Məhkəmə qərarları › İş №e-2(061)-1274/2024

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1274/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1274/2024 05.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC adlandırılacaq) Cavabdeh qarşı kreditin, faizlərin və cərimənin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı kreditin, faizlərin və cərimənin ödənilməsi üzrə yaranmış borcun tutulması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh İddiaçı ASC-in xeyrinə 7802 (yeddi min səkkiz yüz iki) manat 14 (on dörd) qəpik əsas kredit borcunun, 141 (yüz qırx bir) manat 92 (doxsan iki) qəpik faiz borcunun, 20 (iyirmi) manat 31 (otuz bir) qəpik cərimənin, ümumilikdə 7964 (yeddi min doqquz yüz altmış dörd) manat 37 (otuz yeddi) qəpik məbləğində pul vəsaitinin, ödənilmiş 99 (doxsan doqquz) manat 65 (altmış beş) qəpik dövlət rüsumunun tutularaq İddiaçı ASC-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC -nin səlahiyyətli nümayəndəsi X2 iddianı müdafiə edərək göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 44060***-*******02L saylı kredit limit razılaşmasına əsasən cavabdehə 36 ay müddətinə illik 17 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 11700 manat məbləğində sms kredit verilmişdir. Lakin əsas kredit limit razılaşması üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh İddiaçı ASC-ə xx.xx.2024-cü il tarixə 7802 (yeddi min səkkiz yüz iki) manat 14 (on dörd) qəpik əsas kredit borcu, 141 (yüz qırx bir) manat 92 (doxsan iki) qəpik faiz borcu, 20 (iyirmi) manat 31 (otuz bir) qəpik cərimə, ümumilikdə 7964 (yeddi min doqquz yüz altmış dörd) manat 37 (otuz yeddi) qəpik məbləğində borcu qalmaqdadır. Cavabdehə dəfələrlə şifahi və bildirşlə müraciət etməklərinə baxmayaraq, kreditin və kreditin istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, onun iştirakı olmadan işə baxılıb iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmədə olmasıı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş SMS bildirişdən görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxlmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli 4460123-********** saylı əsas kredit limiti razılaşmasının surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-i arasında kredit müqaviləsi bağlanmış və ona 36 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 11700 manat məbləğində kredit verilmişdir. Məhkəmədə elan olunmuş maliyyə arayışının surətindən görünür ki, Cavabdeh hazırda İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 7802 (yeddi min səkkiz yüz iki) manat 14 (on dörd) qəpik əsas, 141 (yüz qırx bir) manat 92 (doxsan iki) qəpik faiz, 20 (iyirmi) manat 31 (otuz bir) qəpik cərimə, ümumilikdə 7964 (yeddi min doqquz yüz altmış dörd) manat 37 (otuz yeddi) qəpik məbləğində borcu qalmaqdadır. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli pretenziyanın surətindən görünür ki, Cavabdeh banka olan borcunu 3 gün müddətində ödəməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinlədikdən sonra araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki,İddiaçı ASC ilə cavabdeh arasında kredit limiti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə illik 17 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 11700 manat məbləğində sms kredit verilmişdir. Cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən ona dəfələrlə şifahi və rəsmi qaydada müraciət olunmasına baxmayaraq, o kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Müqavilələrin müvafiq bəndlərinə əsasən qrafik üzrə kreditin qaytarılması gecikdirilərsə əlavə faiz hesablanır. İddiaçının vəkalətli nümayəndəsi məhkəmə iclasında göstərmişdir ki, cavabdehin İddiaçı ASCnə 7802 (yeddi min səkkiz yüz iki) manat 14 (on dörd) qəpik əsas, 141 (yüz qırx bir) manat 92 (doxsan iki) qəpik faiz, 20 (iyirmi) manat 31 (otuz bir) qəpik cərimə, ümumilikdə 7964 (yeddi min doqquz yüz altmış dörd) manat 37 (otuz yeddi) qəpik məbləğində borcu ödənilməmiş qalmışdır. Bu səbəbdən iddiaçı məhkəmədə sözügedən iddianı qaldırmışdır. İddiaçının vəkalətli nümayəndəsi iddialarının təmin edilməsini xahiş etmişdir. Beləliklə, cavabdehin iddiaçı tərəfə olan əsas borcu 7802 (yeddi min səkkiz yüz iki) manat 14 (on dörd) qəpik, faiz borcu 141 (yüz qırx bir) manat 92 (doxsan iki) qəpik, cərimə borcu 20 (iyirmi) manat 31 (otuz bir) qəpik, ümumilikdə 7964 (yeddi min doqquz yüz altmış dörd) manat 37 (otuz yeddi) qəpik təşkil edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, İddiaçı ASC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə,müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə,onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 99 (doxsan doqquz) manat 65 (altmış beş) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçının vəkalətli nümayəndəsinin izahatından və iş materiallarından müəyyən edildi ki, iddia təmin edilməli, Cavabdeh 7802 (yeddi min səkkiz yüz iki) manat 14 (on dörd) qəpik əsas kredit borcu, 141 (yüz qırx bir) manat 92 (doxsan iki) qəpik faiz borcu, 20 (iyirmi) manat 31 (otuz bir) qəpik cərimə, ümumilikdə 7964 (yeddi min doqquz yüz altmış dörd) manat 37 (otuz yeddi) qəpik məbləğində pul vəsaiti, ödənilmiş 99 (doxsan doqquz) manat 65 (altmış beş) qəpik dövlət rüsumu tutularaq İddiaçı ASC-in xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 7802 (yeddi min səkkiz yüz iki) manat 14 (on dörd) qəpik əsas kredit borcu, 141 (yüz qırx bir) manat 92 (doxsan iki) qəpik faiz borcu, 20 (iyirmi) manat 31 (otuz bir) qəpik cərimə, ümumilikdə 7964 (yeddi min doqquz yüz altmış dörd) manat 37 (otuz yeddi) qəpik məbləğində pul vəsaiti, ödənilmiş 99 (doxsan doqquz) manat 65 (altmış beş) qəpik dövlət rüsumu tutularaq İddiaçı ASC-in xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar