Məhkəmə qərarları › İş №e-2(061)-1136/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №e-2(061)-1136/2025

04.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № e-2(061)-1136/2025 04.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Cavabdeh Hüsaməddin oğlunun vəkalətli nümayəndəsi X2 iştirakı ilə İddiaçı, Cavabdeh Hüsaməddin oğluna qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Hüsaməddin oğluna qarşı 3000 (üç min) manat əsas borcun və 50 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq borclu Cavabdeh Hüsaməddin oğlunun ona olan 3000 (üç min) manat borcunu və dövlət rüsumunu da ona tam ödədiyindən işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Hüsaməddin oğlunun vəkalətli nümayəndəsi X4 məhkəmə iclasında oğlu Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olduğunu, lakin məhkəmə iclasına gələ bilmədiyini, ona etibarnamə verərək məhkəmə iclasılarında onu təmsil etməyi həvalə etmişdir. Cavabdeh Hüsaməddin oğlunun vəkalətli nümayəndəsi X4 İddiaçı olan 3000(üç min) manat borcu tam ödədiklərini, borcun ödənilməsi təmin edildiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli AR-İİİ № 656908 saylı etibarnamənin surətindən görünür ki, Məmmədov X1 Radə Əli qızına etibarnamə verərək məhkəmə iclaslarında onu təmsil etməyi həvalə etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı məhkəməyə № AZ0400/********** saylı teleqram ünvanlayaraq borclu Cavabdeh Hüsaməddin oğlunun ona olan 3000(üç min) manat borcunu və dövlət rüsumunu da ona tam ödədiyindən işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırda cavabdehin iddiaçı tərəfə borcu olmadığından, iş üzrə Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin maddədə göstərilmişdir ki, iddiaçı iddiadan imtina etmişdirsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İddiaçı işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh Hüsaməddin oğluna qarşı 3000 (üç min) manat əsas borcun və 50 (əlli) manat dövlət rüsumunun alınıb ona verilməsi tələbi üzrə Cavabdeh Hüsaməddin oğlu İddiaçı olan borcunu və ödənilmiş dövlət rüsumunu tam ödədiyindən işin icraatına xitam verilsin. Qərardaddan qərardad tərəflərə təqdim edildiyi və ya alındığı vaxtdan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) qərardadı qəbul etmiş Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar