Məhkəmə qərarları › İş №e-2(061)-109/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-109/2025

07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-109/2025 07.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı ASC-in, Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən xx.xx.2021-ci il tarixli, 800804-246684/2 nömrəli kredit müqaviləsi üzrə ”Exspressbank” ASC-in xeyrinə 11441 (on bir min dörd yüz qırx bir) manat 22 (iyirmi iki) qəpik əsas, 1526 (min beş yüz iyirmi altı) manat 25 (iyirmi beş) qəpik faiz, cəmi 12967 (on iki min doqquz yüz altmış yeddi) manat 47 (qırx yeddi) qəpik məbləğində borcun və ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat 90 (doxsan) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC məhkəməyə elektron qaydada ünvanladığı ərizəsində göstərmişdir ki, icraatda olan İddiaçı Açıq Səhmdar Cəmiyyətin (bundan sonra "xxxx" ASC adlandırılacaq), Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair işin baxılması 07 fevral 2025-ci il tarixə, saat 10:00-a təyin edilmişdir. İddianı müdafiə etdiklərini və iş üzrə təyin olunmuş məhkəmə baxışı iclasında nümayəndənin iştirakı olmadan işə baxıb təqdim olunmuş sənədlər əsasında Bankın xeyrinə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı ASC-in ərizəsini nəzərə alaraq iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 02 sentyabr 2021-ci il tarixli, 800804-246684/2 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 23,5% dərəcəsi ilə 19300 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. xx.xx.2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 11441 (on bir min dörd yüz qırx bir) manat 22 (iyirmi iki) qəpik əsas, 1526 (min beş yüz iyirmi altı) manat 25 (iyirmi beş) qəpik faiz, cəmi 12967 (on iki min doqquz yüz altmış yeddi) manat 47 (qırx yeddi) qəpik məbləğində kredit borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniz müddətlərində, habelə kredit öəhdəlikləri vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli, 800804-246684/2 nömrəli kredit müqaviləsi üzrə ”Expressbank” ASC-in xeyrinə 11441 (on bir min dörd yüz qırx bir) manat 22 (iyirmi iki) qəpik əsas, 1526 (min beş yüz iyirmi altı) manat 25 (iyirmi beş) qəpik faiz, cəmi 12967 (on iki min doqquz yüz altmış yeddi) manat 47 (qırx yeddi) qəpik məbləğində borcun və ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat 90 (doxsan) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Mülki işin materiallarına əlavə edilmiş SMS bildirişdən görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2021-ci il tarixli 900804-909805/2 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən ona illik 60 ay müddətinə, illik 23,5% dərəcəsi ilə 19300 manat məbləğində kredit verilmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh Bank ilə bağlanmış xx.xx.2021-ci il tarixli 800804-246684/2 nömrəli kredit müqaviləsinə əsasən 23,5 faiz dərəcəsi ilə, 60 ay müddətinə 19300 manat məbləğində kredit götürmüşdür. Belə ki, xx.xx.2024-cü il tarixə borcalanın kredit müqaviləsi üzrə 11441 (on bir min dörd yüz qırx bir) manat 22 (iyirmi iki) qəpik əsas, 1526 (min beş yüz iyirmi altı) manat 25 (iyirmi beş) qəpik faiz, cəmi 12967 (on iki min doqquz yüz altmış yeddi) manat 47 (qırx yeddi) qəpik borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 120 gün təşkil etmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlığın surətindən görünür ki, İddiaçı ASC ilə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli 800804-246684/2nömrəli kredit müqaviləsinə əsasən ona 19300 manat məbləğində kredit verilmişdir. Borcu ödəməyərək imzası ilə təsdiq etdiyi müqavilənin şərtini pozduğu bildirilmişdir. Borclu olduğu məbləği xəbərdarlığı aldığı günün növbəti iş günündən başlayaraq 7 gün müddətindən gec olmayaraq banka ödəməsi tələb olunmuşdur. Bununla əlaqədar onu xəbərdar etmişlər ki, 12861,07 manat borcu xx.xx.2024-cü il tarixinədək ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında qanunvericiliyə uyğun daha ciddi tədbirlər görüləcəyi göstərilmişdir. Məhkəmə iddiaçının vəkalətli nümayəndəsinin ərizəsini, araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 02 sentyabr 2021-ci il tarixli, 800804-246684/2 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 23,5% dərəcəsi ilə 19300 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. xx.xx.2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 11441 (on bir min dörd yüz qırx bir) manat 22 (iyirmi iki) qəpik əsas, 1526 (min beş yüz iyirmi altı) manat 25 (iyirmi beş) qəpik faiz, cəmi 12967 (on iki min doqquz yüz altmış yeddi) manat 47 (qırx yeddi) qəpik məbləğində kredit borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniz müddətlərində, habelə kredit öəhdəlikləri vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Beləliklə cavabdehin iddia ərizəsində göstərilən məbləğdə borcu yaranmışdır. Cavabdehə dəfələrlə Cəmiyyətə olan borcunu könüllü ödəməsi barədə xəbərdarlıqlar edilmiş, lakin buna baxmayaraq o, heç bir ödəmə aparmamışdır. Odur ki iddiaçı sözügedən iddia ilə məhkəməyə müraciət etmişdir. Beləliklə cavabdehin hazırda banka olan borcu 11441 (on bir min dörd yüz qırx bir) manat 22 (iyirmi iki) qəpik əsas, 1526 (min beş yüz iyirmi altı) manat 25 (iyirmi beş) qəpik faiz, cəmi 12967 (on iki min doqquz yüz altmış yeddi) manat 47 (qırx yeddi) qəpik təşkil edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, "xxxx" ASC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 128 (yüz iyirmi səkkiz) manat 90 (doxsan) qəpik dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçının vəkalətli nümayəndəsinin ərizəsini və iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir, Cavabdeh ”Expressbank” ASC-in xeyrinə 11441 (on bir min dörd yüz qırx bir) manat 22 (iyirmi iki) qəpik əsas, 1526 (min beş yüz iyirmi altı) manat 25 (iyirmi beş) qəpik faiz, cəmi 12967 (on iki min doqquz yüz altmış yeddi) manat 47 (qırx yeddi) qəpik ödənilmiş dövlət rüsumu alınıb İddiaçı ASC-in xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ”Expressbank” ASC-in xeyrinə 11441 (on bir min dörd yüz qırx bir) manat 22 (iyirmi iki) qəpik əsas, 1526 (min beş yüz iyirmi altı) manat 25 (iyirmi beş) qəpik faiz, cəmi 12967 (on iki min doqquz yüz altmış yeddi) manat 47 (qırx yeddi) qəpik ödənilmiş dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC-in xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar