Məhkəmə qərarları › İş №e-2(061)-122/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-122/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-122/2025 13.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" QSC adlandırılacaq), cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada "xxxx" QSC-in xeyrinə 025R********** saylı kredit razılaşması üzrə 1279,97 manat məbləğində kredit borcu, 1743,06 manat məbləğində faiz borcu və 1652,89 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4675,92 manat və 025R********** saylı kredit razılaşması üzrə 762,4 ABŞ dolları məbləğində kredit borcu, 1370,32 ABŞ dolları məbləğində faiz borcu və 1018,39 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 3151,11 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 120.1 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" QSC ərizəni onunla əsaslandırmışdır ki, borclu Orucov Dadaş Surxay oğluna "xxxx" QSC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli 0251.**********03 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Uzunmüddətli kredit müqaviləsi üzrə Orucov Dadaş Surxay oğlu "xxxx" QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 025R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 025R**********S saylı, xx.xx.2017-ci il tarixli 025R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Orucov Dadaş Surxay oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış kredit borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Orucov Dadaş Surxay oğlu götürdüyü kredit borcundan 2720,03 manat ödəniş, onun 1279,97 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3cü bəndinə əsasən faiz qaytarılmalı kredit mələği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirmişlər ki, Orucov Dadaş Surxay oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 2248 gün üçün hesablanmış faiz borcu 1743 manat təşkil etmişdir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faizi məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 2248 gün üçün hesablanmış cərimə 1652,89 manat təşkil etmişdir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Orucov Dadaş Surxay oğlu "xxxx" QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 025R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 025R**********9S saylı, xx.xx.2016-cı il tarixli 025R**********SA saylı, xx.xx.2017-ci il tarixli 025R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Orucov Dadaş Surxay oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixindən banka qaytarmamışdır. Orucov Dadaş Surxay oğlu götürdüyü kredit borcundan 3237,6 ABŞ dolları ödəmiş, onun 762,4 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü əndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirmişlər ki, Orucov Dadaş Surxay oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 1975 gün üçün hesablanmış faiz borcu 1370,32 ABŞ dolları təşkil etmişdir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməli olmuşdur. xx.xx.2024-cü il tarixə 1975 gün hesablanmış cərimə 1018,39 ABŞ dolları təşkil etmişdir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam verməli, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Orucov Dadaş Surxay oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğu zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərilərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Orucov Dadaş Surxay oğlu ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-in Maps şöbəsi tərəfindən alınmış arayışdan və öıüm haqqında şəhadətnamədən borclu Orucov Dadaş Surxay oğlunun vəfat etdiyi "xxxx" QSC-ə məlum olmuşdur. Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(061)-202/2022 saylı qərardadı ilə Orucov Dadaş Surxay oğlunun hüquqi varisinin olmadığı aydın olmuşdur. Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Göründüyü kimi, Orucov Dadaş Surxay oğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun zaminlərə qarşı tələb hüququ yaranması üçün əsasdır. Göstərdiklərinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" QSC -in xeyrinə 025R********** saylı kredit razılaşması üzrə 1279,97 manat məbləğində kredit borcu, 1743,06 manat məbləğində faiz borcu və 1652,89 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4675,92 manat və 025R********** saylı kredit razılaşması üzrə 762,4 ABŞ dolları məbləğində kredit borcu, 1370,32 ABŞ dolları məbləğində faiz borcu və 1018,39 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 3151,11 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 120.1 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək iddia tələbinin əsaslı olduğunu, zaminlərlə müqavilə bağlayarkən müqavilədən məlumatlarının olduğunu, kredit müqaviləsi üzrə zamin Cavabdeh2 iddia tələbinə dair verdiyi etiraz ərizəsində göstərdikləri ilə razı olmadıqlarını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, borclu Orucov Dadaş Surxay oğlu "xxxx" QSC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli 0251.**********03 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Uzunmüddətli kredit müqaviləsi üzrə Orucov Dadaş Surxay oğlu "xxxx" QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 025R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 manat məbləğində kredit götürmüşdür. Həmin kredit müqaviləinin icra edilməsinə təminat kimi onunla bank arasında zamnlik müqaviləsi başlanmışdır. X3 ilə Bank arasında kredit ödənişinin müddəti artırılmış, lakin onun bundan məlumatı olmamışdır. 7 ildən sonra borcalan Dadaş Orucov vəfat etmişdir. O, yuxarıda qeyd etdiyi kimi 18 ay müddətinə zamin kimi kredit müqaviləsinə imza etmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, uzunmüddətli kredit müqaviləsi üzrə Orucov Dadaş Surxay oğlu "xxxx" QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 025R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 manat məbləğində kredit götürmüşdür. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Orucov Dadaş Surxay oğlu "xxxx" QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 025R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin kredit müqaviləsi üzrə zamin qismində tərəf olmuşdur. O, tərtib olunmuş zaminlik müqavilsinə imza etmiş, lakin müqavilənin 120 ay müddətinə bağlanmasından, eləcə də müqavilənin müddəti uzadılarkən onun məlumatı olmamışdır. İddia ilə bağlı etiraz verdiyini və iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli uzunmüddətli kredit müqaviləsinin surətindən görünür ki, Orucov Dadaş Surxay oğlu "xxxx" QSC arasında bağlanmış uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdeh həmin məbləği banka xx.xx.2025-ci ilədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 025R********** saylı kredit razılaşmasının surətindən görünür ki, Orucov Dadaş Surxay oğlu "xxxx" QSC arasında bağlanmış uzunmüddətli kredit müqaviləsinə əsasən 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 manat məbləğində kredit götürmüşdür. Kredit razılaşmasının surətindən görünür ki, Orucov Dadaş Surxay oğlu "xxxx" QSC arasında bağlanmış uzunmüddətli kredit müqaviləsinə əsasən 18 ay müddətinə 4000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 025R********** saylı kredit razılaşmasının surətindən görünür ki, Orucov Dadaş Surxay oğlu "xxxx" QSC arasında bağlanmış uzunmüddətli kredit müqaviləsinə əsasən 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 025S**********03 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh1 hər iki tərəf birlikdə bundan sonra tərəflər adlandırılacaq bu müqaviləni bank və Orucov Dadaş Surxay oğlu bundan sonra borclu adlandırılacaq, arasında xx.xx.2015-ci il tarixdə Bərdə şəhərində aşağıdakı şərtlərlə bağlanmış 025L**********03 saylı uzunmüddətli kredit müqaviləsi və bu uzunmüddətli kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə və akkreditiv açılması üçün razılaşma formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışlar. Uzunmüddətli kretit müqaviləsinin məbləği 100000 ABŞ dolları və müddəti 120 ay olmuşdur. Zaminlik müqaviləsini hər iki tərəf imzalamışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 025S**********04 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh2 hər iki tərəf birlikdə bundan sonra tərəflər adlandırılacaq bu müqaviləni bank və Orucov Dadaş Surxay oğlu bundan sonra borclu adlandırılacaq, arasında xx.xx.2015-ci il tarixdə Bərdə şəhərində aşağıdakı şərtlərlə bağlanmış 025L**********04 saylı uzunmüddətli kredit müqaviləsi və bu uzunmüddətli kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə və akkreditiv açılması üçün razılaşma formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışlar. Uzunmüddətli kretit müqaviləsinin məbləği 100000 ABŞ dolları və müddəti 120 ay olmuşdur. Zaminlik müqaviləsini hər iki tərəf imzalamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Banka olan borcu ödəmələri barədə xəbərdarlıqlar edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ № 197029 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Orucov Dadaş Surxay oğlu xx.xx.2021-ci ildə ölmüşdür. Məhkəmə iddiaçının səlahiyyətli nümayəndəsini və cavabdehlərin izahatlarını və iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu Orucov Dadaş Surxay oğluna "xxxx" QSC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli 0251.**********03 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Uzunmüddətli kredit müqaviləsi üzrə Orucov Dadaş Surxay oğlu "xxxx" QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 025R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 manat məbləğində kredit götürmüşdür. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Orucov Dadaş Surxay oğlu "xxxx" QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 025R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Eləcə də kredit müqaviləsi üzrə ödənişlərin təminatı olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə "xxxx" QSC ilə arasında zaminlik müqavilələri bağlanmışdır. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 025R**********9S saylı, xx.xx.2016-cı il tarixli 025R**********SA saylı, xx.xx.2017-ci il tarixli 025R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Orucov Dadaş Surxay oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixindən banka qaytarmamışdır. Zaminlik müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Müqaviləyə əsasən hər iki tərəf üzərinə öhdəlik gütürmüş, iddiaçı üzərinə götürdüyü öhdəliyə əməl etmiş, lakin cavabdeh həmin öhdəliklərə əməl etməyərək götürdüyü kreditin ödənişini vaxtında etməmişdir. Beləliklə cavabdehin iddiaçı tərəfə iddiaçının təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehlərin borcu-əsas borc 1377 ABŞ dolları, faiz borcuna görə 61,46 ABŞ dolları, cərimə borcuna görə 166.02 ABŞ dolları ümumilikdə 1604,48 ABŞ dolları təşkil etmişdir. Göstərilənlərə əsasən iddiaçı iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş cavabdeh Samir Quliyev borclu Dadaş Orucovla aralarında 18 ay müddətində bağlanmış kredit müqaviləsinə görə zamin durduğunu, X4 aralarında kreditin müddətinin artırılmasından məlumatının olmadığını, iddianın rədd edilməsini xahiş etmişdir. Eləcə də məhkəmə iclasında izahat vermiş Cavabdeh2 müqavilənin 120 ay müddətindəə bağlandığından məlumatı olmadığnı, 18 ay müddətində bağlanmış kredit müqaviləsinə görə zamin durduğunu, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş zaminlik müqaviləsinin 3.1.1-ci bəndinə əsasən zamin uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini icra etməlidir. Eləcə də zaminlik müqaviləsinin 3.1.4-cü bəndinə əsasən zamin uzunmüddətli kredit müqaviləsi üzrə verilən kreditlər barədə borclu və Bank arasında istənilən razılaşma, o cümldən faiz dərəcəsinin artırılmsı barədə razılaşma üzrə boclunun öhdəliklərinin icrası üçün borclu ilə birgə tam məsuliyyət daşıyır. Məhkəmə cavabdehlərin göstərdiyi xüsusatlara qiymət verərək əsassız olduğundan təmin edilməməsini, borclu Dadaş Orucov öldüyündən zaminlərin kredit müqaviləsi ilə onun üzərinə götürdüyü öhdəliklərini icra etmələrini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı vaxtında cavabdehlərə qarşı məhkəmədə iddia qaldırmadığından, cərimə borcunun artmasına şərait yaranmışdır. Cavabdeh öz növbəsində ödənişi kecikdirsə belə, ödəməli olduğu məbləğin bir hissəsəni ödəmişdir. Bununla yanaşı cavabdehin maddi, əmlak vəziyyəti və xüsusilə də, müharibə veteranı olması da nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, belə vəziyyətdə cavabdehin iddiaçıya xx.xx.2015-ci il tarixli 025R********** saylı kredit razılaşmasına əsasən borclu olduğu 1652,89 manat cərimə borcu azaldılaraq, (1652,89 manat -1487,89 manat =165 manat) 165 manat, xx.xx.2015-ci il tarixli 025R********** saylı kredit razılaşmasına əsasən borclu olduğu 1018,39 ABŞ dolları cərimə borcu azaldılaraq, (1018,39 ABŞ dolları – 918,39 ABŞ dolları = 100 ABŞ dolları) 100 ABŞ dolları təmin edilməsi daha məqsədə müvafiqdir. Belə olan halda sosial ədalət bərpa edilmiş olacaqdır. Beləliklə, cavabdehlərin iddiaçı tərəfə olan əsas borc üzrə 025R********** saylı kredit razılaşması üzrə 1279,97 manat məbləğində kredit borcu, 1743,06 manat məbləğində faiz borcu və 165 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3188,03 manat, 025R********** saylı kredit razılaşması üzrə 762,4 ABŞ dolları məbləğində kredit borcu, 1370,32 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 2232,72 ABŞ dolları təşkil etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, "xxxx" QSC haqlı olaraq cavabdehlərə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki,məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və boclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstutusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərara aldı hissəsində qeyd edildiyi kimi borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 120 (yüz iyirmi) manat 10 (on) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən tutulmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarının 10-cu bəndinə əsasən, əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının ərizəsini və iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 025R********** saylı kredit razılaşması üzrə 1279,97 manat məbləğində kredit borcu, 1743,06 manat məbləğində faiz borcu və 165 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3188,03 manat, 025R********** saylı kredit razılaşması üzrə 762,4 ABŞ dolları məbləğində kredit borcu, 1370,32 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 2234,72 ABŞ dolları borc məbləği qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla, iş üzrə ödənilmiş 120,1 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" QSC -ə ödənilməlidir. İddia tələbi cərimə borcuna aid olan qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 025R********** saylı kredit razılaşması üzrə 1279 (min iki yüz yetmiş doqquz) manat 97 (doxsan yeddi) qəpik məbləğində kredit borcu, 1743 (min yeddi yüz qırx üç) manat 06 (altı) qəpik məbləğində faiz borcu və 165 (yüz altmış beş) manat məbləğində cərimə borcu olmaqla, cəmi 3188 (üç min yüz səksən səkkiz) manat 03 (üç) qəpik, 025R********** saylı kredit razılaşması üzrə 762 (yeddi yüz altmış iki) ABŞ dolları 4 (dörd) sent məbləğində kredit borcu, 1370 (min üç yüz yetmiş) ABŞ dolları 32 (otuz iki) sent məbləğində faiz borcu və 100 (yüz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 2234 (iki min iki yüz otuz dörd) ABŞ dolları 72 (yetmiş iki) sent borc məbləği qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla, iş üzrə ödənilmiş 120 (yüz iyirmi) manat 10 (on) qəpik məbləğində dövlət rüsumu tutularaq "xxxx" QSC -ə ödənilsin. İddia tələbi cərimə borcuna aid olan qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar