Məhkəmə qərarları › İş №e-2(061)-1345/2024

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1345/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1345/2024 05.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı ASC-in, Cavabdeh qarşı əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən İddiaçı ASC -in xeyrinə xx.xx.2024-cü il tarixə Banka əsas borc üzrə 15000 (on beş min) manat, xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 256 (iki yüz əlli altı) manat 67 (altmış yeddi) qəpik, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirilməsi nəticəsində banka vurulmuş zərər 370 (üç yüz yetmiş) manat 83 (səksən üç) qəpik, ümumilikdə 15 627 (on beş min altı yüz iyirmi yeddi) manat 50 (əlli) qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 136 (yüz otuz altı) manat 83 (səksən üç) qəpik pulun İddiaçı ASC-in xeyrinə tutulması, xx.xx.2023-cü il tarixli, 001/GM/112/5246536 saylı girov müqaviləsinə əsasən yüklülük predmetini İddiaçı ASC-in sahibliyinə verilməsi, girov müqaviləsinə əsasən Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 1 nömrəli akta əsasən 4 baş cöngə olan daşınar əmlaka tutma yönəldilməsi, qeyd olunan girov obyekti açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC elektron qaydada məhkəməyə ünvanladığı ərizəsində məsafənin uzaq olduğuna və Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclasların üst-üstə düşməsi baxımından məhkəmədə iştirak edə bilməyəcəklər. Bunları nəzərə alaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC-in Gəncə filialı ilə bağlanmış xx.xx.2023-cü il tarixli, 5246536-K nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh illik 22 faiz olmaqla, 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə kredit verilir, borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində banka qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən kredit Cavabdeh təsərrüfatda istifadə məqsədi ilə verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdehə kredit 12 ay müddətinə verilmiş və həmin müqavilənin 2.3-cü bəndinə əsasən kreditin qaytarılması bu müqaviləyə 1 saylı əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Kreditin təminatı olaraq Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 1 nömrəli akta əsasən 4 baş cöngə xx.xx.2023-cü il tarixli, 001/GM/112/5246536 saylı girov müqavilələrinə əsasən girov qoyulmuşdur. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun iddia qaldırılan günə xx.xx.2024-cü il tarixə Banka əsas borc üzrə 15000 manat, xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 256,67 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirilməsi nəticəsində banka vurulmuş zərər 370 (üç yüz yetmiş) manat 83 (səksən üç) qəpik, ümumilikdə 15 627 (on beş min altı yüz iyirmi yeddi) manat 50 (əlli) qəpik borcu yaranmışdır. Kredit üzrə sonuncu dəfə xx.xx.2024-ca il tarixdə cəmi 25,88 manat məbləğində ödənilmişdir. Tərərflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə hər iki cavabdehə xəbərdarlıq edilsə də, qeyd olunan kredit müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəlikləri lazımınca icra edilməmişdir. Odur ki, şərh edilənləri nəzərə alaraq cavabdehdən İddiaçı ASC -in xeyrinə xx.xx.2024cü il tarixə Banka əsas borc üzrə 15000 (on beş min) manat, xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 256 (iki yüz əlli altı) manat 67 (altmış yeddi) qəpik, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirilməsi nəticəsində banka vurulmuş zərər 370 (üç yüz yetmiş) manat 83 (səksən üç) qəpik, ümumilikdə 15 627 (on beş min altı yüz iyirmi yeddi) manat 50 (əlli) qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 136 (yüz otuz altı) manat 83 (səksən üç) qəpik pulun İddiaçı ASC-in xeyrinə tutulması, xx.xx.2023-cü il tarixli, 001/GM/112/5246536 saylı girov müqaviləsinə əsasən yüklülük predmetini İddiaçı ASC-in sahibliyinə verilməsi, girov müqaviləsinə əsasən Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 1 nömrəli akta əsasən 4 baş cöngə olan daşınar əmlaka tutma yönəldilməsi, qeyd olunan girov obyekti açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə digər Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalaraına baxmayaraq məhkəmə iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İş materiallarına əlavə edilmiş SMS bildirişdən görünür ki, Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən, məhkəmə belə halda işə digər cavabdehlər Səmədova (Ağayeva) Fərqanə Mübariz qızı və X1 iştiraklarıı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 5246536-K nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-in Gəncə filialı ilə bağlanmış xx.xx.2023-cü il tarixli, 5246536-K nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh illik 22 faiz olmaqla, 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 1 saylı əlavənin surətindən görünür ki, CavabdehTərtər rayon Qaynaq kəndində saxladığı 4 baş cöngəni İddiaçı ASC-ə girov qoymuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 001/GM/112/5246536 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 1 nömrəli akta əsasən 4 baş cöngə xx.xx.2023-cü il tarixli, 001/GM/112/5246536 ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, arayışıpn surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-ə xx.xx.2024-cü il tarixə əsas borc üzrə 15000 (on beş min) manat, xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 256 (iki yüz əlli altı) manat 67 (altmış yeddi) qəpik, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirilməsi nəticəsində banka vurulmuş zərər 370 (üç yüz yetmiş) manat 83 (səksən üç) qəpik, ümumilikdə 15 627 (on beş min altı yüz iyirmi yeddi) manat 50 (əlli) qəpik borcu ödənilməmiş qalmışdır. İş materiallarında olan bildiriş-xəbərdarlığın surətindən görünür ki, İddiaçı ASC Cavabdeh banka olan borcunu 3 gün müddətində ödəməsini tələb etmiş,əks təqdirdə kredit müqaviləsinə xitam verilərək kredit borcunun tam olaraq ondan məcburi qaydada tutulması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iddia ərizəsində göstərilənləri, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qanuni əsası olduğundan təmin olunmalıdır. Belə ki məkkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, İddiaçı ASC-in Gəncə filialı ilə bağlanmış xx.xx.2023-cü il tarixli, 5246536-K nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh illik 22 faiz olmaqla, 15000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 1 nömrəli akta əsasən 4 baş cöngə xx.xx.2023-cü il tarixli, 001/GM/112/5246536 saylı girov müqavilələrinə əsasən girov qoyulmuşdur. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun iddia qaldırılan günə xx.xx.2024-cü il tarixə Banka əsas borc üzrə 15000 manat, xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 256,67 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirilməsi nəticəsində banka vurulmuş zərər 370 (üç yüz yetmiş) manat 83 (səksən üç) qəpik, ümumilikdə 15 627 (on beş min altı yüz iyirmi yeddi) manat 50 (əlli) qəpik borcu yaranmışdır. Kredit üzrə sonuncu dəfə xx.xx.2024-ca il tarixdə cəmi 25,88 manat məbləğində ödənilmişdir. Tərərflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə hər iki cavabdehə xəbərdarlıq edilsə də, qeyd olunan kredit müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəlikləri lazımınca icra edilməmişdir. Odur ki, iddiaçı məcbur olun bu iddia ilə məhkəməyə müraiət etmişdir. Məhkəmə hesab edir ki, belə vəziyyətdə cavabdehin iddiaçı tərəfə olan əsas borc üzrə 15000 (on beş min) manat, xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 256 (iki yüz əlli altı) manat 67 (altmış yeddi) qəpik, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirilməsi nəticəsində banka vurulmuş zərər 370 (üç yüz yetmiş) manat 83 (səksən üç) qəpik, ümumilikdə 15 627 (on beş min altı yüz iyirmi yeddi) manat 50 (əlli) qəpik təşkil edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, İddiaçı ASC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrində deyilir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank faizinin uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Göstərilən Məcəllənin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. (maddə 319.1) Eyni Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Qanunun 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh bankla bağladığı kredit müqaviləsinin şərtlərini yerinə yetirmədiyindən, borclu kimi, Azərbaycan Respublikası MM-in 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 136 (yüz otuz altı) manat 83 (səksən üç) qəpik dövlət rüsumunun ödənilməsi də cavabdehə aid edilməlidir. «İpoteka haqqında» Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər; ipoteka predmetinin təsviri; ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka haqqında Qanunun 8.1-ci maddəsinə əsasən ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. İşdə olan sənədlərlə ipoteka qoyulmuş avtomobilin mülkiyyətçilərinin razılığı ilə ipoteka qoyulması müəyyən edilmişdir. İpoteka haqqında Qanunun 39.1-ci maddəsində qeyd edilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, tutma Cavabdeh məxsus ünvan 1 ünvanında saxlanılan (1 nömrəli akta əsasən) 4 baş cöngəyə yönəldildilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş materiallarını, nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixə Banka əsas borc üzrə 15000 (on beş min) manat, xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 256 (iki yüz əlli altı) manat 67 (altmış yeddi) qəpik, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirilməsi nəticəsində banka vurulmuş zərər 370 (üç yüz yetmiş) manat 83 (səksən üç) qəpik, ümumilikdə 15 627 (on beş min altı yüz iyirmi yeddi) manat 50 (əlli) qəpik ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 136 (yüz otuz altı) manat 83 (səksən üç) qəpik pulun İddiaçı ASC-in xeyrinə tutulmalı, tutmanın Cavabdeh məxsus ünvan 1 ünvanında saxlanılan (1 nömrəli akta əsasən) 4 baş cöngəyə yönəldilməli, açıq hərracda satılmalı, satışdan əldə edilən vəsait İddiaçı ASC-in hesabına ödənilməli, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılmalı, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əskik qalan borc məbləğ Cavabdeh tutulub İddiaçı ASC -ın hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixə Banka əsas borc üzrə 15000 (on beş min) manat, xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 256 (iki yüz əlli altı) manat 67 (altmış yeddi) qəpik, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirilməsi nəticəsində banka vurulmuş zərər 370 (üç yüz yetmiş) manat 83 (səksən üç) qəpik, ümumilikdə 15 627 (on beş min altı yüz iyirmi yeddi) manat 50 (əlli) qəpik ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 136 (yüz otuz altı) manat 83 (səksən üç) qəpik pulun İddiaçı ASC-in xeyrinə tutulsun, tutma Cavabdeh məxsus ünvan 1 ünvanında saxlanılan (1 nömrəli akta əsasən) 4 baş cöngəyə yönəldilsin, açıq hərracda satılsın və satışdan əldə edilən vəsait İddiaçı ASC-in hesabına ödənilsin, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılsın, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əskik qalan borc məbləğ Cavabdeh tutulub İddiaçı ASC -ın hesabına ödənilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar