan xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, borcun könüllü ödənməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdehnın İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin iddiaçıya ödənilməmiş əsas borc qismində 11.235 (on bir min iki yüz otuz beş) manat 43 (qırx üç) qəpik, 12 may 2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 933 (doqquz yüz otuz üç) manat 79 (yetmiş doqquz) qəpik pul vəsaiti məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 22 noyabr 2024-cü il tarixli, RGTK1382509C299 kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə, kreditor isə müqavilə ilə nəzərdə tutulmuş hüququndan istifadə edərək, kredit vəsaitinin vaxtından əvvəl qaytarılmasını tələb etdiyinə görə 22 noyabr 2024-cü il tarixli, RGTK1382509C299 kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 11.235 (on bir min iki yüz otuz beş) manat 43 (qırx üç) qəpik, 12 may 2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 933 (doqquz yüz otuz üç) manat 79 (yetmiş doqquz) qəpik pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 126 manat 51 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh Xaliq oğlundan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 22 noyabr 2024-cü il tarixli, RGTK1382509C299 nömrəli kredit üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 11.235 (on bir min iki yüz otuz beş) manat 43 (qırx üç) qəpik, 12 may 2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 933 (doqquz yüz otuz üç) manat 79 (yetmiş doqquz) qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 126 (bir yüz iyirmi altı) manat 51 (əlli bir) qəpik, cəmi 12.295 (on iki min iki yüz doxsan beş ) manat 73 (yetmiş üç) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Maya Məmmədova
Məhkəmə qərarları › İş №e-2(061)-1068/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1068/2025
28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver