Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-130/2025 10.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi ilə, İddiaçı “Finca Azərbaijan” X1 Bank Kredit Təşkilatının Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 10 fevral 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı “Finca Azərbaijan” X1 Bank Kredit Təşkilatı Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 4930 manat, faiz borcuna görə 1863 manat, cəriməyə görə 220,74, cəmi 7013,74 manat borc və dövlət rüsumuna görə 90,14 manat pulun tutularaq “Finca Azərbaijan” X1 Bank Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “Finca Azərbaijan” X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, **********0074 saylı kredit müqaviləsinə əsasən cavabdehə 30 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürürmüşdür. Lakin cavabdeh müqavilənin şərtini pozaraq qrafiq üzrə hissə-hissə ödəməni həyata keçirməmişdir. Nəticədə cavabdehin iddiaçıya əsas borca görə 4930 manat, faiz borcuna görə 1863 manat, cəriməyə görə 220,74, cəmi 7013,74 manat borcu yaranmışdır. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edib, məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək, əsas borca görə 4930 manat, faiz borcuna görə 1863 manat, cəriməyə görə 220,74, cəmi 7013,74 manat borc və dövlət rüsumuna görə 90,14 manat pulu iddiaçıya ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə cavabdehin ddianı etiraf etməsinə dair izahatını dinləyib, iddianın etiraf edilməsinə dair xx.xx.2025-ci il tarixli ərizəni, iddia ərizəsini araşdırıb, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilmiş iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnaməçıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, həqiqətən cavabdeh iddiaçıdan aralarında bağlanmış xx.xx.2024-cü il tarixli, **********0074 saylı kredit müqaviləsinə əsasən 30 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit götürmüş, lakin, öhdəliklərinə əməl etməmişdir. Nəticədə cavabdehin iddiaçıya əsas borca görə 4930 manat, faiz borcuna görə 1863 manat, cəriməyə görə 220,74, cəmi 7013,74 manat borcu yaranmışdır. Tələb olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Məhkəmə iclasında cavabdehin məhkəməyə ərizə təqdim edərək iddianı etiraf etmişdir. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh kreditin və onun faizini vaxtında ödəməmişdir. Bununla da, o, kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Ona görə də iddiaçının kreditin, kredit faizlərinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf olunması qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də cavabdehin iddianı etirafı təsdiq olunmalı və iddia tam təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52.2, 192.3, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdehin iddianı etiraf etməsi təsdiq edilsin və iddia təmin olunsun. Cavabdeh əsas borca görə 4930 manat, faiz borcuna görə 1863 manat, cəriməyə görə 220,74, cəmi 7013,74 manat borc və dövlət rüsumuna görə 90,14 manat pul tutularaq iddiaçı “Finca Azərbaijan” X1 Bank Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV
Məhkəmə qərarları › İş №e-2(061)-130/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-130/2025
10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver