Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1249/2024 21.11.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə İddiaçı X2 Bank Kredit Təşkilatının (bundan sonra İddiaçı MM QBKT adlandırılacaq), Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MM QBKT ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı cavabdehdən əsas borc üzrə 4682 (dörd min altı yüz səksən iki) manat, faiz borcuna görə 1364 (bir min üç yüz altmış dörd) manat, cərimə borcuna görə 263 (iki yüz altmış üç) manat 95 (doxsan beş) qəpik, ümumilikdə 6319 (altı min üç yüz on doqquz) manat 95 (doxsan beş) qəpik məbləğində borcun və ödənilmiş 73 (yetmiş üç) manat 74 (yetmiş dörd) qəpik məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MM QBKT-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MM QBKT məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, iddiaları üzrə 2(061)-1249/2024 nömrəli mülki iş xx.xx.2024-cü il tarixində məhkəmə baxışına təyin edilmişdir. Hazırki məktubla həmin tarixdə və saatda məhkəmə prosesində nümayəndənin iştirak edə bilməyəcəyini nəzərə alaraq, həmin işə onların iştirakı olmadan mahiyyəti üzrə baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı MM QBKT tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli **********58 saylı kredit müqaviləsinə əsasən borcluya ailə kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 186 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərlə və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh arasında üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə xx.xx.2024-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh əsas borc üzrə 4682 manat faiz boruna görə 1374 manat, cərimə borcuna görə 263,95 manat, cəmi 6319,95 manat təşkil etmişdir. Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyə qədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Göstərilənlərə əsasən Cavabdeh qarşı cavabdehdən əsas borc üzrə 4682 (dörd min altı yüz səksən iki) manat, faiz borcuna görə 1364 (bir min üç yüz altmış dörd) manat, cərimə borcuna görə 263 (iki yüz altmış üç) manat 95 (doxsan beş) qəpik, ümumilikdə 6319 (altı min üç yüz on doqquz) manat 95 (doxsan beş) qəpik məbləğində borcun və ödənilmiş 73 (yetmiş üç) manat 74 (yetmiş dörd) qəpik məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MM QBKT-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşdə olan məhkəmə bilrişindən görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə bildirişi almışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, iddianı qəbul edir, madi imkanı olmadığı üçün borcu ödəyə bilməmişdir. Gələcəkdə borcu ödəyəcəyinə söz vermişdir. Növbəti məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilmiş, məhkəmə iclaslarında iştirak edə bilməsə iştirakı olmadan məhkəmə iclasını küçirib işə baxılmasına və qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli 04**********58 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı MM QBKT Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən borcluya ailə kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh əsas borc üzrə 4682 (dörd min altı yüz səksən iki) manat, faiz borcuna görə 1364 (bir min üç yüz altmış dörd) manat, cərimə borcuna görə 263 (iki yüz altmış üç) manat 95 (doxsan beş) qəpik, ümumilikdə 6319 (altı min üç yüz on doqquz) manat 95 (doxsan beş) qəpik məbləğ təşkil edir. Məhkəmə iddiaçının izahatını, araşdırılmış sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MM QBKT Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 04**********58 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəmə cədvəlinə əsasən borclunun hər ay 186 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit allana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. İş materiallarından görünür ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh əsas borc üzrə 4682 (dörd min altı yüz səksən iki) manat, faiz borcuna görə 1364 (bir min üç yüz altmış dörd) manat, cərimə borcuna görə 263 (iki yüz altmış üç) manat 95 (doxsan beş) qəpik, ümumilikdə 6319 (altı min üç yüz on doqquz) manat 95 (doxsan beş) qəpik pul vəsaitinin və ödənilmiş 73 (yetmiş) manat 74 (yetmiş dörd) qəpik məbləğ təşkil etmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Odur ki, İddiaçı MM QBKT sözügedən iddia ərizəsi ilə müraciət etməyə məcbur olmuşdur. İddiaçı ərizəsində iddianın əsaslı olduğunu və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə, cavabdehin iddiaçı tərəfə olan əsas borc üzrə 4682 (dörd min altı yüz səksən iki) manat, faiz borcuna görə 1364 (bir min üç yüz altmış dörd) manat, cərimə borcuna görə 263 (iki yüz altmış üç) manat 95 (doxsan beş) qəpik, ümumilikdə 6319 (altı min üç yüz on doqquz) manat 95 (doxsan beş) qəpik təşkil edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, İddiaçı MM QBKT haqlı olaraq cavabdehlərə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 73 (yetmiş) manat 74 (yetmiş dörd) qəpik dövlət rüsumu onun xeyrinə cavabdehdən qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının izahatını və iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh əsas borc üzrə 4682 (dörd min altı yüz səksən iki) manat, faiz borcuna görə 1374 (bir min üç yüz yetmiş dörd) manat, cərimə borcuna görə 263 (iki yüz altmış üç) manat 95 (doxsan beş) qəpik, ümumilikdə 6319 (altı min üç yüz on doqquz) manat 95 (doxsan beş) qəpik məbləğində borc və ödənilmiş 73 (yetmiş üç ) manat 74 (yetmiş dörd) qəpik məbləğində dövlət rüsumu tutularaq İddiaçı MM QBKT-in hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 4682 (dörd min altı yüz səksən iki) manat, faiz borcuna görə 1374 (bir min üç yüz yetmiş dörd) manat, cərimə borcuna görə 263 (iki yüz altmış üç) manat 95 (doxsan beş) qəpik, ümumilikdə 6319 (altı min üç yüz on doqquz) manat 95 (doxsan beş) qəpik məbləğində borc və ödənilmiş 73 (yetmiş üç ) manat 74 (yetmiş dörd) qəpik məbləğində dövlət rüsumu tutularaq İddiaçı MM QBKT-in hesabına ödənilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-1249/2024
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1249/2024
21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver