Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1111/2025 25.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC adlandırılacaq) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh Azərbaycan Reynəlxalq Bankı” ASC-in xeyrinə CL-EE003207419 nömrəli 09 aprel 2024-cü il tarixli istehlak krediti müqaviləsinə əsasən əsas borca görə 18156.34 AZN, faiz borcuna görə 1909.25 AZN olmaqla, cəmi 20065.59 AZN borcun, iddia ərizəsi üçün ödənilmiş 150.2 AZN dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış CL-EE003207419 nömrəli xx.xx.2024-cü il tarixli istehlak kredit müqaviləsinə əsasən Cavabdeh onlayn qaydada illik 16,9 faizlə 48 ay müddətinə 20000(iyirmi min) AZN kredit verilmişdir. Tərəflər arasında bağlanılmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. Yuxarəda adı çəkilən CL-EE003207419 nömrəli xx.xx.2024-cü il tarixli istehlak kredit müqaviəsinə əsasən xx.xx.2025-ci il tarixinə cavabdehin əsas borca görə 18156.34 AZN, faiz borcuna görə 1909.25 AZN olmaqla, cəmi 20065.59 AZN borcu mövcuddur. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 150.2 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə Cavabdeh xx.xx.2025-ci il tarixində 6-2-22/2-13558/2025 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətindəhər hansı tədbir görülməmişdir. Odur ki, Cavabdeh Azərbaycan Reynəlxalq Bankı” ASC-in xeyrinə CL-EE003207419 nömrəli 09 aprel 2024-cü il tarixli istehlak krediti müqaviləsinə əsasən əsas borca görə 18156.34 AZN, faiz borcuna görə 1909.25 AZN olmaqla, cəmi 20065.59 AZN borcun, iddia ərizəsi üçün ödənilmiş 150.2 AZN dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin icraatına daxil olmuş idiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 ərizəsindən aydın olur ki, iddiaçı kimi onların Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair 2(061)-1111/2025 saylı mülki iş üzrə baxış iclasının iştirakları olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan iddia tələbinə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, həqiqətən də iddiaçı ilə onun arasında bağlanılmış CL-EE003207419 nömrəli xx.xx.2024-cü il tarixli istehlak kredit müqaviləsinə əsasən ona onlayn qaydada illik 16,9 faizlə 48 ay müddətinə 20000(iyirmi min) AZN kredit verilmişdir. Kredit borcunun vaxtında və tam şəkildə ödəyə bilməməsinin əsas səbəbi maddi imkanının olmaması olmuşdur. Hazırda məhkəməyə rəsmi ərizə təqdim edərək bildirir ki, iddianı qəbul edir, imkanı olmadığına görə borcunu ödəyə bilməmişdir. Gələcəkdə borcunu ödəyəcəyinə söz verir. İş üzrə qətnamə çıxarılmasına etirazı yoxdur. Məhkəmə iclasında tədqiq olunan Cavabdeh ərizəsindən görünür ki, iddianı qəbul edir, imkanı olmadığına görə borcunu ödəyə bilməmişdir. Gələcəkdə borcunu ödəyəcəyinə söz verir. İş üzrə qətnamə çıxarılmasına etirazı yoxdur. Məhkəmə iddia ərizəsini, cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" ASC ilə borclu Cavabdeh arasında bağladığı CL- EE003207419 nömrəli xx.xx.2024-cü il tarixli istehlak kredit müqaviləsinə əsasən Cavabdeh onlayn qaydada illik 16,9 faizlə 48 ay müddətinə 20000(iyirmi min) AZN kredit verilmişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında razılaşdırılmaqla təsdiq edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024–xx.xx.2028–ci illər ərzində kredit məbləğini əsas borc və faizləri ilə birlikdə banka ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, banka olan borcu cavabdehlərə xatırladılaraq onlardan borclu olduqları məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, CL-EE003207419 nömrəli xx.xx.2024-cü il tarixli istehlak kredit müqaviəsinə əsasən xx.xx.2025-ci il tarixinə cavabdehin əsas borca görə 18156.34 AZN, faiz borcuna görə 1909.25 AZN olmaqla, cəmi 20065.59 AZN borcu mövcuddur. İşdə olan kredit borcunun ödənilməsi barədə xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh əsas kredit borcu və bu borca müvafiq olaraq hesablanmış faiz borcunun mövcud olduğu, kredit müqavilələri üzrə yaranmış öhdəliyi tam şəkildə yerinə yetirmələri xahiş olunmuşdur. Öhdəlik yerinə yetirliməyəcəyi təqdirdə 5 gün müddətində məhkəməyə müraciət ediləcəyi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər hüquqi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən irasın açıldığı vaxt miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən mirasa mülkiyyətin əmələ gəlməsi Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respubikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Ona görə də məhkəmə hesab edir ki, əsas kredit borcu və onun faizləri tam şəkildə mərhum Şahməddin Hümbətovun vərəsələri olan cavabdehlərdən alınıb iddiaçı banka verilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymək verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh CL-EE003207419 nömrəli 09 aprel 2024-cü il tarixli istehlak krediti müqaviləsinə əsasən əsas borca görə 18156.34 AZN, faiz borcuna görə 1909.25 AZN olmaqla, cəmi 20065.59 AZN borc, iddia ərizəsi üçün ödənilmiş 150.2 AZN dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqı tutularaq "xxxx" ASC-in hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh CL-EE003207419 nömrəli 09 aprel 2024-cü il tarixli istehlak krediti müqaviləsinə əsasən əsas borca görə 18156.34 AZN, faiz borcuna görə 1909.25 AZN olmaqla, cəmi 20065.59 AZN borc, iddia ərizəsi üçün ödənilmiş 150.2 AZN dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqı tutularaq "xxxx" ASC-in hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-1111/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1111/2025
25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver