Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1073/2025 11.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hasıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı QSC adlandırılacaq), Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı borcun tutulması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh "xxxx" QSC -in xeyrinə xx.xx.2023-cü il tarixli 025A********** saylı kredit razılaşması üzrə 6485 (altı min dörd yüz səksən beş) manat 71 (yetmiş bir) qəpik məbləğində kredit borcu, 683 (altı yüz səksən üç) manat 48 (qırx səkkiz) qəpik faiz borcu və 129 (yüz iyirmi doqquz) manat 84 (səksən dörd) qəpik məbləğində cərimə olmaqla ümumilikdə 7299 (yeddi min iki yüz doxsan doqquz) manat 03 (üç) qəpik məbləğində pul vəsaiti, xx.xx.2023-cü il tarixli 025KK**********01 saylı kredit razılaşması üzrə 17 (on yeddi) manat 19 (on doqquz) qəpik məbləğində kredit borcu, 24 (iyirmi dörd) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində faiz borcu olmaqla , cəmi 41 (qırx bir) manat 47 (qırx yeddi) qəpik, ümumilikdə 7340 (yeddi min üç yüz qırx) manat 50 (əlli) qəpik məbləğində borcun və ödənilmiş 93 (doxsan üç) manat 41 (qırx bir) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" QSC elektron qaydada məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, mülki iş üzrə xx.xx.2025-ci il tarixinə saat 09:30-a təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklər. İddia tələbini müdafiə edirlər. İş üzrə zəruri sübutlar iddia ərizəsinə əlavə olunmuşdur. Məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilməsini və iddiaının təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" QSC iddia ərizəsinİ onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 025A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2% olmaqla 35 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9500(doqquz min beş yüz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O götürdüyü kredit borcundan 3014(üç min on dörd) manat 29(iyirmi doqquz) qəpik ödəniş etmiş və onun iddiaçıya 6485 (altı min dörd yüz səksən dörd) manat 71 (yetmiş bir) qəpik məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həminkredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 143 gün üçün hesablanmış faiz borcu 6839(altı yüz səksən üç) manat 48(qırx səkkiz) qəpik təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 143 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 129(yüz iyirmi doqquz) manat 84 (səksən dörd) qəpik təşkil edir. Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli 025KK**********01 saylı kart kredit müqaviləsi əsasında cavabdehə “Visa OK Credit Cards” növlü kart hesabı və 36 (otuz altı) ay müddətinə 300(üç yüz) manat məbləğində kredit limiti açılmışdır. Cavabdehə yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Cavabdeh əsas borc üzrə 17(on yeddi) manat 19(on doqquz) qəpik məbləğində kredit borcu qalmışdır. xx.xx.2025-ci il tarixə 115 gün üçün hesablanmış faiz borcu 24(iyirmi dörd) manat 28(iyirmi səkkiz) qəpik təşkil edir. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh qarşı borcun tutulması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh "xxxx" QSC -in xeyrinə xx.xx.2023-cü il tarixli 025A********** saylı kredit razılaşması üzrə 6485 (altı min dörd yüz səksən beş) manat 71 (yetmiş bir) qəpik məbləğində kredit borcu, 683 (altı yüz səksən üç) manat 48 (qırx səkkiz) qəpik faiz borcu və 129(yüz iyirmi doqquz) manat 84 (səksən dörd) qəpik məbləğində cərimə olmaqla ümumilikdə 7299 (yeddi min iki yüz doxsan doqquz) manat 03 (üç) qəpik məbləğində pul vəsaiti, xx.xx.2023-cü il tarixli 025KK**********01 saylı kredit razılaşması üzrə 17(on yeddi) manat 19(on doqquz) qəpik məbləğində kredit borcu, 24 (iyirmi dörd) manat məbləğində faiz borcu olmaqla , cəmi 41(qırx bir) manat 47(qırx yeddi) qəpik olmaqla ümumilikdə 7340(yeddi min üç yüz qırx) manat 50(əlli) qəpik məbləğində borcun və ödənilmiş 93 (doxsan üç) manat 41 (qırx bir) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınması barədə məhkəməyə müraciət etməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan iddia tələbinə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianı qəbul etdiyini, maddi imkanı olmadığından borcunu ödəyə bilmədiyini, gələcəkdə hissə-hissə ödəyəcəyini, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verildiyini, məhkəmə iclasında iştirak edə bilməsə işə baxılıb qətnamə çıxarılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli ərizənin (müştəri kodu 7009158) surətindən görünür ki, "xxxx" QSC ilə Cavabdeh aylıq faiz dərəcəsi 24% faiz olmaqla 35 ay müddətinə, 10000 manat məbləğində kredit götürmüşdür. Məhkəmədə elan olunmuş maliyyə arayışının surətindən görünür ki, Cavabdeh "xxxx" QSC-ə olan borcu xx.xx.2023-cü il tarixli 025A********** saylı kredit razılaşması üzrə 6485 (altı min dörd yüz səksən beş) manat 71 (yetmiş bir) qəpik məbləğində kredit borcu, 683 (altı yüz səksən üç) manat 48 (qırx səkkiz) qəpik faiz borcu və 129 (yüz iyirmi doqquz) manat 84 (səksən dörd) qəpik məbləğində cərimə olmaqla ümumilikdə 7299 (yeddi min iki yüz doxsan doqquz) manat 03 (üç) qəpik məbləğində pul vəsaiti, xx.xx.2023-cü il tarixli 025KK**********01 saylı kredit razılaşması üzrə 17 (on yeddi) manat 19 (on doqquz) qəpik məbləğində kredit borcu, 24 (iyirmi dörd) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində faiz borcu olmaqla, cəmi 41 (qırx bir) manat 47 (qırx yeddi) qəpik, ümumilikdə 7340 (yeddi min üç yüz qırx) manat 50 (əlli) qəpik təşkil edir. Məhkəmədə elan olunmuş xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətlərindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarması, kredit müqaviləsinin ləğv edilməsi təklif olunmuş, əks təqdirdə kredit müqaviləsi vaxtından əvvəl ləğv ediləciyi, onun banka olan borclu olduğu 7299 (yeddi min iki yüz doxsan doqquz) manat 03 (üç) qəpik məbləğində, həmçinin xx.xx.2025-ci il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi, bu halda təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəməli olacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə iddia ərizəsində göstərilənləri, iş materiallarını və araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh "xxxx" QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 025A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2% olmaqla 35 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9500(doqquz min beş yüz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O götürdüyü kredit borcundan 3014(üç min on dörd) manat 29(iyirmi doqquz) qəpik ödəniş etmiş və onun iddiaçıya 6485 (altı min dörd yüz səksən dörd) manat 71 (yetmiş bir) qəpik məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həminkredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 143 gün üçün hesablanmış faiz borcu 6839(altı yüz səksən üç) manat 48(qırx səkkiz) qəpik təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 143 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 129(yüz iyirmi doqquz) manat 84 (səksən dörd) qəpik təşkil edir. Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli 025KK**********01 saylı kart kredit müqaviləsi əsasında cavabdehə “Visa OK Credit Cards” növlü kart hesabı və 36 (otuz altı) ay müddətinə 300(üç yüz) manat məbləğində kredit limiti açılmışdır. Cavabdehə yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Cavabdeh əsas borc üzrə 17(on yeddi) manat 19(on doqquz) qəpik məbləğində kredit borcu qalmışdır. xx.xx.2025-ci il tarixə 115 gün üçün hesablanmış faiz borcu 24(iyirmi dörd) manat 28(iyirmi səkkiz) qəpik təşkil edir. Odur ki, iddiaçı sözügedən iddia ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Beləliklə, cavabdehin iddiaçı tərəfə xx.xx.2023-cü il tarixli 025A********** saylı kredit razılaşması üzrə 6485 (altı min dörd yüz səksən beş) manat 71 (yetmiş bir) qəpik məbləğində kredit borcu, 683 (altı yüz səksən üç) manat 48 (qırx səkkiz) qəpik faiz borcu və 129(yüz iyirmi doqquz) manat 84 (səksən dörd) qəpik məbləğində cərimə olmaqla ümumilikdə 7299 (yeddi min iki yüz doxsan doqquz) manat 03 (üç) qəpik məbləğində pul vəsaiti, xx.xx.2023-cü il tarixli 025KK**********01 saylı kredit razılaşması üzrə 17(on yeddi) manat 19(on doqquz) qəpik məbləğində kredit borcu, 24 (iyirmi dörd) manat məbləğində faiz borcu olmaqla , cəmi 41(qırx bir) manat 47(qırx yeddi) qəpik olmaqla ümumilikdə 7340(yeddi min üç yüz qırx) manat 50(əlli) qəpik təşkil edir. Məhkəmə belə hesab edir ki, "xxxx" QSC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və boclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 98 (doxsan səkkiz) manat 79 (yetmiş doqquz) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə araşdırması zamanı iddia ərizəsini və iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli 025A********** saylı kredit razılaşması üzrə 6485 (altı min dörd yüz səksən beş) manat 71 (yetmiş bir) qəpik məbləğində kredit borcu, 683 (altı yüz səksən üç) manat 48 (qırx səkkiz) qəpik faiz borcu və 129 (yüz iyirmi doqquz) manat 84 (səksən dörd) qəpik məbləğində cərimə olmaqla ümumilikdə 7299 (yeddi min iki yüz doxsan doqquz) manat 03 (üç) qəpik məbləğində pul vəsaiti, xx.xx.2023-cü il tarixli 025KK**********01 saylı kredit razılaşması üzrə 17(on yeddi) manat 19(on doqquz) qəpik məbləğində kredit borcu, 24 (iyirmi dörd) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində faiz borcu olmaqla, cəmi 41(qırx bir) manat 47(qırx yeddi) qəpik olmaqla ümumilikdə 7340 (yeddi min üç yüz qırx) manat 50 (əlli) qəpik məbləğində borc və ödənilmiş 93 (doxsan üç) manat 41 (qırx bir) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 025A********** saylı kredit razılaşması üzrə 6485 (altı min dörd yüz səksən beş) manat 71 (yetmiş bir) qəpik məbləğində kredit borcu, 683 (altı yüz səksən üç) manat 48 (qırx səkkiz) qəpik faiz borcu və 129(yüz iyirmi doqquz) manat 84 (səksən dörd) qəpik məbləğində cərimə olmaqla ümumilikdə 7299 (yeddi min iki yüz doxsan doqquz) manat 03 (üç) qəpik məbləğində pul vəsaiti, xx.xx.2023-cü il tarixli 025KK**********01 saylı kredit razılaşması üzrə 17(on yeddi) manat 19(on doqquz) qəpik məbləğində kredit borcu, 24 (iyirmi dörd) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində faiz borcu olmaqla , cəmi 41(qırx bir) manat 47(qırx yeddi) qəpik olmaqla ümumilikdə 7340(yeddi min üç yüz qırx) manat 50(əlli) qəpik məbləğində borc və ödənilmiş 93 (doxsan üç) manat 41 (qırx bir) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-1073/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1073/2025
11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver